Məhkəmə qərarları › İş №2(043)-1392/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1392/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1392/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi X3 və cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "İddiaçı" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2013-cü il tarixli, 23A000008504 nömrəli müqavilə üzrə 546,12 (beş yüz qırx altı manat 12 qəpik) manat məbləğində kredit borcunun, 696 (altı yüz doxsan altı) manat faiz borcunun, 867,58 (səkkiz yüz altmış yeddi manat 58 qəpik) manat cərimə olmaqla cəmi 2109 (iki min bir yüz doqquz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı "İddiaçı" QSC Cavabdeh1 xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsi üzrə aylıq faiz dərəcəsi 2,5833% olmaqla 35 ay müddətinə,kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit vermişdir.Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6953,88 manat məbləğində ödəniş etmiş və onun iddiaçıya 546,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinəəsasən faiz kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərəəsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığıüçün xx.xx.2020-ci il tarixə 1450 gün üçün hesablanmış faiz borcu 696 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % cəriməödəməlidir. xx.xx.2020-ci il tarixə 1450 gün üçün kredit müqaviləsi üzrə cərimə 867.58 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini,faiz borcunu və müqaviləüzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və X11 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasıüçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kredit qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi olan X12 iddanı qəbul etməyərək izahatında göstərdi ki, zaminliyə xaitam verilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizəni müdafiə edir. Belə ki, zaminlik müqaviləsinin müddəti ötdüyündən X9 münasibətdə zaminliyə xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də onlar, məlum olan axırıncı yaşayış yerində yaşamadığı üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsidən görünür ki, "İddiaçı" QSC tərəfindən cavabdehə 35 ay müddətinə, aylıq 2,5833 % faiz dərəcəsini tətbiq etməklə 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2013 -cüil tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və X11 xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. xx.xx.2013 -cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 iddiaçı "İddiaçı" QSC-nin xəzinədarlığından 7500 manat pulu qəbul etmişdir. xx.xx.2013-cü il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 iddiaçı "İddiaçı" QSCdən götürdüyü 7500 manat kredit məbləğini xx.xx.2016-cı il tarixə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsi üzrə 546,12 (beş yüz qırx altı manat 12 qəpik) manat kredit borcu, 696 (altı yüz doxsan altı) manat faiz borcu, 867,58 (səkkiz yüz altmış yeddi manat 58 qəpik) cərimə olmaqla cəmi 2109 (iki min bir yüz doqquz) manat məbləğində borcu qalmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllüödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı" QSC ilə Cavabdeh1 arasında xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsi bağlanaraq , iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə, aylıq 2,5833 % faiz dərəcəsini tətbiq etməklə 7500 manat məbləğində kredit verilmişdir. Bank iləCavabdeh2 vəX11 arasında zaminlik müqavilələri bağlanmış zaminlər Cavabdeh2 vəX11 xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər.Cavabdehlər müqavilələr üzrəöhdəlikləri tam icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM)470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinəgötürür. Göründüyü kimi tərəflər arasında zaminliklə kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçıüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. xx.xx.2013 -cü il tarixli, 23A000008504 saylı kredit müqaviləsi üzrə kredit borcunun borclu Cavabdeh1, zaminlər Cavabdeh2 vəX6 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsini xx.xx.2013 -cütarixində 35 ay müddətinə bağlanmış və kreditin qaytarılmasıüçün son tarix xx.xx.2016-cıil tarixi müəyyən edilmişdir. xx.xx.2013 -cüil tarixdəCavabdeh2 vəX11ilə zaminlik müqavilələri bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinəəsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrəöhdəliyin icrası vaxtıxx.xx.2016-cıil tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh2 vəX9qarşı iddia irəli sürülməmişdir. X2 etibarnaməüzrə nümayəndəsi olan X12 məhkəməyəərizə verərək zaminliyə xitam verilməsini xahiş etmişdir. Buna görə də cavabdeh X9 qarşı iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehdən yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsini əmlak mənafeylərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan 867,58 manat məbləği azaldılaraq 67,58 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqavilələri üzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli kredit müqaviləsi üzrə 546,12 (beş yüz qırx altı manat 12 qəpik) manat məbləğində kredit borcu, 696 (altı yüz doxsan altı) manat faiz borcu, 67,58 (altmış yeddi manat 58 qəpik) manat cərimə olmaqla cəmi 1309,7 (bir min üç yüz doqquz manat 70 qəpik) manat məbləğində borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "İddiaçı" QSC-nin xeyrinə ödənilməlidir. X1 tutulma hissəsində iddia təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinəəsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013 -cü il tarixli, 23A000008504 nömrəli müqaviləsi üzrə 546,12 (beş yüz qırx altı manat 12 qəpik) manat əsas borc, 696 (altı yüz doxsan altı) manat faiz borcu, 67,58 (altmış yeddi manat 58 qəpik) manat cərimə olmaqla cəmi 1309,7 (bir min üç yüz doqquz manat 70 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "İddiaçı" QSC-in xeyirinə ödənilsin. X4 münasibətdə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X18 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar