Məhkəmə qərarları › İş №2(043)-1394/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1394/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1394/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21436 “Xiaomi Redmi 7” markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********87809 “X1 8” markalı telefon çantası üçün 484 manat, 80 qəpik (dörd yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 48 manat, 20 qəpik (qırx səkkiz manat, iyirmi qəpik) cərimə, ümumilikdə 783 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 813 manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 07.06.2019-cu il və 27.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********21436 “Xiaomi Redmi 7” markalı telefon, İMEİ kodu **********87809 “X1 8” markalı telefon almış və nəticədə 783 (yeddi yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 (beş yüz on altı) manat (12 ay x 38 manat + 60 manat ilkin ödəniş) olan İMEİ kodu **********21436 “Xiaomi Redmi 7” markalı telefon üçün ümumilikdə, 250 (iki yüz əlli) manat olmaqla ondan, 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 22 (iyirmi iki) manat cərimə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514 manat, 80 qəpik (beş yüz on dörd manat, səksən qəpik) (12 ay x 40,4 manat + 30 manat ilkin ödəniş) İMEİ kodu **********87809 “X1 8” markalı telefon üçün ümumilikdə, 533 (beş yüz otuz üç) manat olmaqla ondan, 484 manat, 80 qəpik (dörd yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 48 manat, 20 qəpik (qırx səkkiz manat, iyirmi qəpik) cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 318 manat təşkil edir. 2ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.06.2019-cu il və 27.12.2019-cu il tarixli müqavilələrdən görünür ki, «xxxx» MC alıcıya dəyəri 516 (beş yüz on altı) manat olan İMEİ kodu **********21436 “Xiaomi Redmi 7” markalı telefon, dəyəri 514,80 (beş yüz on dörd manat, səksən qəpik) manat olan “X1 8” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Xiaomi Redmi 7” markalı telefon üçün hər ay 38 manat və “X1 8” telefon üçün hər ay 40,4 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 23.02.2021-ci il tarixli «xxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.06.2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC-dən İMEi kodu **********21436 “Xiaomi Redmi 7” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 516 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 288 manat borcunu ödəmədiyindən, həmin məbləğə 22 manat cərimə hesablanmış, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən «xxxx» MMC-dən “X1 8” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 514,80 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 484,80 manat borcunu ödəmədiyindən, həmin məbləğə 48,2 manat cərimə hesablanmışdır İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxx» MMCnin xeyrinə Cavabdeh “Xiaomi Redmi 7” markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, “X1 8” markalı telefon üçün 484,80 (dörd yüz səksən dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 48,20 (qırx səkkiz manat, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 783 (yeddi yüz səksən üç) manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə 712,80 manat ödənilməmiş hissə, 70,2 manat cərimə olmaqla, ümumilikdə 783 (yeddi yüz səksən üç) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar