Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1397/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 5530,00 (beş min beş yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AtaSığorta" ASC ilə X9 arasında 09.2015-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Nissan Teana" markalı. ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 26.05.2016-cı il tarixdə "Nissan Teana" markalı, ** CV *** nəqliyyar qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yolnəqliyyat hadisəsi törətmiş və X5 ölümünə səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsinə görə "xxxx" ASC 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Gəncə şəhər BPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 05.10.2016-cı il tarixli, 13/4- 1 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "Nissan Teana" markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bildirilmişdir ki, Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 04.05.2017-ci il tarixli, AS-17/730 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətlərinə ödənilməmişdir. İddiaçı "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarını nümayəndələrinin iştirakları olmadan keçirilməsini, iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə prosesinin keçirilərək mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “icbari sığorta” müqaviləsinə dair məlumatın surətindən görünür ki, PAA********** nömrəli müqaviləyə əsasən X7 məxsus “Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvədən düşmə müddəti 10.09.2016-cı il tarix göstərilmişdir. İş materiallarında olan 25.10.2016-cı il tarixli, 1550/16/ AA-1109/16 nömrəli sığorta aktından görünür ki, hesablanmış sığorta ödənişinin məbləği 5000 (beş min) manat məbləğində müəyyən edilmiş və həmin məbləğin X1 hesabına köçürülməsi göstərilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 05.10.2016-cı il tarixli, 13/4-1011 nömrəli arayış surətindən görünür ki, avtonəqliyyat hadisəsi baş vermiş anda ““Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 26.05.2016-cı il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində idarə etməyə hüququ olmadan, ayıq vəziyyətdə idarə etdiyi “Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə həmin avtomobillə X5 ölümünə səbəb olmuşdur. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 26.05.2016-cı il tarixli, 1322/2016 saylı aktın surətindən görünür ki, Cavabdeh “Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 25 oktyabr 2016-cı il tarixli, BO000003984 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində pul X2 ödənilmişdir. İş materiallarında olan “nəqliyyat vasitələrinin istifadə edilməsi” haqqında etibarnamənin surətindən görünür ki, “Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur və nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 17.07.2016-cı il tarixli, AZ-İ seriyalı, 790938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 iyun 2016-cı il tarixdə “qarın boşluğu orqan cırılması” diaqnozu ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019cu il tarixli 1(100)-02/2019 saylı hökmündən görünür ki, Cavabdeh 26 may 2016-ci il tarixdə saat 20:30 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «Nissan-Teana» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə- Göygöl avtomobil yolunun, Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən keçən hissəsi ilə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsində 90 km/saat sürətlə idarə edərək, idarə etdiyi avtomobili Gəncə-Göygöl avtomobil yolunun Gəncə şəhəri istiqamətində olan yolun kənarındakı daş hasara çırpmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin X5 baş beyinin yumşaq toxumasında ocaqlı qansızmalar, ənsə sümüyünün xətti sınığı, qarın boşluğunun qapalı küt travması, qara ciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq, sağ said sümüklərinin, İ oma fəqərəsinin qapalı sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, başın yumşaq toxumasının hematoması, hər iki çiyin, hər iki diz nahiyyələrinin, hər iki əl barmaqlarının və döş qəfəsinin ön səthinin sıyrıqları xəsarətlərindən ölümünə, eyni zamanda zərərçəkmiş X6 məxsus "Nissan Teana" minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5580 (beş min beş yüz səksən) manat dəyərində, zərəçəkmiş şəxs X3 məxsus həmin torpaq sahəsinin hasarının uçması ilə əlaqədar 500 (beş yüz) manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Nissan Teana” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 məxsusdur və nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. Cavabdeh 26 may 2016-ci il tarixdə saat 20:30 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi «Nissan-Teana» markalı **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə-Göygöl avtomobil yolunun, Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən keçən hissəsi ilə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsində 90 km/saat sürətlə idarə edərək, idarə etdiyi avtomobili Gəncə-Göygöl avtomobil yolunun Gəncə şəhəri istiqamətində olan yolun kənarındakı daş hasara çırpmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin X5 ölümünə səbəb olmuşdur. Hadisə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan cinayət işi açılaraq həmin maddə ilə ittiham olunmuş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 1(100)-02/2019 saylı hökmü ilə barəsində ittiham hökmü çıxarılmışdır. Zərər çəkən şəxs X8 dəymiş ziyan "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində müəyyən edilərək, həmin məbləğ 25.10.2016-cı il tarixli, BO000003984 nömrəli ödəniş tapşırığına uyğun olaraq zərər çəkən şəxs X5 hüquqi varisi X1 bank hesabına köçürülmüşdür, Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia tələbinin bu hissəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin Cavabdeh tutulması hissəsini əsasız hesab edərək qeyd edir ki, iddiaçı 500 (beş yüz) manat işlərin görülməsi xərci ilə bağlı iddia tələbini əsaslandırmamış və buna dair sübutlarını iddia ərizəsinə əlavə etməməklə yanaşı, işə məhkəmədə baxılarkən də təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödəniş məbləği və 30,0 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbinin 500 (beş yüz) manat işlərinin görülməsi xərci hissəsində iddia rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1397/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1397/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver