Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1407/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Cavabdeh və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin fevral ayında xalası qızı Jalənin qaynanası Nübara pul lazım olduğu üçün qonşusu X13 4090 ABŞ dolları pul götürüb və həmin pulu cavabdeh X9 verdiyindən həmin pulun ödənilməsini cavabdeh X8 üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 məhkəməyə ərizə verərək cavabdeh X5 4090 ABŞ dolları məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verildiyi kimi baxmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(043)1407/2021 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh ərizə verərək qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli, 2(043)-1407/2021 saylı qərardadına əsasən qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı X14 xalası qızı Jalənin qaynanası Cavabdeh pul lazım olduğu üçün qonşusu X7 pul verdiyinə görə 2014-cü ilin fevral ayında ondan 4650 ABŞ dolları pul götürərək Nübara vermişdir. Cavabdeh həmin pulu X2 ilə qaytaracağına söz verərək öz öhdəsinə götürmüşdür. Cavabdeh razılığa əsasən götürdüyü borcun bir qismini borc verən Almaz adlı şəxsə ödəmiş və yerdə qalan borcunu hissə-hissə ödəməyə çalışacağına söz vermişdir. Lakin, cavabdeh yerdə qalan borcunu yəni 4090 ABŞ dollar pulu borcverən Almaz adlı qadına ödəmədiyi üçün sonuncunun iddia tələbinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, qətnaməsi ilə 4090 ABŞ dollrı məbləğində pul iddiaçıdan alınaraq Almaz adlı qadının xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmişdir. Bundan sonra cavabdeh iddiçıdan aldığı pulu qaytarmadığı üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, qətnaməsi ilə də müəyyən olunmuşdur ki, Almaz adlı şəxs iddiaçıya verdiyi borc pulun bir qisminin Nübar tərəfindən ona ödənildiyini göstərmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Aygüldən 2012-2013-cü il tarixlərində 4500 manat pul götürmüşdür. Aygül 2014-cü il tarixdə evlənəndən sonra ona demişdir ki, pulu Almaza ödəsin. O da hissə-hissə pulun bir qismini ödəmişdir. Hal-hazırda 3800 manat borcu qalmışdır. Həmin məbləği ödəməyə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh vəkili X10 cavabdehlə eyni məzmunlu çıxış edərək iddianın qismən təmin olunmasını yəni 3800 manat məbləgində təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Aygül bacısı qızıdır, Nübar isə qudasıdır. Belə ki, Nübar Aygüldən 4200 manat pul almışdır. O həmin vaxt Rusiyada olmuşdur. Qızı ona demişdir ki, Nübar Aygüldən 4200 manat pul almışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2(043)-4085/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 4090 (dörd min doxsan) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq iddiaçı X16 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iddiaçı X20 ifadəsində göstərmişdir ki, 05 fevral 2014-cü il tarixdə onun Aygülə verdiyi 4600 ABŞ dollar borc pulun sonuncu tərəfindən qaytarılmadığı üçün polisə şikayət edərkən Cavabdeh həm polisə həm də ona bildirmişdir ki, Aygüldən tələb etdiyi 4500 ABŞ dollar pulun onda olduğunu və həmin pulu ona qısa zamanda qaytaracağına dair söz verdiyini və həmin puldan Nübar tərəfindən bir qisminin ödənildiyini göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında həqiqətən borc pulun verilməsinə dair razılaşma oldmuşdur. İddiaçı iddia etmişdir ki, 2014-cü ilin fevral ayında X13 4650 ABŞ dolları orc pul götürərək cavabdehə vermiş, cavabdeh isə həmin pulu Almaz adlı şəxsə qaytarmadığı üçün sonuncunun iddia tələbi ilə məhkəmə qətnaməsi əsasında ondan tutulmuşdur. Cavabdeh tərəf isə iddiaçıdan həmin məbləğdə pulu manatla aldığını və bir qismini qaytarmaqla 3800 manat borcu qaldığını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(043)-4085/2019 nömrəli qətnaməsidən görünür ki, X16 cavabdeh X12 qarşı 9500 ABŞ dolları pul tələbinə dair iddiası qismən təmin olanaraq Cavabdeh tərəfindən ödənilmiş 560 ABŞ dolları nəzərə alınmaqla, X6 4090 ABŞ dolları alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Bununla yanaşı cavabdehin iddiaçıdan borc pulu 2012-2013-cü il tarixlərində dollarla deyil manatla 4500 manat götürdüyünü bildirsə də həmin dövrdə Azərbaycan manatının dollara nisbətdə məzənnəsinin yüksək olmasını və iddiaçının üçüncü şəxsdən dollarla borc alaraq cavabdehə manatla borc verməsini məhkəmə işin hallarına uyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında şifahi borc müqaviləsi olmuş, tərəflər borc müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 4650 ABŞ dolları borc verərək üzərinə düşən öhdəliyi tam icra etmiş, cavabdeh tərəfindən alınmış borcun bir qismi ödənilmiş qalan 4090 ABŞ dolları ödənilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddia təmin olunmalı, Cavabdeh 4090 (dörd min doxsan) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq iddiaçı Quliyeva (Qənbərovi) Aygül Valeriy qızına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4090 (dörd min doxsan) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq iddiaçı Quliyeva (Qənbərovi) Aygül Valeriy qızına verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1407/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1407/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver