Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1410/2020 04.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək 29.08.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon üçün 16 (on altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 10.11.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********25365 Samsung Galaxy J7 Neo markalı telefon üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə, cəmi 386 manat; 26.02.2018-ci il tarixli müqaviləsinə əsasən, Bellissa-Efsane yataq dəsti üçün 2005 (iki min beş) manat ödənilməmiş hissə, 604 (altı yüz dörd) manat dəbbə pulu, cəmi 2609 manat; 19.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43361 Samsung J3 markalı telefon üçün 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 433 manat borc, ümumilikdə 3444 (üç min dörd yüz qırx dörd) manat borc və 30 manat dövlət rüsumu, cəmi 3474 (üç min dörd yüz yetmiş dörd) manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» x2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 29.08.2017-ci il, 10.11.2017-ci il, 26.02.2018-ci il, 19.07.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon, İMEİ kodu **********25365 Samsung Galaxy J7 Neo markalı telefon, Bellissa-Efsane yataq dəsti , İMEİ kodu **********43361 Samsung J3 markalı telefon almış və nəticədə 3444 (üç min dörd yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.08.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki)manat (18 ay x 24 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon üçün 16 (on altı) manat olmaqla ondan, 16 (on altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu;10.11.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 695 (altı yüz doxsan beş) manat (20 ay x 33 manat + 35 manat ilkin ödəniş) olan İMEİ kodu **********25365 Samsung Galaxy J7 Neo markalı telefon üçün 386 (üç yüz səksən altı) manat olmaqla ondan, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə pulu; 26.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3294 (üç min iki yüz doxsan dörd) manat (18 ay x 183 manat + 0 manat ilkin ödəniş) olan Bellissa-Efsane yataq dəsti üçün 2609 (iki min altı yüz doqquz) manat olmaqla ondan 2005 (iki min beş) manat ödənilməmiş hissə, 604 (altı yüz dörd) manat dəbbə pulu; 19.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 501 (beş yüz bir) manat (12 ay x 37 manat + 57 manat ilkin ödəniş) olan İMEİ kodu **********43361 Samsung J3 markalı telefon üçün 433 (dörd yüz otuz üç) manat olmaqla ondan 333 (üç yüz tuz üç) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2271 manat təşkil edir. Ödəniş cədvəlinin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən 29.08.2017-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 432 (dördyüz otuz iki)manat (18 ay x 24 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon;10.11.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 695 (altı yüz doxsan beş) manat (20 ay x 33 manat + 35 manat ilkin ödəniş) olan İMEİ kodu**********25365 Samsung Galaxy J7 Neo markalı telefon; 26.02.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 3294 (üç min iki yüz doxsan dörd) manat (18 ay x 183 manat + 0 manat ilkin ödəniş) olan Bellissa-Efsane yataq dəsti, 19.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 501 (beş yüz bir) manat(12 ay x 37 manat+ 57 manat ilkin ödəniş) olan İMEİ kodu **********43361 Samsung J3 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş 20.02.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 29.08.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon üçün 16 (on altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu; 10.11.2017-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********25365 Samsung Galaxy J7 Neo markalı telefon üçün 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə, cəmi386 manat; 26.02.2018-ci il tarixli müqaviləsinə əsasən,Bellissa-Efsane yataq dəstiüçün 2005 (iki min beş) manat ödənilməmiş hissə, 604 (altı yüz dörd) manat dəbbə pulu, cəmi 2609 manat; 19.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43361 Samsung J3 markalı telefon üçün 333 (üç yüz otuz üç) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 433 manat borc, ümumilikdə 2651 manat əsas, 793 manat dəbbə pulu olmaqla cəmi 3444 (üç min dörd yüz qırx dörd) manat borcu vardır. İş materiallarına əlavə edilmiş 15.10.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 29.08.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01998 Samsung J2 Prime markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 16 (on altı) manat əsas borcu qalmış, qalıq borca 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır; 10.11.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********25365 Samsung Galaxy J7 Neo markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 297 (iki yüz doxsan yeddi) manat əsas borcu qalmış, qalıq borca 89 (səksən doqquz) manat dəbbə pulu hesablanmışdır; 26.02.2018-ci il tarixli müqaviləsinə əsasən Bellissa-Efsane yataq dəsti almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 2005 (iki min beş) manat əsas borcu qalmış, qalıq borca 604 (altı yüz dörd) manat dəbbə pulu hesablanmışdır; 19.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43361 Samsung J3 markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 333 (üç yüz otuz üç) manat əsas borcu qalmış, qalıq borca 100 (bir yüz) manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 793 (yeddi yüz doxsan üç) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2651 (iki min altı yüz əlli bir) manat ödənilməmiş əsas borc, 300 (üç yüz) manat dəbbə pulu olmaqla, cəmi 2951 (iki min doqquz yüz əlli bir) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2651 (iki min altı yüz əlli bir) manat ödənilməmiş əsas borc, 300 (üç yüz) manat dəbbə pulu olmaqla, cəmi 2951 (iki min doqquz yüz əlli bir) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1410/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1410/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver