Məhkəmə qərarları › İş №2(043)-1419/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1419/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1419/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı BOKT «xxxxxxxx» MMC-in cavabdeh X2 və X1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddia üzrəərzəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı BOKT «xxxxxxxx» MMC cavabdeh X2 və X1 qarşı kiçik iddia üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx xxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1055,19 ABŞ dolları və dövlət rüsumunun əvəzi 30 manatın cavabdehlərdən alınaraq BOKT «xxxxxxxx» MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlərlə kredit müqaviləsi xx xxxxx 2016-cı il tarixdə BOKT «X4» MMC arasında bağlanmış, kredit müqaviləsi üzrə bocun tutulmasını hazırki iddiaçı BOKT «xxxxxxxx» MMC tələb etsə də səlahiyətini təsdiq edən sənədi yəni tələbin güzəşti barədə müqaviləni və ya hər hansı başqa sənədi ərizəyəəlavə etməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-in cavabdeh X2 və X1 qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrəərzəsinin icraata qəbul edilməsindən imtina edilməli, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ: İddiaçı BOKT «xxxxxxxx» MMC-in cavabdeh X2 və X1 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddia üzrəərzəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar