Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1422/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı X1 Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh olaraq Cavabdeh göstərilməsinə baxmayaraq, həmin şəxs barədə şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portalda heç bir məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçı öz ünvanını cavabdehin ünvanı kimi iddia ərizəsində ünvan 1 ünvan barədə sübut əlavə etməmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 029252 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Valideynləri-atası X8, anası İddiaçıdır. Bununla da müəyyən olunur ki, iddia ərizəsində cavabdehin adı, soy adı və ata adı düzgün yazılmamış və cavabdehin harada daimi olaraq yaşaması və qeydiyyatda olması barədə hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda iddia ərizəsinin qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara izah olunur ki, cavabdehin adı, soy adı və ata adı, cavabdehin harada daimi olaraq yaşaması və qeydiyyatda olmasını müəyyən edərək iddia ərizəsində göstərməklə, iddia tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı X2 Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, cavabdehin adı, soy adı və ata adı, cavabdehin harada daimi olaraq yaşaması və qeydiyyatda olmasını müəyyən edərək iddia ərizəsində göstərməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1422/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1422/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver