Məhkəmə qərarları › İş №2(043)-143/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-143/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-143/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-ninCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxxxxx” KB ASC məhkəməyə ərizə təqdim edərək, borclu Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğındə vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli, 2(043)- 4563/2014 nömrəli məhkəmə əmri ilə borclu - ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq kreditor -“xxxxxxx” KB ASC-yə ödənilməsinə dair əmr verilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə verdiyi etiraz əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qərardadı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli, 2(043)-4563/2014 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 20.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 30% ödəmək şərtilə 2000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürüb. Lakin müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur.Nəticədə borclunun 11.10.2014-cü il tarixinə kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 manat borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pritenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmaqla iddia tələbində göstərilən məbləğ müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kreditor «xxxxxxx» KB ASC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, “xxxxxxx” KB ASC arasında bağlanmış 20.04.2013-cü il tarixli, 1596nkBAB/13 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 30% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2014-cü il tarixli arayışdan görünür ki, 20.04.2013-cü il tarixli 1596nkBAB/13 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış 20.04.2013-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 30% faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödənişlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 manat borc pul tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını iddiaçı xahiş etdiyindən ödənilmiş tələbin məbləği nəzərə alınmalı, məhkəmə xərci qismində 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehdən 10 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 804,77 manat əsas, 13,51 manat faiz, 4,51 manat cərimə, cəmi 822,79 (səkkiz yüz iyirmi iki manat, 79 qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar