Məhkəmə qərarları › İş №2(043)-1436/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1436/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1436/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İstehsalat Birliyi tərəfindən, yaşadığı ünvan 1 mənzil 9 ünvanda istifadəsində olan qaz sayğacı ilə bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə onun adına hesablanmış 394,20 (üç yüz doxsan dörd manat 20 qəpik) manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 mənzil 9 ünvan nənəsi X2 mülkiyyətində olmuşdur. Nənəsi öləndən sonra, həmin evdə atası Vaqif, atası öləndən sonra isə o və ailə üzvləri yaşayır. Sayğaca pul yükləmək məqsədi ilə kartı saygaca salarkən pul saygaca yüklənməmişdir. Bu məqsədlə X6 İstismar İdarəsin əməkdaşlarına müraciət etmiş, idarənin əməkdaşları saygaca baxış keçirərək bildirmişlər ki, saygacın elementi bitib, 10-15-günə gəlib saygacı dəyişəcəklər.Bundan sonra xx.xx.2019-cu il tarixdə X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən akt tərtib olunaraq sayğac açılaraq yeni sayğacla əvəzlənmişdir. Bir müddət, yəni 6 aydan sonra, Cavabdeh istehsalat birliyin əməkdaşları gəlib onun köhnə sayğacında müdaxilənin aşkar olunmasını bildirərək onun 394,20 manat məbləğində borcunun olmasını qeyd edərək barəsində akt tərtib etmişlər. Lakin o, həmin hesablanmış borcla razılaşmayaraq akta imza etməmişdir. Cavabdeh İstehsalat Birliyinin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilərkən qaz sayğacının plonbu toxunulmaz olmuş, heç bir nasazlığın olması qeyd edilməmiş, qaz sayğacına laboratoriya baxışı keçirilərkən onun iştirakı təmin edilməmişdir. Sayğaca onun tərəfindən müdaxilə edilməsi sübut edilməmiş, eləcə də qaz sayğacının ölçmə mexanizmində hər hansı dəyişiklik, müdaxilə olubolmamassı da müəyyən edilməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh İstehsalat Birliyinin X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən abonentin sayğacına baxış keçirilərək yeni saygacla əvəz olunmuş. Açılmış saygac labarator müayinədən keçirilərkən saycacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuş və bu barədə akt tərtib olunaraq itirilmiş qaz sərfiyyatına görə zərər hesablanmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan qaz saygacı açılaraq yenisi ilə əvəz olunmuşdur. X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman saygacın elementinin bitdiyi və sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd olunmuşdur. Aktın tərtib olunmasında istehlakının iştirakı göstərilsə də istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqısatqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı oğlu fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, iddiaçının tələbi ilə qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın elementinin bitdiyi müəyyən olunaraq iddiaçının istifadəsində olan saygac yenisi ilə əvəz olunaraq tərtib olunmuş aktda saygacın elementinin bitdiyi qeyd olunmuşdur. Lakin saygac açıldıqdan 6 ay sonra saygaca müdaxilə olunması barədə akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi aktda göstərilməmişdir. Bundan başqa saygac labarator müayinədən keçərkən istehlakçının iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia təmin olunmalı, İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 394,20 (üç yüz doxsan dörd manat 20 qəpik) manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 20 manat dövlət rüsumu Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı qızının barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 394,20 (üç yüz doxsan dörd manat 20 qəpik) manat pul silinsin. İş üzrə ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar