Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1448/2020 03.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər «Gəncə beton zavodu»na və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər «Gəncə beton zavodu»na və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona olan 24133 manat əsas borcun, bank uçot dərəcəsi ilə 6 illik müddətdə 14478 manat əldən çıxmış faydanın, mənəvi ziyana görə 6000 manatın sair xərclərə görə 2000 manatın, ümumilikdə 46611,00 manat pulun «Gəncə beton zavodu»ndan alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, cavabdehlərin qeydiyyatı Gəncə şəhəri, Nizami rayonu olmaqla iddia ərizəsi aidiyyət qaydaları pozularaq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, cavabdehlərdən X1 şəhəri, Gülüstan qəsəbəsi, ev 20 A mənzil 4 ünvanda qeydiyatdadır. Digər cavabdeh olan Gəncə Beton zavaodunun da hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, Bahəddin küçəsi, 61 ünvandır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin yaşadığı və qeydiyyatda olduğu yer Gəncə şəhəri, Nizami rayonu olduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinəəsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər işərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinəəməl olunmadığı üçün İddiaçı cavabdehlər «Gəncə beton zavodu»na və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia tələbi ilə bağlıərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər «Gəncə beton zavodu»na və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1448/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1448/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver