Məhkəmə qərarları › İş №2(043)-1451/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1451/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1451/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51378 olan “Xiaomi Redmi 8A” markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffman” markalı soyuducu üçün 500,4 (beş yüz manat, qırx qəpik) ödənilməmiş hissə, 50,6 (əlli manat, altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə 881 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 12.04.2020-ci il tarixli və 27.11.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********51378 olan “Xiaomi Redmi 8A” markalı telefon və “Hoffmann” markalı soyuducu almış və nəticədə 881 (səkkiz yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat (12 ay x 25 manat + 15 manat ilkin ödəniş) olan İMEİ kodu **********1378 olan “Xiaomi Redmi 8A” markalı telefon üçün ümumilikdə, 330 (üç yüz otuz) manat olmaqla ondan, 300 (üç yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525,4 (beş yüz iyirmi beş manat, qırx qəpik) manat (6 ay x 83,4 manat + 25 manat ilkin ödəniş) “Hoffmann” markalı soyuducu üçün ümumilikdə, 551 (beş yüz əlli bir) manat olmaqla ondan, 500,4 (beş yüz manat,qırx qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,6 (əlli manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.04.2020-ci il tarixli və 27.11.2019-cu il tarixli müqavilələrdən görünür ki, “xxxx” MMC alıcıya dəyəri 315 (üç yüz on beş) manat olan İMEİ kodu **********1378 olan “Xiaomi Redmi 8A” markalı telefon və 525,4 (beş yüz beş manat, qırx qəpik) manat olan “Hoffman” markalı soyuducunun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ kodu **********1378 olan “Xiaomi Redmi 8A” markalı telefon üçün hər ay 25 manat və “Hoffman” markalı soyuducu telefon üçün hər ay 83,4 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 12.03.2021-ci il tarixli “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən «xxxx» MMC-dən İMEİ kodu **********51378 olan “Xioami Redmi 8A” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 315 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 300 manat borcunu ödəmədiyindən, həmin məbləğə 30 manat cərimə hesablanmış, 27.11.2019-ci il tarixli müqaviləsinə əsasən «xxxx» MMC-dən “Hoffman” markalı soyuducu üçün 6 ay müddətinə ödəmək şərti ilə dəyəri 525,4 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 500,4 manat borcunu ödəmədiyindən, həmin məbləğə 50,6 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC ilə 12.04.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51378 olan “Xiaomi redmi 8A” markalı telefon almış, həmin məbləğdən 15 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 300 manat əsas borcu qalmış, qalıq borca 30 manat cərimə pulu hesablanmış; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən “Hoffman” markalı soyuducu almış, həmin məbləğdən 25 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun “xxxx” MMC-nə 500,4 manat əsas borcu qalmış, qalıq borca 50,6 manat dəbbə pulu hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, “xxxx” MMC-nin xeyrinə Cavabdeh 800,4 manat əsas borcdan ödənilməmiş hissə, 80,6 manat cərimə olmaqla, cəmi 881 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 800,4 manat əsas borcdan ödənilməmiş hissə, 80,6 manat cərimə və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 911 (doqquz yüz on bir manat) manat pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar