Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1451/2022 20.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 490 (dörd yüz doxsan) manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh iş yoldaşı Oktayın vasitəsi ilə tanımışdır. Belə ki, anası X3 xx.xx.2022-ci il tarixdə COVİD-19 virusundan vəfat etmişdir. Mərhum anası X2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn etmişlər. Mərhum anası X2 yas mərasiminin 7-si günü iş yoldaşı Oktay da başsağlığı vermək üçün sonradan tanıdığı tanışı Cavabdeh ilə onlara gəlmişdir. Söhbət zamanı bildirmişdir ki, anasının qəbir üstünün daşını düzəldə bilər. 2020ci ilin mart ayının 02-də Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya görə anasının dəfn olunduğu Gəncə şəhəri İmamzadə qəbirstanlığında dəfn olduğu məzarında aparılacaq təmir işlərində, məzarın üstündə olan qəbir daşlarının sinə daşı qara mərmərdən və 3 pilləli baş daşının da qara mərmərdən olmaqla ölçüsünə kimi razılaşmışlar. Görüləcək işlər üçün cəmi 740 manat pul vermişdir. Həmin vaxtdan Cavabdeh ilə razılaşdıqları kimi, mərhum anası X2 qəbirstanlıqda dəfn olunduğu Gəncə şəhəri İmamzadə qəbirstanlığında məzarında təmir işlərinə başlamışdır. Lakin Cavabdeh mərhum anası X2 məzarı üstünə qum-sement materialından beton tökmüşdür. Bundan sonra Cavabdeh mərhum anası X1 məzarı üstündə heç bir iş görməmişdir. Cavabdehin yaşadığı ünvana getmş, o evdə olmamışdır. Ona bildirmişdir ki, 100 manat pul göndərdi və eyni zamanda 150 manat da gördüyü beton işinə çıxdı. Bununla da cavabdeh qəbirstanlıqda anasının məzarında aparılacaq baş daşın və sinə daşının düzəldilməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 490 manat pulunu ələ keçirməklə ona verilən tapşırığı tam yerinə yetirməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində izahat verən zaman ona 490 manat pul borcu olduğunu etiraf etmişdir. Cavabdehə dəfələrlə bununla bağlı müraciət etsə də o pulu ödəməkdən boyun qaçırır. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 258026 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Cavabdeh Gəncə şəhər BPİ-in 2-ci polis şöbəsində verdiyi izahatından görünür ki, İddiaçı anasının qəbir daşını düzəltmək üçün 740 manat pul aldığını, həmin pulun isə 150 manatını işə sərf etdiyini yerdə qalan 590 manat pulu isə qaytarmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-in 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi tərəflər arasında podarat müqaviləsi bağlanaraq iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş cavabdeh işin bir qismini icra edərək öhdəliyi tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ddia təmin olunmalı Cavabdeh 490 (dörd yüz doxsan) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 490 (dörd yüz doxsan) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1451/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1451/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver