Məhkəmə qərarları › İş №2(043)-1455/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1455/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1455/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, «LG» markalı soyuducu üçün 1169 manat ödənilməmiş hissə, 343 manat dəbbə pulu; 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, «Samsung» markalı LED televizor üçün 1275 manat ödənilməmiş hissə, 292 manat dəbbə; 19.01.2020-cu il tarixli müqaviləsinə əsasən, «LG» markalı paltaryuyan üçün 1020 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu olmaqla, ümumilikdə 4315 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4345 (dörd min üç yüz qırx beş) manat Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.09.2019-cu il, 09.12.2019-cu il, 19.01.2020-ci il, tarixli müqavilələrə əsasən, “LG” markalı soyuducu, “Samsung” markalı LED televizor, “LG” markalı paltaryuyan almış və nəticədə 4315 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat +0 manat ilkin ödəniş) olan «LG» markalı soyuducu üçün 1512 manat olmaqla, ondan 1169 manat ödənilməmiş hissə, 343 manat dəbbə pulu; 09.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1399 manat (18 ay x 75 manat + 49 manat ilkin ödəniş) olan «Samsung» markalı LED televizor üçün 1567 manat olmaqla ondan, 1275 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu; 19.01.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan «LG» markalı paltaryuyan üçün 1236 manat olmaqla ondan 1020 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 599 (beş yüz doxsan doqquz) manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək borcu hissə-hissə ödəməyə razı olduğunu, lakin cərimə borcunun çox olduğunu və silinməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC-dən 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat +0 manat ilkin ödəniş) olan “LG” markalı soyuducu üçün 1169 manat ödənilməmiş hissə, 343 manat dəbbə, 09.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1399 manat (18 ay x 75 manat + 49 manat ilkin ödəniş) olan “Samsung” markalı LED televizor üçün 1275 manat ödənilməmiş hissə, 292 manat dəbbə, 19.01.2020-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan üçün 1020 manat ödənilməmiş hissə, 216 manat dəbbə pulu, ümumilikdə 4315 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 26.09.2019-cu il tarixli müqaviləsinə «LG» markalı soyuducu almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 1169 manat əsas borcu qalmış, qalıq borca 343 manat dəbbə pulu hesablanmışdır; 09.12.2019cu il tarixli müqaviləsinə əsasən «Samsung» markalı LED televizor almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 1275 manat əsas borcu qalmış, qalıq borca 292 manat dəbbə pulu hesablanmışdır; 19.01.2020-cu il tarixli müqaviləsinə əsasən «LG» markalı paltaryuyan almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 1020 manat əsas borcu qalmış, qalıq borca 216 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 851 (səkkiz yüz əlli bir) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 3464 (üç min dörd yüz altmış dörd) manat ödənilməmiş əsas borc, 300 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 3764 (üç min yeddi yüz altmış dörd) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3464 (üç min dörd yüz altmış dörd) manat ödənilməmiş əsas borc, 300 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 3764 (üç min yeddi yüz altmış dörd) manat pul və məhkəmə xərci 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar