Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1458/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4649 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4679 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı 09.12.2019, 09.12.2019 və 01.02.2020-ci il tarixli müqavilələrə əsasən, “LG” markalı paltaryuyan, “Violetta” markalı künc divan, ”Hoffman” markalı soyuducu və “Venetsiya” markalı mebel əşyası almış və nəticədə 4649 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1140 manat (12 ay x 95 manat + 0 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan üçün 1111 manat olmaqla ondan, 855 manat ödənilməmiş hissə, 256 manat dəbbə pulu; 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2320 manat (20 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan “Violetta” markalı künc divan üçün 2587 manat olmaqla ondan, 2204 manat ödənilməmiş hissə, 383 manat dəbbə pulu; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 889.2 manat (18 ay x 49.4 manat + 0 manat ilkin ödəniş) olan “Hoffman” markalı soyuducu və “Venetsiya” markalı mebel əşyası üçün 951 manat olmaqla, ondan 789.2 manat ödənilməmiş hissə, 161.8 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 501 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, pandemiya şəraiti ilə bağlı işləyə bilməmiş və bu səbəbdən borcunu ödəyə bilməmişdir. Odur ki, iddianı borcun tutulması hissəsində təmin edilməsini və hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli 01112338 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 2320 manat olan məhsulu (“Violetta markalı künc divan) ilkin ödəniş etmədən, aylıq ödəniş 116 manat olmaqla 20 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli № 01112299 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 1140 manat olan məhsulu (“LG” markalı paltaryuyan) ilkin ödəniş etmədən, aylıq ödəniş 95 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 01.02.2020-ci il tarixli № 20072675 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 889,20 manat olan məhsulu (“Hoffman” markalı soyuducu, “Venetsiya” markalı mebel əşyası) ilkin ödəniş etmədən, aylıq ödəniş 49,40 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 09.12.2019, 09.12.2019 və 01.02.2020-ci il tarixli müqavilələr üzrə cavabdeh cəmi 501 manat ödəniş etmiş, onun hal-hazırda 4649 manat (3848,2 manat əsas borc və 800,8 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 08.01.2021-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 09.12.2019-cu il tarixli müqavilə üzrə 256 manat; 09.12.2019-cu il tarixli müqavilə üzrə 383 manat; 01.02.2020-ci il tarixli müqaviləyə üzrə isə 161,8 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 09.12.2019-cu il tarixli müqavilə üzrə 50 manat; 09.12.2019-cu il tarixli müqavilə üzrə 30 manat; 01.02.2020-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 3848,20 manat ödənilməmiş borc və 100 manat dəbbə pulu olmaqla, cəmi 3948,20 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.12.2019, 09.12.2019 və 01.02.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 3848,20 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 3948,20 manat (üç min doqquz yüz qırx səkkiz manat iyirmi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1458/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1458/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver