Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1461/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «xxxx» MMC-nin xeyrinə 17.08.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1598 manat ödənilməmiş məbləğ 491 manat dəbbə pulu, 18.08.2019-cu il tarixli müqaviləyə əsasən, Mi TV Box, LG markalı televizor, Sonorous markalı asqı üçün 768 manat ödənilməmiş məbləğ 230 manat dəbbə pulu, 05.12.2019-cu il tarixli müqaviləyə əsasən, Üz qırxan Philips, Masajor Beurer üçün 406 manat ödənilməmiş məbləğ 123 manat dəbbə pulu olmaqla cəmi 3616 (üç min altı yüz on altı) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında 17.08.2019-cu il, 18.08.2019-cu il, 05.12.2019-cu il tarixlərdə bağlanmış nisyə alqı –satqı müqavilələrinə əsasən, cavabdeh iddiaçıdan Samsung markalı soyuducu , Mi TV Box, LG markalı televizor, Sonorous markalı asqı, Üz qırxan Philips, Masajor Beurer avadanlıqları almış və öhdəliyi yerinə yetirmədiyi üçün 3616 (üç min altı yüz on altı) manat borcu yaranmışdır. Cavabdehin 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2808 manat olan Samsung markalı soyuducu üçün 1598 manat ödənilməmiş məbləğ 491 manat dəbbə pulu, 18.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1154 manat olan Mi TV Box, LG markalı televizor, Sonorous markalı asqı üçün 768 manat ödənilməmiş məbləğ 230 manat dəbbə pulu, 05.12.2019- cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 492 manat olan Üz qırxan Philips, Masajor Beurer üçün 406 manat ödənilməmiş məbləğ 123 manat dəbbə pulu olmaqla ümumilikdə 3616 (üç min altı yüz on altı) manat miqdarında borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu könüllü ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -17.08.2019-cu il tarixli, 00852103 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh qızı arasında bağlanmış müqaviləyə görə iddiaçı cavabdehə 2808 manat dəyərində Samsung markalı soyuducu satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 234 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 18.08.2019-cu il tarixli, 00854025 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh qızı arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə 1154 manat dəyərində Mi TV Box, LG markalı televizor, Sonorous markalı asqı satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 96 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 05.12.2019-cu il tarixli, 01101079 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh qızı arasında müqavilə bağlanaraq həmin müqaviləyə görə iddiaçı cavabdehə alqı-satqı qiyməti 492 manat olan Üzqırxan Philips, Masajor Beurer satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 6 ay ərzində hər ay 82 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 10.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh qızının «xxxx» MMC-yə 17.08.2019-cu il tarixli müqaviləyə əsasən 1598 manat ödənilməmiş məbləğ 491 manat dəbbə pulu, 18.08.2019-cu il tarixli müqaviləyə əsasən 768 manat ödənilməmiş məbləğ 230 manat dəbbə pulu, 05.12.2019-cu il tarixli müqaviləyə əsasən 406 ödənilməmiş məbləğ 123 manat dəbbə pulu olmaqla ümumilikdə 3616 (üç min altı yüz on altı) manat borcu qalmışdır; 04.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 17.08.2019-cu il tarixli 00852103 nömrəli müqavilə üzrə tutulmalı olan 491 manat cərimə məbləği azaldılaraq 91 manat, 18.08.2019-cu il tarixli 00854025 nömrəli müqavilə üzrə tutulmalı olan 230 manat cərimə məbləği azaldılaraq 30 manat, 05.12.2019-cu il tarixli 01101079 nömrəli müqavilə üzrə tutulmalı olan 123 manat cərimə məbləği azaldılaraq 23 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 17.08.2019-cu il tarixli 00852103 nömrəli müqavilə üzrə 1598 manat ödənilməmiş məbləğ 91 manat cərimə, 18.08.2019-cu il tarixli 00854025 nömrəli müqavilə üzrə 768 manat ödənilməmiş məbləğ 30 manat cərimə, 05.12.2019-cu il tarixli 01101079 nömrəli müqavilə üzrə 406 manat ödənilməmiş məbləğ 23 manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 2916 (iki min doqquz yüz on altı) manat cavabdehdən alınaraq «xxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qızından 17.08.2019-cu il tarixli 00852103 nömrəli müqavilə üzrə 1598 manat ödənilməmiş məbləğ 91 manat cərimə, 18.08.2019-cu il tarixli 00854025 nömrəli müqavilə üzrə 768 manat ödənilməmiş məbləğ 30 manat cərimə, 05.12.2019-cu il tarixli 01101079 nömrəli müqavilə üzrə 406 manat ödənilməmiş məbləğ 23 manat cərimə olmaqla hər üç müqavilə üzrə ümumilikdə 2916 (iki min doqquz yüz on altı) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1461/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1461/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver