Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-148/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri X3 filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 172,80 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanında quraşdırılmış G-4 markalı zavod nömrəsi 07AZ**********1 olan qaz sayğacına 25 may 2017-ci il tarixli, MSK-29/1710-00592-4 saylı aktla sayğaca texniki baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuş və itron tipli G-4 markalı zavod nömrəsi 1602AZ**********59 olan qaz sayğacı ilə əvəzlənmişdir və qanunsuz olaraq 172,80 manat əsassız olaraq abonentin hesabına borc daxil etmişlər. Bir daha məlumat üçün bildirmək istəyir ki, hər məişət sayğacının istismar müddəti 5 ildir, həmin sayğac 2007-ci ilin sayğacıdır. Odur ki, qanunsuz hesablanmış 172 manat 80 qəpik borcun silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri X3 filialının nümayəndəsi X6 ifadə verərək göstərdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış G- 4 markalı, zavod nömrəsi 07AZ**********1 olan qaz sayğacı paylayıcı tərəfindən 13.04.2017- ci il tarixində itron tipli G-4 markalı, zavod nömrəsi 1602AZ**********59 olan qaz sayğacı ilə əvəzlənərək növbəti dövlət yoxlamasına göndərilmiş və ARDNŞ-nin "Azəriqaz" İB qaz sayğaclarının yoxlanması barədə tərtib edilmiş 25 may 2017-ci il tarixli MSK-29/1710-00592-4 saylı aktına əsasən sayğaca texniki baxış keçirilmişdir. Baxış zamanı sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Verilmiş bu rəyə əsasən Gəncə RQİİ-nin tərəfindən sayğacın göstəricisindən əlavə olaraq hesabat aparılmış və 172.80 manat əsassız borcu abonentin hesabınına daxil etmişlər. 864 kubmetr qaz sərfinə bərabər dəymiş ziyan dedikdə, 172.80 manat məbləğində pul vəsaiti nəzərdə tutulur (864 kubmetr x 0.20 man=172.80 manat) və həmin məbləğ heç bir normativ hüquqi aktda əsaslanmadan, eləcədə tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərinə zidd olaraq "Azəriqaz" İB Gəncə RQİİ tərəfindən birtərəfli qaydada hesablanır və məcburi qaydada ödənilməsi üçün istehlakçıya təqdim edilir. Nəticə olaraq bildirmək istəryir ki, "Azəriqaz" İB Gəncə RQİİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalan"mn 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paytayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün örtüklə örtülmə!i(fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxmasına imkan olmalıdır. Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paytayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinin birinci cümləsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıctsı tərəfindən həyata keçirilir. Bundan başqa, "Azəriqaz" İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Qeyd etmək istəyir ki, Gəncə şəhərində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji X1nin Gəncə filialı fəaliyyət göstərir və onun səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 22.12.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Enerji X1nin Nizamnaməsi" ilə tənzimlənir. Nizamnamənin 1.1 bəndində göstərilir ki, Enerji X1 (bundan sonra-Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restruktizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş GPG16077559 saylı smart sayğaclı abonent saldosunun surətindən görünür ki, **********00130 saylı abonent kodu olan sayğaca 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş «Azəriqaz» İstehsalat Birliyinin 25.05.2017-ci il tarixli, 29/1710-00592-4 saylı aktın surətindən görünür ki, **********00130 saylı abonent kodu olan sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, 07AZ**********1 zavod nömrəsi, **********00130 saylı abonent kodu olan “G4” markalı, ******* saylı qaz sayğacı fərdi yaşayış evinin xaricində yerləşir. İş materiallarına əlavə olunmuş Energetika Nazirliyi Enerji X1 Gəncə filialının 07 fevral 2022-ci il tarixli, AERA-22-98/22 saylı məktubundan görünür ki, araşdırma zamanı qeyd olunanlara aydınlıq gətirilməsi barədə müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Agentliyin Gəncə filialı tərəfindən “Azəriqaz” İB-nin X9 İstismarı idarəsinə sorğu verilmiş, Birlik tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, yaşadığı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ravod nömrəsi 07AZ**********1 olan qaz sayğacı 13.04.2017-cİ il tarixində itron tipli G-4 markalı zavod nömrəsi 1602AZ**********59 olan qaz sayğacı ilə əvəzlənərək növbəti dövlət yoxlamasına göndərilmiş və ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının anması barədə tərtib edilmiş 25 may 2017-ci il tarixli MSK-29/1710-00592-4 saylı aktına əsasən sayğaca texniki baxış keçirilmişdi. Baxış zamanı sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Verilmiş bu rəyə əsasən Gəncə RQİİnin tərəfindən sayğacın göstəricisindən əlavə olaraq hesabat aparılmış və 172.80 manat əsassız borcu abonent hesabınıza daxil etmişlər. Bununla da paylayıcı tərəfindən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci,4.8-ci, 4.9-cu və 5.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Agentiyin Gəncə filialı tərəfindən hesab koduna əlavə sərfiyyat olaraq yazılmış qaz həcminin məsələsinə baxılması üçün “Azəriqaz” İB-nə müraciət olunmuşdur. Birlik tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, hesabda yaranmış borcun silinməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa qeyd etmək istəryir ki, fərdi yaşayış evinizin qaz təchizatı paylayıcı tərəfindən dayandırılmamış və smart-kart tipli qaz sayğacının kartı təqdim edilmişdir. Həmçinin, göstərilən borcun silinməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə olunmuş Energetika Nazirliyi Enerji X1 Gəncə filialının 07 fevral 2022-ci il tarixli, AERA-22-98/22 saylı məktubundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış G- 4 markalı, zavod nömrəsi 07AZ**********1 olan qaz sayğacı paylayıcı tərəfindən 13.04.2017-ci il tarixində itron tipli G-4 markalı, zavod nömrəsi 1602AZ**********59 olan qaz sayğacı ilə əvəzlənərək növbəti dövlət yoxlamasına göndərilmiş və ARDNŞ-nin “Azəriqaz” İB qaz sayğaclarının yoxlanması barədə tərtib edilmiş 25 may 2017-ci il tarixli MSK-29/1710-00592-4 saylı aktına əsasən sayğaca texniki baxış keçirilmişdir. Baxış zamanı sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Verilmiş bu rəyə əsasən Gəncə RQİİ-nin tərəfindən sayğacın göstəricisindən əlavə olaraq hesabat aparılmış və 172.80 manat əsassız borcu abonentin hesabınına daxil etmişlər. Qeyd etmək lazımdır ki, 864 m3 qaz sərfinə bərabər dəymiş ziyan dedikdə, 172.80 manat məbləğində pul vəsaiti nəzərdə tutulur (864 m3 x 0.20 man=172.80 manat) və həmin məbləğ heç bir normativ hüquqi aktda əsaslanmadan, eləcədə tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərinə zidd olaraq “Azəriqaz” İB Gəncə RQİİ tərəfindən birtərəfli qaydada hesablanır və məcburi qaydada ödənilməsi üçün istehlakçıya təqdim edilir. Nəticə olaraq bildirmək istərdik ki, “Azəriqaz” İB Gəncə RQİİ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”ının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paytayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehiakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxmasına imkan olmalıdır. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinin birinci cümləsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan başqa, “Azəriqaz” İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti itə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə abonent tərəfindən törədilməsi anlamına gələ bilməz. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. Qeyd etmək istyirlər ki, Gəncə şəhərində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji X1nin Gəncə filialı fəaliyyət göstərir və onun səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 22.12.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Enerji X1nin Nizamnaməsi” ilə tənzimlənir. Nizamnamənin 1.1 bəndində göstərilir ki, Enerji X1 (bundan sonra-Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restruktizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paytayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehiakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün örtüklə örtülməli(fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinin birinci cümləsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, iş materiallarında olan sübutlardan aydın olur ki, 25.05.2017-ci il tarixdə 29/1710-00592-4 saylı akt əsasında ünvan 2 ünvanında istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində 07AZ**********1 zavod nömrəli, **********00130 saylı abonent kodu olan itron tipli “G4” markalı, ******* saylı qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilməsi müəyyən olunmuş və 13.04.2017ci il tarixində itron tipli G-4 markalı, zavod nömrəsi 1602AZ**********59 olan qaz sayğacı ilə əvəzlənən zaman “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat əsassız borc abonentin hesabına daxil edilmişdir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, “Azəriqaz” İstehsalat birliyi tərəfindən hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə quraşdırılmış itron tipli “G-4” markalı, zavod nömrəsi 1602AZ**********59 qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-148/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-148/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver