Məhkəmə qərarları › İş №2(043)-149/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-149/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-149/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X14 Təşkilatı İddiaçı cavabdeh X4 qarşı “kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxx” MMC cavabdeh X4 qarşı iddia qaldıraraq, Cavabdeh xx xxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1129.85 (bir min yüz iyirmi doqquz 85 sent) ABŞ dolları, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 108.86 (yüz səkkiz 86 sent) ABŞ dolları, cərimə üzrə 112,99 (yüz on iki 99 sent) ABŞ dolları olmaqla ümumilikdə 1351,70 (bir min üç yüz əlli bir 70 sent) ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin X14 Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 50 ABŞ dolları dəyərində olan çəkisi 4.6 qram olan 583 əyarlı bir ədəd kulon, 20 ABŞ dolları dəyərində olan çəkisi 1.9 qram olan 583 əyarlı bir ədəd üzük, 40 ABŞ dolları dəyərində olan çəkisi 3.3 qram olan 583 əyarlı bir ədəd kulon və 400 ABŞ dolları dəyərində olan çəkisi 30.1 qram olan 583 əyarlı bir ədəd sepdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin X14 Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X14 Təşkilatı “X13” MMC-nin Gəncə filialı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 6.33 faiz dərəcəsi ilə xx.xx.2020-ci il tarixə qədər 1517 ABŞ dolları məbləğində borc verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X7 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxx 2016-cı il il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus qızıl-zinət və ev əşyaları X14 Təşkilatı “X13” MMC-yə girov qoyulmuşdur. Cavabdeh «22» May 2020-ci il il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1129.85 (bir min yüz iyirmi doqquz 85 sent) ABŞ dolları, faiz üzrə 108.86 (yüz səkkiz 86 sent) ABŞ dolları, cərimə üzrə 112.99 (yüz on iki 99 sent) ABŞ dolları olmaqla ümumilikdə 1351.70 (bir min üç yüz əlli bir 70 sent) ABŞ dolları təşkil edir. İddiaçı BOKT “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qismən qəbul edərək bildirdi ki, cavabdeh Ü.X12 Kredit Təşkilatı “X13” MMC ilə müqavilə bağlayaraq 1517 ABŞ dolları kredit götürmüşdür. Sonradan maddi vəziyyətlərinin pisləşməsi və devalvasiya ilə əlaqədar olaraq borcu ödəyə bilməmişlər. Lakin o, hesab edir ki, onların kredit borcu restrukturizasiya olunmalı idi. Buna baxmayaraq iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə X5 etdiyi müraciətlər nəticəsiz qalmışdır. Eyni zamanda girov müqaviləsinin predmetini qızıl-zinət əşyaları təşkil etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, X14 Təşkilatı “X13” MMC-nin Gəncə filialı X4 48 ay müddətinə, 6.33 faiz dərəcəsi tətbiq edilməklə 1517 ABŞ dolları borc vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2016-ci il tarixli müqavilədən görünür ki, BOKT “X13” MMC-nin X4 qarşı kredit müqavilələri üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X14 Təşkilatı “xxxx” MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 BOKT “xxxx” MMC-yə əsas borc üzrə 1129.85 ABŞ dolları, faiz üzrə 108.86 ABŞ dolları, cərimə üzrə 112.99 ABŞ dolları olmaqla ümumilikdə 1351.70 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam şəkildə xx.xx.2020-ci il tarixədək qaytarmalı olduğu halda öz öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehə qarşı tələb hüququ kreditor tərəfindən iddiaçıya güzəşt olunmuşdur. Buna görə də iddiaçı borc məbləğinin qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən əsas borc və faiz borcu tam həcmdə tutulmalıdır. Cərimə (dəbbə pulu) ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, eyni zamanda iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və 2 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddianın borc üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi tələbi isə əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı-cı il tarixli LD/16097/00052 saylı girov müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, X1 Olmayan Kredit Təşkilatı “X13” MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan bir ədəd LG markalı televizor, bir ədəd Samsung markalı soyuducu, bir ədəd LG markalı paltaryuyan maşın, bir ədəd divan-kreslo dəsti, bir dəst mebel, bir ədəd personal kompüter və beş ədəd xalçadan ibarət ev əşyalarını X14 Təşkilatı “X13” MMC-yə girov qoymuşdur. Göründüyü kimi iddiaçının girov predmeti kimi tutmanın yönəldilməsini tələb etdiyi qızıl-zinət əşyaları girov müqaviləsində və ya girov müqaviləsinin əlavəsində göstərilməmişdir. Bu isə həmin əşyaların girov predmeti olmasını və onlara tutma yönəldilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşin materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2016-cı-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1129,85 (bir min yüz iyirmi doqquz tam yüzdə səksən beş) ABŞ dolları, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 108,86 (yüz səkkiz tam yüzdə səksən altı) ABŞ dolları, cərimə üzrə 2 (iki) ABŞ dolları olmaqla ümumilikdə 1240,71 (bir min iki yüz qırx tam yüzdə yetmiş bir) ABŞ dolları və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı X14 Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar