Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1499/2022 06.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin noyabr ayında ona və həyat yoldaşı X2 təqaüd düzəltmək adı ilə yalan vədlər verərək onu aldatmış və yaşadığı Gəncə şəhəri Sadıllı qəsəbəsi R.F.Veysəlova küçəsi ev 120-də bu məqsədlə ondan 7000 manat pul alaraq ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh ondan başqa da bir neçə şəxsləri də bu cür aldadaraq onlara qarşı da dələduzluq etmişdir. Ona görə də cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərək baxılması üçün Kəpəz Rayon Məhkəməsinə verilmişdir. Kəpəz Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 1(043)-205/2021 saylı hökmünə əsasən Cavabdeh qeyd olunan maddələrlə təqsiri sübuta yetirilmiş və o, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin həmin hökmü qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmənin hökmündə göstərmişdir ki, ona dəymiş maddi zərər cavabdeh tərəfindən tam olaraq ödənilmiş və onun Cavabdeh qarşı heç bir şikayəti və tələbi yoxdur. Lakin qeyd etmək istəyir ki, əslində Cavabdeh ondan aldığı 7000 manat pulun yalnız 5000 manatını ödəmişdir. Qalan 2000 manatı da hökmdən sonra qaytaracağına söz verdiyi üçün ona cinayət işində kömək etmək, yəni onun həbs olunmaması üçün belə bir ifadə vermişdir. Əslində isə Famil məhkəmə zalında ona yalvararaq 5000 manat pulu qəbul etməsini və cinayət işində köməklik olunması üçün barışıq ərizəsi verməsini xahiş etmişdir. Qalıq 2000 manat pulu isə tezliklə verəcəyini bildirmişdir. O, Familə inanaraq məhkəmədə ziyanın ödənilməsi barədə ifadə vermişdir. Bu faktla əlaqədar şahidləri vardır və məhkəmə zamanı ifadə verəcəklər. Lakin cavabdeh hazırda azadlıqda olmasına baxmayaraq ondan aldığı 7000 manat pulun 2000 manatını hələ də qaytarmır və hər dəfə müxtəlif bəhanələrlə pulumu qaytarmaqdan yaymır. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı qarşı dələduzluq edib ona məxsus 7000 manat pulu ələ keçirdiyinə görə barəsində cinayət işi başlanmışdır. Cinayət işi məhkəmənin icraatında olan dövrdə o, hazırki iş üzrə İddiaçı İsfəndiyər oğluna vurmuş olduğu 7000 manat ziyanı tamamilə ödəmiş və bu barədə ondan ərizə almışdır. Həmin ərizədə İddiaçı İsfəndiyər oğlu ona olan ziyanın tamamilə ödənildiyini və ondan şikayəti və tələbi olmadığını bildirmişdir. İddiaçı ona şər atır. Bu səbəbdən iddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, Cavabdeh onun atasıdır. Cavabdeh barəsində CM-nın 178-ci maddəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində cinayət işi olmuşdur. Həmin iş üzrə İddiaçı İsfəndiyər oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. Sözügedən iş üzrə hökm çıxarılmamışdan əvvəl atası İddiaçı zərərçəkmiş İddiaçı İsfəndiyər oğluna vurulan 7000 manat ziyanı tamamilə ödəmişdir. Ona görə də İddiaçı İsfəndiyər oğlu ziyanın ona tam ödənilməsi ilə bağlı məhkəməyə ərizə yazmışdır. İddiaçı onlara şər atır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilib dindirilən şahid X16 izahatında göstərdi ki, Tovuz rayonu Əyyublu kənd 1 saylı orta məktəbdə laborant işləyir. İddiaçı onunla qonşuluda yaşayır, münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin yanvar ayında yaşadığı evdə olan vaxt həyat yoldaşı Ramin Sadıqov evə gəlib ona bildirmişdir ki, onlarla qonşuluqda yaşayan İddiaçı tanımadığı, adını bilmədiyi şəxsin vasitəsilə 7000 manat pulun müqabilində həyat yoldaşı Ramin Sadıqova və ona təqaüd düzəltdirməyi təklif etmişdir. O, da etiraz etməyib razılaşmış və qərara gəlmişlər ki, kredit götürüb təqaüd düzəltdirsin. Lakin İddiaçı tez bir zamanda həmin şəxsə pul çatdırmasını bildirdiyi üçün həyat yoldaşı həmkəndlisi X7 2000 manat məbləğində pul götürüb həmin məqsədlə Cavabdeh çatması üçün İddiaçı vermişdir. 03 fevral 2020-ci il tarixdə isə ailəsinin qızıllarını Tovuz rayonunda yerləşən "xxxx" BOKT ASC-yə girov qoyub onun adına 8000 manat məbləğində pul götürmüşlər, həm özünə, həm də həyat yoldaşı Ramin Sadıqova təqaüd düzəltmək məqsədilə Cavabdeh aparıb verməsi üçün 5000 manat məbləğində pulu qonşusu İddiaçı vermişlər. Həmin kredit onun adına sənədləşdirilib götürülsə də kredit borcunu hər ay həyat yoldaşı Ramin Sadıqov özü işləyib ödəmişdir. İddiaçı dediyinə görə, Cavabdeh 3 ay müddətində ona və həyat yoldaşına təqaüd düzəldəcəyinə söz vermişdir. Lakin Cavabdeh vəd etdiyi tarix gəlib bitsə də vədinə əməl etməmiş, ona və həyat yoldaşı Ramin Sadıqova təqaüd düzəltməmişdir. Bundan sonra onlar dəfələrlə İddiaçılə əlaqə saxlayıb işlərinin nə yerdə olduğunu maraqlananda İddiaçı təqaüd düzəldən şəxslə danışdığını, həmin şəxsin işlərini tez bir zamanda düzəldəcəyini, təqaüd kartı alacaqlarını bildirmişdir. Daha sonra Cavabdeh onu aldadaraq etibarından sui-istifadə edib pullarını ələ keçirdərək dələduzluq etdiyini başa düşmüşlər, lakin onlar Cavabdeh görmədikləri üçün ona və həyat yoldaşına təqaüd düzəltmək məqsədilə ümumilikdə 7000 manat məbləğində pulu həyat yoldaşı Ramin Sadıqov aparıb qonşusu Eldəniz Mirzyevə verdiyi üçün həyat yoldaşı məcbur qalıb 2021ci ilin fevral ayında Tovuz rayon Prokuroluğuna gedib İddiaçı barəsində şikayət ərizəsi yazmışdır. Baş vermiş dələduzluq cinayəti nəticəsində həyat yoldaşı Ramin Sadıqova ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Famil Abullayevin barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində cinayət işinə baxılan zaman Famil bütün zərərçəkmiş şəxslərin ziyanını tam ödəsə də yalnız İddiaçı vurduğu ziyandan 2000 manatı ödəməmişdir. Famil Eldənizə söz vermişdir ki, həmin pulu tezliklə qaytaracaqdır. X8 ödəməli olduğu 2000 pulun qaytarıb qaytarmadığını dəqiq bilmir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(043)-205/2021 nömrəli hökmünün nəticə hissəsindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və Cavabdeh üzərində qəti olaraq 01 il 11 ay (on bir) ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd olunan hökmdə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında, günü dəqiq məlum olmayan tarixdə X1 olan xəstəliyi ilə əlaqədar olaraq xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində saxlamaq adı ilə yalan vədlər verərək sonuncunun qardaşı Tovuz rayon sakini X3 aldadıb Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən «Kəkotu» adlanan çayxananın yaxınlığında 2000 (iki min) manat pulunu ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin noyabr ayında, günü dəqiq məlum olmayan tarixdə Tovuz rayon, Əyyublu kənd sakini İddiaçı və həyat yoldaşı X2 təqaüd düzəltmək adı ilə yalan vədlər verib aldadaraq yaşadığı ünvan 1 ünvanında İddiaçı 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci fevral ayında, günü dəqiq məlum olmayan tarixdə Tovuz rayon, Əyyublu kənd sakini X10 və həyat yoldaşı X12 təqaüd düzəltmək adı ilə yalan vədlər verib aldadaraq yaşadığı ünvan 2 ünvanında Ramin Sadıqovun 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sözügedən hökmün zərərçəkmiş şəxs İddiaçı məhkəmə iclasında verdiyi izahat hissəsində göstərilmişdir ki, təqsirləndirilən Cavabdeh tərəfindən ona vurulan ziyan ödənilmişdir. Hazırda ondan şikayəti və tələbi yoxdur. Eyni zamanda hökmə əsasən təqsirləndirilən Cavabdeh zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyan əməldə cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İşdə olan İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanladığı 20 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs kimi ona dəyən ziyan Cavabdeh tərəfindən tam ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin noyabr ayında, günü dəqiq məlum olmayan tarixdə Tovuz rayon, Əyyublu kənd sakini İddiaçı və həyat yoldaşı X2 təqaüd düzəltmək adı ilə yalan vədlər verib aldadaraq yaşadığı ünvan 1 ünvanında İddiaçı 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı ona vurulan 7000 manat ziyandan 5000 manatının ödənildiyini 2000 manatın isə Cavabdeh tərəfindən ödənilmədiyini bildirmişdir. Cavabdeh İddiaçı vurmuş olduğu 7000 manat ziyanı tam ödənildiyini bildirərək bu barədə olan ondan ərizə aldığını bildirmişdir. Zərərçəkmiş şəxs İddiaçı cinayət işi üzrə məhkəmə iclasında verdiyi izahatda təqsirləndirilən Cavabdeh tərəfindən ona vurulan ziyan ödənildiyini, hazırda ondan şikayəti və tələbi olmadığını qeyd etmiş və bu barədə məhkəməyə ərizə vermişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(043)-205/2021 nömrəli hökmündə təqsirləndirilən Cavabdeh zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyan əməldə cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin deliktlə bağlı hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasından aydın görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarmalı olan əməl olmaqla yanaşı zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh İddiaçı deliktlə nəticələnən 7000 manat ziyan vurması öz təsdiqini tapmışdır. Bu səbəbdən həmin hal işin mübahisəsiz halı kimi qəbul olunmalıdır. Belə ki, bununla bağlı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(043)-205/2021 nömrəli qüvvədə olan hökmü vardır. Lakin vurulan ziyanın tamamilə ödənilib-ödənilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona vurduğu 7000 manat ziyandan 2000 manatını ödəməli olmasını sübut edə bilməmişdir. Əksinə həm Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(043)-205/2021 nömrəli qüvvədə olan hökmü, həm də iddiaçının özünün öz xətti ilə yazıb imzaladığı ərizə ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı vurmuş olduğu 7000 manat ziyan tamamilə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ona vurulan ziyanın Cavabdeh tərəfindən tamamilə ödənilməsi barədə birincinin yazmış olduğu ərizə başqa mötəbər sübutlarla təkzib oluna bilmədiyindən onun həqiqi, eyni zamanda son iradə ifadəsi kimi qəbul olunmalıdır. Məhkəmə şahid X11 ifadəsinə də münasibət bildirərək qeyd edir ki, onun ifadəsində göstərilən xüsusatlar, yəni Famil Abullayevin barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində cinayət işinə baxılan zaman Famil bütün zərərçəkmiş şəxslərin ziyanını tam ödəsə də yalnız İddiaçı vurduğu ziyandan 2000 manatı ödəməməsi barədə qeyd etdiyi hal İddiaçı son iradəsini ifadə etməzdən (vurulan ziyanın Cavabdeh tərəfindən tamamilə ödənilməsi barədə ərizə yazmasından) əvvəlki dövrə təsadüf etdiyindən həmin ifadəyə mötəbər sübut kimi yanaşmaq düzgün deyildir. Məhkəmə həm də iddiaçının diqqətinə çatdırır ki, əgər onun dediyi kimi, yəni Cavabdeh ona vurmuş olduğu ziyanın 2000 manatını ödəməmişdirsə bu zaman İddiaçı ona dəymiş ziyanın tamamilə ödənilməsi ilə bağlı deyil, əksinə ərizəsində ona real ödənilən məbləği qeyd etməli idi. Başqa sözlə, həmin ərizənin verilməsinə görə İddiaçı gələcəkdə üzləşəcəyi risklərə görə özü məsuliyyət daşıdığını anlamalı idi və anlayırdı. Beləliklə məhkəmə yekun nəticəyə gəlir ki, İddiaçı tam fəaliyyət qabiliyyətli olduğundan və ona heç kim tərəfində psixi və ya fiziki zor tətbiq edilməsi halı müəyyən olunmadığından, onun dəymiş ziyanın tamamilə ödənilməsi ilə bağlı məhkəməyə vermiş olduğu ərizə hazırki icraat zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Cinayət-Prosessuаl Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 2000 manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-1499/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1499/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver