Məhkəmə qərarları › İş №2(043)-15/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-15/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-15/2020 11.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Sülüyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxx» ASC-in nümayəndəsi x7, cavabdeh x5 iştirakları ilə, İddiaçı «xxxxxxx» ASC-in cavabdehlər Cavabdeh, x6 və x3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı “xxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər x4, Cavabdeh və x1 müştərək qaydada 07 avqust 2014-cü il tarixli, 109.LN.2102.070814.00004 nömrəli kredit müqaviləsi üzrə 11625,44 ABŞ dolları əsas, 3626,41 ABŞ dolları faiz, 924,27 ABŞ dolları cərimə olmaqla, cəmi 16176,12 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(043)- 348/2018 nömrəli qərardadına əsasən cavabdehlərdən Cavabdeh öldüyündən iş üzrə icraat dayandırılmışdır. 11.02.2020-ci il tarixli qərardadla mülki işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması 11.03.2020-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(043)-4634/2018 nömrəli qətnaməsinə əsasən işə baxılaraq qətnamə çıxarıldığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərdən x8 07 avqust 2014-cü il tarixli, 109.LN.2102.070814.00004 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun ondan və x1 “xxxxxxx” ASC-in xeyrinə tutulması barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, işüzrə icraata xitam verilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(043)- 348/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər x4 və x1 müştərək qaydada, 07 avqust 2014-cü il tarixli, 109.LN.2102.070814.00004 saylı istehlak krediti müqaviləsi üzrə 11625,44 ABŞ dolları əsas, 3626,41 ABŞ dolları faiz, 24,27 ABŞ dolları cərimə olmaqla, cəmi 15276,12 (on beş min iki yüz yetmiş altı ABŞ dolları, on iki sent) ABŞ dolları borcun ödəniş günündəki məzənnəyə uyğun milli manat ekvivalentinə əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu “xxxxxxx” x9 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxx» ASC-in cavabdehlər «Cavabdeh», x6 vəx3 qarşı 07 avqust 2014-cü il tarixli, 109.LN.2102.070814.00004 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan işüzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxxxxx» ASC-nin cavabdehlər «Cavabdeh, x6 və x3 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar