Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1503/2020 19.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(043)-833/2019 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş Mustafazadə Ömər Vüqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 140 (bir yüz qırx) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və uşağın müalicəsi üçün zəruri olan əlavə xərclərə cəlb edilərək hər ay sabit pul məbləğində 100 (bir yüz) manat Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdiki, cavabdehlə xx.xx.2015-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2017-ci ildə Ömər adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından cavabdehlə ayrılmışlar. Cavabdehlə birgə nikahlarından anadan olmuş Ömərin saxlanması üçün X7 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 110 (bir yüz on) manat alimentin məbləği X7 Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən artırılaraq 140 manat məbləğində müəyyən edilmişdir. Lakin uşağın ehtiyacları və saxlanma xərcləri artdığı üçün uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Uşaqları Ömər nevroloji xəstəlikdən əziyyət çəkir. Ömərin daimi bahalı dərman preparatları ilə müalicə almağa və mütəmadi olaraq müayinə almağa ehtiyacı var. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada vəlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-833/2019 nömrəli qətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş Mustafazadə Ömər Vüqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 110 (bir yüz on) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-833/2019 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş Mustafazadə Ömər Vüqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 110 (bir yüz on) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilərək Cavabdeh alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 140 (bir yüz qırx) manat məbləğində aliment azyaşlı Ömərin saxlanması üçün yetərli olmadığından və cavabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimetin məbləğinin artırılaraq 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini və uşağın müalicəsi üçün zəruri olan əlavə xərclərə cəlb edilərək hər ay sabit pul məbləğində 100 (bir yüz) manat pulun Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «X5» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «X5» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-833/2019 nömrəli qətnaməsiəsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. X6 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına və uşağın müalisə olunmasına görə xərclərin çəkilməsinə dair hər hansı bir sübut təqdim olunmamasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. X7 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-833/2019 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci ildə anadan olmuş Mustafazadə Ömər Vüqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan 140 (bir yüz qırx) manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni güvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyirinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə 20 (iyimri) manat dövət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1503/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1503/2020
19.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver