Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1504/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və qızıl-zinət əşyası tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh sabiq kürəkənidir. Belə ki, o, qızı Nurgüllə 22 iyun 2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, 2017-ci ilin fevral ayında faktiki ayrılmış, Nizami Rayon məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə boşanmışlar. 2016-cı ilin yay aylarında cavabdeh onun biznesi üçün lazım olduğunu, bir ilədək qaytaracağını bildirib ondan 5000 (beş min) ABŞ dolları borc almışdır. Lakin, ondan bir neçə ay sonra qızı ilə aralarında baş verən davalar nəticəsində ayrılmışlar. Bundan sonra, o, pulunu dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamışdır. İddiaçı daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 ABŞ dolları pulun və qızıl-zinət əşyaları - moruq sep 30q (583 əyar) - 1500 manat; Yolka sep 30q (583 əyar) - 1500 manat; nazik sep 1.2q (583 əyar) - 60 manat; nazik sep 2.6q (583 əyar) - 130 manat; Tros sep 15q (585 əyar) - 750 manat; kişi sepi 17q (583 əyar) - 850 manat; Sep 10q (583 əyar) - 500 manat; Sep 12q (583 əyar) - 600 manat; Sep 3q (583 əyar) - 150manat; Qolbaq 5q (583 əyar) – 250 manat; Qolbaq 3q (583 əyar) - 150manat; Qolbaq 5q (585 əyar) - 300 manat; Halqa qolbaq 9q (585 əyar) - 450 manat; Tifani komplekt 7q (585 əyar) - 350manat; Kvadrat komplekt 1 Oq (585 əyar) - 600manat; Svetafor komplekt 9q (750 əyar) - 600manat; Göy qaş komplekt 9q (585 əyar) - 500manat; Qara qaş komplekt 9q (583 əyar) - 500manat; Sep-sırqa 1.7q (585 əyar) - 85manat; Kiçik ürək kulon 1.1q (585 əyar) - 55manat; Şəbəkə kulon 2.7 (583 əyar) - 135manat; Badam kulon 3q (583 əyar) – 150 manat; Aypara kulon 2q (583 əyar) - 150manat; Sir başı kulon 9q (585 əyar) - 550manat; Böyük ürək kulon 9q (585 əyar) – 200 manat; Burma sırqa 3.2q (585 əyar) – 160 manat; Uşaq sırqası 1.5q (583 əyar) - 75manat; Uşaq sırqası 2.4q (585 əyar) - 120manat; Uşaq sırqası 4.2 (585 əyar) – 210 manat; Uşaq sırqası 2q (583 əyar) – 100 manat; Üzük “paxlava” 4q (585 əyar) - 300manat; Üzük 2.2 q (583 əyar) – 110 manat; Üzük 2.5q (583 əyar) - 125manat; Üzük 3.6q (583 əyar) – 180 manat; Üzük 2q (583 əyar) – l00 manat; Üzük 3q (583 əyar) - 150manat; Sonsuzluq formalı üzük 3q (750 əyar) - 195manat; Üzük 2.4q (583 əyar) - 120manat; Ürək formalı üzük 2.3q (585 əyar) - 115manat; Badam formalı üzük 3.7q (583 əyar) - 185manat;. 3 (üç) qaşlı üzük 2.5q (585 əyar) - 125manat; Üzük 2.4q (583 əyar) - 120manat; Üzük 2.5q (585 əyar) – 125 manat; naturada və ya ümumi dəyəri 13680 (on üç min altı yüz səksən) manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə iddianın predmetinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehdən 5000 ABŞ dolları pulun, mütəxəssis rəyinə əsasən ümumi dəyəri 16920 manat olan qızıl-zinət əşyalarının naturada və ya dəyərinin, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehə qarşı pul tələbi iddiası ilə məhkəməyə müraciət etmiş, daha sonra iki dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri məhkəməyə təqdim edərək yekunda ondan 5000 (beş min) ABŞ dolları məbləğində pulun və qızıl-zinət əşyalarının naturada və ya dəyəri olaraq 16920 manat məbləğində pulun tutularaq özünə ödənilməsini xahiş etmişdir. Ona qarşı verilmiş iddia ərizəsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, İddiaçı qızı Nürgül Məmmədova ilə arasında 2001-ci il tarixində rəsmi nikah bağlanılaraq ailə həyatı qurulmuşdur. Lakin münasibətləri kəskinləşdiyindən aralarındakı nikaha məhkəmə qaydasında xitam verilmişdir. O, keçmiş həyat yoldaşının ailəsi ilə birlikdə ondan əsassız əmlak və pul tələb etmələrinin olacağını əvvəlcədən hiss etdiyi üçün aralarında razılaşma olmuş və hər ikisi notarial qaydada bir-birlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. Bütün bunlara baxmayaraq hazırda keçmiş həyat yoldaşı öz adından iddia qaldıra bilmədiyi üçün hazırki İddiaçı adından məhkəməyə müraciət etməkdədir. İddiaçı hazırki iddia ərizəsi qızıl-zinət əşyaları və borc pul tələbi olmaqla iki hissədən ibarətdir. İlk hissə olan borc tələbinin tamamilə absurd olması elə iddia ərizəsindən də müşahidə olunur. Belə ki, iddia ərizəsində borc pulun hansı şəraitdə alınması izah olunmamış, iddia tələbi sübut edici faktlarla əsaslandırılmamışdır. İddia ərizəsinin formal və şablonluğu ilk baxışdan nəzərə çarpır. Sözügedən iddia ərizəsində guya onun iddiaçıdan borca pul götürdüyü qeyd olunur. Əslində isə heç bir vaxt o, nə iddiaçıdan, nə də onun ailəsindən pul almamışdır. Əksinə olaraq o, dəfələrlə keçmiş həyat yoldaşının ailəsinə müxtəlif məbləğlərdə pullar göndərmişdir. Hesab edir ki, iddiaçının ilkin borc pul tələbi yalnızca məhkəmədə mülki işin başlanması məqsədi daşımışdır. Belə ki, əsas tələb olan qızıl-zinət əşyaları ilə bağlı ilkin iddia ərizəsi hazırki iddiaçı tərəfindən məhkəməyə verilsəydi iddia ərizəsinin icraata götürülməmə ehtimalı var idi. Çünki nikah dövrü ilə əlaqədar qızıl-zinət əşyaları tələbinin qaldırmaqla bağlı subyektiv hüquq İddiaçı deyil, keçmiş həyat yoldaşı Nürgül Məmmədovaya məxsusdur. Nürgül Məmmədova da bu hüquqdan notarial ərizə forması ilə imtina etmişdir. Hesab edir ki, qeyd etdiyi xüsusatlarla iddia ərizəsinin borc tələbi hissəsi tam formada təkzib edilməkdədir. İddia ərizəsinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə isə ümumiyyətlə hazırda məhkəmədə baxılması qanunsuzdur. Belə ki, 14 oktyabr 2017-ci il tarixində X3 tərəfindən notarial qaydada ərizə yazılmış və həmin ərizədə qızıl-zinət əşyalarının dəyərinin tərəfindən ödənildiyi üçün Nürgül Məmmədovanın onlardan imtina etməsi öz əksini tapmışdır. Həmin razılaşmaya əsasən Nürgül Məmmədova qızıl-zinət əşyalarından imtina etmişdir. Əslində hazırki iddia ərizəsinin də İddiaçı tərəfindən verilməsi də məhz bu səbəbdəndir. Belə ki, Nürgül Məmmədovaya nikaha xitam verildiyi ərəfədə qızıl-zinət əşyalarının maddi dəyəri bütünlükdə tərəfindən ödənilmişdir. Bu fakt 14 oktyabr 2017-ci il tarixli ərizədə ilə də təsdiq olunmaqdadır. Lakin hazırki iddiaçının İddiaçı tərəfindən verilməsinin heç bir məntiqi və hüquqi tərəfi mövcud deyil. Subyektiv hüququn məxsus olduğu tərəf bu hüquqdan imtina edirsə həmin şəxsin anasının bu hüquqdan istifadə edib iddia qaldırması qəbul edilməz və yol verilməzdir. Göründüyü kimi iddia tələbinin pul tələbi hissəsi əsassız və sübut etmə qabiliyyəti olmadığından, qızıl tələbinə dair hissəsi isə bu tələbə dair subyektiv hüququn iddiaçıya məxsus olmaması səbəbindən təmin edilməməlidir. Buna görə də hesab edir ki, İddiaçı ona qarşı iddia ərizəsi tam rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdehin iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, iddiaçının qızı, cavabdehin isə keçmiş həyat yoldaşıdır. Cavabdeh onunla evli olduğu dövrdə, yəni 2016-cı ilin iyun-iyul aylarında anasının yanına gələrək, zavod açmaq üçün 20000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Anası isə cavabdehə sadəcə 5000 ABŞ dolları pulu olduğunu bildirdikdə, cavabdeh həmin pul ilə birlikdə qızıl-zinət əşyalarını da verməsini xahiş etmişdir. Anası həmin vaxt onun və bacısı Kəmalə Tağıyevanın yanında cavabdehə nağd olaraq 5000 ABŞ dolları pulu və iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını cavabdehə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o iddiaçının qızıdır. 2016-cı ilin yay tətili vaxtlarında cavabdeh iddiaçıdan zavod tikdirmək üçün 20000 manat pul istəmişdir. Həmin vaxt anasının sadəcə 5000 ABŞ dolları olduğunu bildirdikdə, cavabdeh pul ilə yanaşı lombarda qoyub pul götürmək üçün qızıl-zinət əşyalarını da verməsini xahiş etmişdir. Anası cavabdehin xahişi ilə 5000 ABŞ dolları pulu və iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını verdiyinin şahidi olmuşdur. İş materiallarında olan 29.06.2020-ci il tarixli 5/154-4/169 nömrəli ekspert rəyindən görünür ki, “Samsung” markalı “Galaxy A5” (SM-A510F) modelli “**********0247”, “**********0244” İMEİ nömrəli mobil smartfona “Play market” adlı “Google” şirkətinə məxsus rəsmi online resursdan quraşdırılmış “Whatsapp” (2.19.352 nömrəli buraxılış) adlı proqram tətbiqində “Xatirə” adı ilə qeyd edilmiş hesaba 15 avqust 2019-cu il tarixdə, saat 20:13-də “İMG- 20190815-WA0022” adlı foto məzmunlu fayl və 15 avqust 2019-cu il tarixdə, saat 20:21-də “PTT-20190815- WA0025” adlı səsli fayl +**********8 möbil nömrəsindən qeydiyyatdan keçmiş “anar nurgülün” adlı hesabdan daxil olmuşdur. Məhkəməyə maddi sübut kimi təqdim olunan bir ədəd “Samsung” markalı “Galaxy A5” (SM-A510F) modelli mobil telefonda olan “ anar nurgülün” adı ilə qeyd edilmiş, cavabdehə məxsus +**********8 nömrədən vatsapp proqramı vasitəsi ilə iddiaçının nümayəndəsi Vəkil1 ünvanlanmış səs yazısı məhkəmə iclasında tədqiq edilmiş və həmin səs yazısında cavabdeh iddiaçıdan 5000 ABŞ dolları pulun və qızıl-zinət əşyalarını aldığını etiraf etmiş və geri qaytaracağını bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi səs yazısındakı həmin səsin Cavabdeh məxsus olduğunu bildirmişdir. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə, ilk öncə iddia tələbinin 5000 ABŞ dolları pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni cavabdehin pulu almasına dair səs yazısını və iki nəfər şahidi məhkəməyə təqdim etmişdir. Həmin sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə 5000 ABŞ dollarını borc kimi vermişdir. Cavabdeh tərəf isə alınan pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 30 iyun 2016-cı il tarixədək qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 30 iyun 2016-cı il tarixdən qüvvədə olan Mülki Məcəllənin 740.1-ci maddəsində isə deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2016-cı ilin yay aylarında iddiaçı tərəfindən cavabdehə borc kimi 5000 ABŞ dolları pul verilmiş, lakin bu barədə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin 30 iyun 2016-cı il tarixədək bağlanması nəzərə alındıqda, 5000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehə borc kimi verilməsinə dair şifahi borc müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formaya uyğun olduğundan etibarlı hesab olunur. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə 30 iyun 2016-cı il tarixdən sonrakı dövrdə borc kimi verilməsi halında isə şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin, məhkəmə hesab edir ki, tərəflər arasında 5000 ABŞ dolları pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin səs yazısındakı etirafı, şahid ifadələri ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında 5000 ABŞ dolları pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin səs yazısı, şahid ifadələri həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq etdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəməyə maddi sübut kimi təqdim olunan bir ədəd mobil telefonda olan cavabdehin iddiaçının nümayəndəsi Vəkil1 sosial şəbəkə vasitəsilə ilə ünvanladığı səs yazısında, o, iddiaçıdan qızıl-zinət əşyalarını götürdüyünü etiraf edərək həmin qızıl-zinət əşyalarını qaytaracağını bildirmiş və qızıl-zinət əşyalarının foto şəklini çəkib göndərmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının iddiaçıya deyil, onun keçmiş həyat yoldaşına məxsus olduğunu, bu səbəbdən iddiaçının qızıl-zinət əşyalarını tələb etməsinə dair subyektiv hüququnun olmadığını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında tədqiq edilmiş səs yazısında cavabdeh qızıl-zinət əşyalarını məhz iddiaçıdan aldığını etiraf etmişdir. Bundan başqa, cavabdeh tərəf ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyərini də mübahisələndirmiş və həmin əşyaların dəyərinin həddindən artıq şişirdildiyini qeyd etmiş, lakin bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı iddiaçı tərəf isə mütəxəssis rəyi təqdim etmişdir. Belə ki, iş materiallarına əlavə olunan 09.09.2020-ci il tarixli 190 nömrəli mütəxəssis rəyindən görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssis X1 iştirakı ilə həyata keçirilmişdir və hazırki dövrdə orta bazar qiyməti aşağıdaki kimi müəyyən edilmişdir: 583 əyyarlı qızıldan hazırlanmış 30 qram çəkidə olan moruq sep (1800 manat); 583 əyyarlı qızıldan hazırlanmış 30 qram çəkidə olan yolka sep (1750 manat); 583 əyyarlı qızıldan hazırlanmış 1,2 qram çəkidə olan nazik sep (75 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,6 qram çəkidə olan nazik sep (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan tros sep (900 manat); 583 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan kişi sepi (1140 manat) ; 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan sep (600 manat); 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan sep (720 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sep (190 manat); 583 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan qolbağ (310 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan qolbağ (195 manat); 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan qolbağ (300 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan halqa qolbağ (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 7 qram çəkidə olan tifani komplekt (430 manat); 585 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan kvadrat komplekt (600 manat); 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan svetofor komplekt brilliant (45 sot) (1100 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan göy qaş komplekt (600 manat); 583 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan qara qaş komplekt (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 1,7 qram çəkidə olan sep sırğa (120 manat); 585 əyyarlı qızıldan hazırlanmış 1,1 qram çəkidə olan kiçik ürək kulon (75 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,7 qram çəkidə olan şəbəkə kulon (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan badam kulon (180 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan aypara kulon (120 manat); 583 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan şir başı kulonu (540 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan böyük ürək kulon (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 3,2 qram çəkidə olan burma sırğa (210 manat); 583 əyyarlı qızıldan hazırlanmış 1,5 qram çəkidə olan uşaq sırğası (100 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan uşaq sırğası (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 4,2 qram çəkidə olan uşaq sırğası (270 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan uşaq sırğası (130 manat); 585 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzük paxlava (340 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,2 qram çəkidə olan üzük (135 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üzük (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3,6 qram çəkidə olan üzük (220 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan üzük (130 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan üzük (190 manat); 750 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sonsuzluq formasında üzük (195 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan üzük (150 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,3 qram çəkidə olan ürək formalı üzük (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3,7 qram çəkidə olan badam formasında üzük (220 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üç qaşlı üzük (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan üzük (150 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üzük (155 manat). Göründüyü kimi, qızıl-zinət əşyalarının iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən dəyəri ilə həmin əşyaların mütəxəssis rəyində göstərilən dəyəri uyğunluq təşkil edir. Cavabdeh tərəf isə qızıl-zinət əşyalarının dəyəri ilə bağlı digər hər hansı sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının dəyəri ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi qiymətlər nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyaları ilə bağlı hissədə də təmin edilərək, cavabdehdən ümumi dəyəri 16920 manat dəyərində olan qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) ABŞ dolları pul (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla), 583 əyyarlı qızıldan hazırlanmış 30 qram çəkidə olan moruq sep (1800 manat); 583 əyyarlı qızıldan hazırlanmış 30 qram çəkidə olan yolka sep (1750 manat); 583 əyyarlı qızıldan hazırlanmış 1,2 qram çəkidə olan nazik sep (75 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,6 qram çəkidə olan nazik sep (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan tros sep (900 manat); 583 əyyarlı qızıldan hazırlanmış 17 qram çəkidə olan kişi sepi (1140 manat) ; 583 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan sep (600 manat); 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan sep (720 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sep (190 manat); 583 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan qolbağ (310 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan qolbağ (195 manat); 585 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan qolbağ (300 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan halqa qolbağ (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 7 qram çəkidə olan tifani komplekt (430 manat); 585 əyyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan kvadrat komplekt (600 manat); 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan svetofor komplekt brilliant (45 sot) (1100 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan göy qaş komplekt (600 manat); 583 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan qara qaş komplekt (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 1,7 qram çəkidə olan sep sırğa (120 manat); 585 əyyarlı qızıldan hazırlanmış 1,1 qram çəkidə olan kiçik ürək kulon (75 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,7 qram çəkidə olan şəbəkə kulon (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan badam kulon (180 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan aypara kulon (120 manat); 583 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan şir başı kulonu (540 manat); 585 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan böyük ürək kulon (550 manat); 585 əyyarlı qızıldan hazırlanmış 3,2 qram çəkidə olan burma sırğa (210 manat); 583 əyyarlı qızıldan hazırlanmış 1,5 qram çəkidə olan uşaq sırğası (100 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan uşaq sırğası (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 4,2 qram çəkidə olan uşaq sırğası (270 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan uşaq sırğası (130 manat); 585 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan üzük paxlava (340 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,2 qram çəkidə olan üzük (135 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üzük (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3,6 qram çəkidə olan üzük (220 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan üzük (130 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan üzük (190 manat); 750 əyyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sonsuzluq formasında üzük (195 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan üzük (150 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,3 qram çəkidə olan ürək formalı üzük (150 manat); 583 əyyarlı qızıldan hazırlanmış 3,7 qram çəkidə olan badam formasında üzük (220 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üç qaşlı üzük (160 manat); 583 əyyarlı qızıldan hazırlanmış 2,4 qram çəkidə olan üzük (150 manat); 585 əyyarlı qızıldan hazırlanmış 2,5 qram çəkidə olan üzük (155 manat) olmaqla, cəmi 16920 manat dəyərində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1504/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1504/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver