Məhkəmə qərarları › İş №2(043)-152/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-152/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-152/2022 08.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Məmmədova Urfanə Rüfət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-yə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ünvana qanunsuz olaraq hesablanmış 656 manat 06 qəpik (altı yüz əlli altı manat altı qəpik) məbləğində borcun silinməsini və 2011-ci ildən su sayğacı quraşdırılan vaxtadək olan müddət ərzində sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı borcunun düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ona məxsus olsa da həmin ünvanda əmisi X13 yaşayır. Həmin mənzil əvvəlcə «jark» məhəlləsi olaraq ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3 ünvanı kimi sənədlərdə qeyd olunub, 02.04.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onun adına rəsmiləşdirilibdir. 2007-ci ildə İlham Məmmədov rəsmi qaydada məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb və həmin vaxtdan da etibarən hazırda ona məxsus olan M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ünvanında tək yaşayır. 2019-cu ilin dekabr ayında əmisi İlham Məmmədovun yaşadığı hazırda ona məxsus olan ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ünvana ilk dəfə olaraq su sayğacı quraşdırılan vaxt Cavabdeh ASC Gəncə rayon Sukanal İdarəsi tərəfindən ailə tərkibi yanlış olaraq 3 (üç) nəfər göstərilməklə 656 manat 06 qəpik (altı yüz əlli altı manat altı qəpik) məbləğində borc yazılıbdır. Ancaq həmin ünvanda 2007-ci ildən hazırki müddətə qədər əmisi İlham Məmmədov tək yaşayır. Hətta suya olan borc barədə bildiriş yanlış olaraq onlarla hər hansı bir qohumluğu olmayan, tanımadıqları Məhərrəm Fərəcov adlı şəxsin adına tərtib olunsa da həmin adlı şəxsi tanımır, adı gedən şəxslə hər hansı bir qohumluq və ya digər münasibətləri yoxdur. O, bunun səbəbini öyrənmək üçün Cavabdeh ASC Gəncə Sukanal TSC-yə getsə də orada ona bildirmişlər ki, Məhərrəm Fərəcov adlı şəxs həmin ünvanda qeydiyyatda olan şəxsdir. Lakin bu düzgün deyil və qanunsuzdur. Belə ki, Gəncə şəhər Asan xidmət Mərkəzindən alınmış ailə tərkibi barədə arayışda ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3 ünvanında 6 nəfərin (X10 - 08.08.1974; X9 - 03.02.1977; X14 - 06.01.1991; X17 -09.09.2011; X11 - 01.04.1952-ci il; X20 - 11.11.2016) qeydiyyatda olması göstərilsə də həmin şəxslər əmisi İlham Məmmədovun qonşularıdır, həmin şəxslərlə qohumluq münasibətləri yoxdur, həmin şəxslərin ayrı-ayrılıqda müqavilələri, su sayğacları, şəxsi abonent kodları var və həmin şəxslər heç vaxt ona məxsus ünvan 6 ünvanında yaşamayıblar. Həmin şəxslər dediklərini tam təsdiq edə bilərlər və adı gedən şəxslərin hansı yolla həmin ünvana qeydiyyatda alınmaları, qanunsuz olaraq adambaşına düşən su sərfıyyatının düzgün hesablanmaması ona məlum deyil. Bu isə Azərsu» ASC Gəncə Sukanal TSC-nin bir daha qanunsuz hərəkətsizliyini sübut edir. Eyni zamanda MKİTB 3 saylı Mənzil İstismar Sahəsindən alınmış arayışda da Gəncə şəhəri. Nizami rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3 ünvanda X6 tək yaşadığı qeyd olunubdur. Cavabdeh ASC Gəncə Sukanal TSC tərəfindən sözü gedən ünvana yazılmış qanunsuz borcun silinməsi barədə Cavabdeh ASC-yə rəsmi qaydada müraciət etsələr də cavab verilməyibdir. Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli fərmanına əsasən əhalinin 2011-ci il 1 fevral tarixinə içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə olan borcları silinibdir. 2011-ci ildən ünvan 2i rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ünvana su sayğacı quraşdırılan vaxtadək olan müddət ərzində həmin ünvanda X13 tək qeydiyyatda olmaqla yaşamasına baxmayaraq Cavabdeh ASC Gəncə rayon Sukanal İdarəsi tərəfindən ailə tərkibi yanlış olaraq 3 (üç) nəfər göstərilməklə 656 manat 06 qəpik məbləğində borc yazılıbdır. X1 tək qeydiyyatda olduğu və yaşadığı ünvan 6 ünvana qanunsuz olaraq hesablanmış 656 manat 06 qəpik (altı yüz əlli altı manat altı qəpik) məbləğində borcun hesablanması tamamilə qanunsuzdur, əsasızdır və həmin məbləğin ödənilməsi tələb oluna bilməz. Odur ki, 2011-ci ildən su sayğacı quraşdırılan vaxtadək olan müddət ərzində sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı borcu düzgün hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus ünvan 2i rayonu, M.A.Abbaszadə küçəsi. 2-ci döngə ev 3 ünvanına quraşdırılmış 18046659 nömrəli sayğaca 2011-ci il tarixdən sayğac quraşdırıldığı tarixədək cavabdeh tərəfindən 3 nəfər ailə tərkibi göstərilməklə hesablanmış 596 manat borcun 397,33 manat hissədə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X21 iddianı qəbul etməyərək və məhkəməyə etiraz ərizəsi təqdim edərək, izahatında bildirdi ki, İddiaçı tərəfindən verilən iddia ərizəsini tamamilə əsassız sayır və hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, 02.04.2021 -ci il tarixdən ona məxsus olan mənzildə 3-nəfər qeydiyyatda olmadığı təqdirdə, sudan istifadəyə görə hesablanmış 656.06 manat borcun silinməsi barədə iddia irəli sürmüşdür. 01.01. 2005-ci il tarixdə sistem üzərindən Məhərrəm Fərəcovun adına müqavilə bağlanaraq, ailə tərkibi 3 nəfər olmaqla **********020 kod verilmişdir. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi bağlanmış müqavilə, ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğu müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlar (dislokasiya) əsasında sistemdə qeyd olunmuşsa, yeni ailə tərkibi barədə arayış təqdim edildiyi tarixdən sonrakı hesabat dövrü üçün nəzərə alınır. Bununla belə əvvəlki istehlakçı nə ailə tərkibinə nə dəki verilmiş hesabata həmin evin mülkiyyətçisi olduğu dövrdə heç bir STKM-ə nə şifahi nədəki rəsmi etiraz bildirməmişdir. İstehlakçı bu günədək sudan istifadə və tullantı suların axıdılmasına dair heç bir ödəniş etməmişdir. İddiaçı ona məxsus M.A.Axundzadə küçəsi 2-ci döngə ev 3 mənzil 2 ünvanında yerləşən mənzildə sudan istifadə və tullantı suların axıdılmasına görə “X15”nın 7.4 bəndinə əsasən müvafiq hesabat vermişdir. Bununla “Gəncə Sukanal” TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Odur ki, İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, iddiaçının əmisidir. O, ünvan 10vanında tək yaşayır. Həmin evdə 1997-ci ilədək keçmiş arvadı X7 və qızı X5 ilə birlikdə yaşamışdır. Lakin, arvadı ilə aralarında olan nikah pozulduqdan sonra ailə üzvləri həmin mənzili tərk etmiş, həmin vaxtdan başlayaraq da tək yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, 1970-ci ildən bəri ünvan 2i rayonu, M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 4 ünvanında yaşayır. ünvan 10vanında iddiaçının əmisi İlham Məmmədov yaşayır. İlham Məmmədov bir müddət Səkinə adlı xanımla ailəli olmuş, həmin evlilikdən biri qızları olmuşdur, lakin bir müddət sonra onların nikahı pozulmuş və Səkinə xanım qızı ilə birlikdə yaşadıqları evdən çıxıb getmişdir. Qeyd edilən ünvanda İlham Məmmədov uzun illərdir ki, tək yaşayır, həmin ünvanda nə onun qardaşının nə də başqa şəxslərin yaşadığının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, 2000-ci ildən bəri ünvan 11 ünvanında yaşayır. İddiaçının əmisi İlham Məmmədov onun qonşusudur. O, ünvan 10vanında İlham Məmmədov tək yaşayır. O, həmin ünvanda İlham Məmmədovla birlikdə başqa şəxslərin yaşamasının şahidi olmamışdır. İlham Məmmədovun qardaşı və qardaşı uşaqları aradabir həmin evə qonaq kimi gəlib getmişlər. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 02.04.2021-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Gəncə şəhəri İH MKTİB 3 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli 43 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Nizami rayonu, M.A.Abbaszadə küçəsi, 2-ci döngə, ev 3, mənzil 3 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X2 şəhəri, Nizami rayonu, M.A.Abbaszadə küçəsi, 2-ci döngə, ev 3, mənzil 3 yerləşən mənzildə qeydiyyatdadır. İş materiallarında olan 04.02.2021-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər İcra hakimiyyəti başçısının 4050 saylı 17.10.1996-cı il tarixli sərəncamı ilə X6 müraciəti ilə ünvan 2i rayonu, M.A.Abbaszadə küçəsi, 2-ci döngə, 3 saylı mənzilin əsas sahibi nənəsi X8 ölümü ilə əlaqədar həmin mənzilin şəxsi hesab vərəqəsi onun adına keçirilmişdir. Həmin vaxt X7 və X5 ilə ailə üzvləri kimi qeyd olunmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 ilə aralarında olan nikah 17 fevral 1998-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Məhərrəm Fərəcov adına ünvanladığı 17.11.2021-ci il tarixli “xəbərdarlıq” məktubundan görünür ki, 13.11.2021-ci il tarixinə ünvan 14 ünvanda istifadə etdilən su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 706,46 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borc yaranmışdır. Qeyd olunan borcun 7 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri 3 saylı M.İ.S-nin 3-cü sahə üzər sakinlərin qeydiyyat kitabının surətindən görünür ki, həmin kitabda ünvan 15 ünvanında qeydiyyatda olan şəxslər kimi X13, X7 və X5 qeyd olunmuşdur. İş materiallarında olan ünvan 14 ünvanına aid abonent kartından görünür ki, həmin mənzilin abonent hesabına 2009-cü il üçün illik qalıq borc 47,52 manat; 2010-cu il üçün illik qalıq borc 47,52 manat; 2011-ci il üçün illik qalıq borc 64,80 manat; 2012-ci il üçün illik qalıq borc 64,80 manat; 2013-cü il üçün illik qalıq borc 64,80 manat; 2014-cü il üçün illik qalıq borc 64,80 manat; 2015-ci il üçün illik qalıq borc 54,00 manat; 2016-cı il üçün illik qalıq borc 372,60 manat borc hesablanmışdır. “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında Azərbaycan Respublikası Prezidentinin” 08 aprel 2011-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən ıhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC tərəfindən verilmiş Hesab Fakturadan görünür ki, ünvan 16 ünvanını su ilə təmin edən xəttə quraşdırılmış 18046659 nömrəli sayğaca əsasən 13.01.2022-ci il tarixə olan sudan istifadə üçün hesablanmış borc 707,36 manat təşkil edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 17 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir, həmin ünvanda iddiaçının əmisi X13 yaşayır. İlham Məmmədovun keçmiş həyat yoldaşı Səkinə Məmmədova və qızı Gültəkin Məmmədova sözügedən ünvanda qeydiyyata alınmaqla bir müddət orada yaşamışlar. 1998-ci ildə İlham Məmmədov və Səkinə Məmmədova arasında olan nikah pozulmuş və X3 Məmmədova ilə birlikdə yaşadıqları evi tərk etmişdir. Həmin vaxtdan, yəni 1998-ci ildən bəri X29 şəhəri, Nizami rayonu M.A.Abbaszadə küçəsi döngə 2, ev 3, mənzil 3 ünvanında tək yaşayır. Buna baxmayaraq, Səkinə Məmmədova və Gültəkin Məmmədova bu günə kimi həmin ünvanda qeydiyyatda qalmaqda davam edirlər. Bu səbəbdən cavabdeh tərəfindən həmin ünvanın abonentinə sayğacın quraşdırıldığı tarixədək 3 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə borc hesablanmışdır. Məhkəmə iclasında tərəflərin izahatları və abonent kartı ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanına əsasən əhalinin sudan istifadəyə görə borcları silindiyi vaxtdan su sayğacının quraşdırıldığı 28.01.2020-ci il tarixədək ünvan 16 ünvanına sudan istifadə görə 3 nəfər ailə tərkibi üçün 596 manat borc hesablanmışdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, ünvan 12 ünvanda yerləşən mənzili su ilə təmin edən su xəttinə 18046659 nömrəli sayğca quraşdırılmışdır. Hazırda, ünvan 17 ünvanda yerləşən mənzilin mülkiyyətçisi olan İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus mənzilə quraşdırılmış 18046659 nömrəli sayğaca 2011-ci il tarixdən sayğac quraşdırıldığı tarixədək Cavabdeh ASC Gəncə Sukanal TSC tərəfindən 3 (üç) nəfər ailə tərkibi göstərilməklə hesablanmış 596 manat borcun, həmin mənzildə qeyd edilən dövrdə faktiki olaraq bir nəfər yaşadığına görə borcun da bir nəfər üçün müəyyən edilməsini və buna görə də hesablanmış borcun 2/3 hissəsinin, yəni 397,33 manat hissəsinin silinməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “X15”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan mənzildə 1998-ci ildən sonra, həmçinin 2011-ci ildən etibarən iddiaçının əmisi X13 tək yaşamışdır. Həmin ünvanda 2011-ci ildən sonra İlham Məmmədovla birlikdə onun keçmiş arvadı və qızı yaşamadıqları halda, sadəcə pasport qeydiyyatında olduqlarına görə iddiaçının mülkiyyətində olan mənzilə sudan istifadəyə görə cavabdeh tərəfindən 3 nəfər ailə tərkibi üçün borc hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, 2011-ci ildən sayğacın quraşdırıldığı tarixədək iddiaçının mülkiyyətində olan mənzili su ilə təmin edən su xəttinə quraşdırılmış 18046659 nömrəli sayğaca hesablanmış 596 manat borc, həmin mənzildə qeyd edilən dövrdə faktiki olaraq bir nəfər yaşadığına görə borc da bir nəfər üçün müəyyən edilməli, buna görə də hesablanmış həmin borcun 2/3 hissəsi, yəni 397,33 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 17 ünvanda yerləşən mənzilə (abonent kodu **********020) 18046659 nömrəli sayğacın quraşdırıldığı tarixədək 3 nəfər ailə tərkibi göstərilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gəncə Sukanal TSC tərəfindən hesablanmış 596 manat borcun 397,33 manat hissəsi silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar