Məhkəmə qərarları › İş №2(043)-155/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-155/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-155/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurmuş olduğu zərərə görə 1500 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ev təmiri ustası kimi tanıyır, 2018-ci ilin mart ayının 27-də aralarında şifahi razılaşma bağlanmış və onun əsasında atası X1 adına olan torpaq sahəsində tikdirdiyi Gəncə şəhəri Nətavan qəsəbəsi Arzu Nəbiyev küçəsində yerləşən 3 otaqlı, bir zal, 1 hamam, 1 mətbəxli evin daxilində təmir işləri aparmışdır. O, cavabdehə əvvəlcədən görəcək işlərin əmək haqqı kimi 3250 manat məbləğində pul vermişdir. Cavabdeh isə təmiri qüsurlu edərək başladığı işi yarımçıq qoyub getmişdir. Nəticədə ona 1500 məbləğində ziyan vurmuşdur. Lakin o, cavabdehə dəfələrlə zəng vuruaraq onun qüsurlu olaraq yarımçıq qoyduğu işi tamamlamasını tələb etmiş, ancaq cavabdeh imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının evində təmir işləri aparmış və işi tam olaraq keyfiyyətlə yekunlaşdırmışdır. Evdə təmir aparan zaman iddiaçı tərəfindən təmirin aparılmasında heç bir irad və etiraz olmamışdır. Həmçinin iddiaçının ona verəcəyi borcu qalmışdır. İddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2019-cu il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxx 2020-ci il tarixli, 28884 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, Arzu Nəbiyev küçəsində yerləşən iddiaçıya məxsus 3 otaqlı fərdi yaşayış evində Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərin ümumi dəyəri təqribən 404,0 manat məbləğində müəyyən edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan şifahi razılaşmadan əmələ gələn öhdəlik olmaqla iddiaçı cavabdehə Gəncə şəhəri Nətavan qəsəbəsi Arzu Nəbiyev küçəsində yerləşən 3 otaql evinin təmirnin aparılmasını sifariş vermiş və bunun müqabilində iddiaçıya 3250 manat pul ödəmişdir. Qarşı tərəf aralarında olan razılaşmaya uyğun təmir işlərinin bir hissəsini aparmış, lakin təmir işlərini müəyyən qüsurla apardığı üçün iddiaçı cavabdehdən ona dəymiş ziyanın qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsiinin (bundan sonra-MM)-752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-in 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi cavabdeh iddiaçının sifarişini qüsurla icra etmişdir. İddiaçı cavabdeh tərəfindən evin təmirinin qüsurla icra etdiyini əsas gətirərək 1500 manat ziyan dəydiyini iddia etmişdir. Aparılmış ekspkrtiza tədqiqatının nəticəsindən isə müəyyən olunmuşdur ki,aparılmış təmir-tikinti işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinin ümumi dəyəri təqribən 404,0 manat müəyyən olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 404,00 (dörd yüz dörd) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 20 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 404,00 (dörd yüz dörd) manat və dövlət rüsumunun əvəzi olraq 20 (iyirmi) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq, Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X3 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apel yasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar