Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1550/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Alanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh itirilmiş qazın dəyəri kimi 137,50 manat pulun və 20,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq “İddiaçı” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "İddiaçı" İB-nin Gəncə RQİİ-nin qazın balansı və satışı şöbəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 marka **********2 saylı qaz sayğacı quraşdırılmışdır. Gəncə RQİİ-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacının LCD ekranında informasiyanın əks olunmadığı və klapanın açıq vəziyyətdə olduğu, qaz sərfini qeydə almadığı aşkar olunmuşdur. Cavabdehin qaz sayğacının işləməməsi halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Gəncə RQİİ-nin işçiləri tərəfindən 17.09.2020-ci il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydaların pozulması haqqında" akt tərtib edilərək, ötən ilin müvafiq dövrünə əsasən hesabat aparılmışdır. Belə ki, 17.09.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması aqqında akt əsasında dəymiş ziyan hesablanması üçün istehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş və həmin şöbənin hesablamalarına əsasən cavabdehin mənzilində quraşdırılmış cihazlara uyğun olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, 17.09.2020ci il tarixli ******* saylı aktda əsasən 1375 m3 - 137,50 (yüz otuz yeddi manat 50 qəpik) manat itirilmiş təbii qaza görə borcu yaranmışdır. Eyni zamanda cavabdehə 29.01.2021-ci il tarixi XN-01/13-0186 saylı xəbərdarlıq məktubu verilməsinə baxmayaraq, bugünədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı «İddiaçı» İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizə ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «İddiaçı» İstehsalat Birliyi (qaz paylayıcısı) ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış AL-256 saylı, 24 aprel 2020ci il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır.(sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı yaşadığı evi qazla təmin edən G-4 markalı sayğac çıxarılarkən onun ekranının açılmadığı müəyyən edilmişdir. İşin materiallarında olan ******* nömrəli 17.09.2020-ci il tarixli AKTın surətindən görünür ki, Cavabdeh yaşadığı Gəncə şəhəri Lokomativ 1/61 ünvanına quraşdırılmış sayğacın LCD ekranında informasiya əks olunmadığı, klapanın açıq olduğu, qazın keçdiyi müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İşin materiallarında olan dəymiş ziyanın bərpasına dair 21.09.2020-ci il tarixli tələbnamədən və abonentin saldosundan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmış və 137,50 manat məbləğində borc abonentin saldosuna işlənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 29.01.2021-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən itirilmiş təbii qaza görə ödənilməmiş pulu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "İddiaçı" Səhmdar Cəmiyyəti (bundan sonra “İddiaçı” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehin yaşadığı fərdi yaşayış evini qazla təchiz etmiş, daha sonra həmin sayğac yararsız vəziyyətə düşdüyündən təbii qaz israf olunmuşdur. Bağlanmış müqaviləyə əsasən həmin zərər cavabdeh tərəfindən ödənilməli olmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən itirilmiş təbii qaza görə ödənilməmiş pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 137,50 manat (yüz otuz yeddi manat əlli qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 20 (iyirmi) manat pul alınaraq «İddiaçı» İstehsalat Birliyiyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1550/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1550/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver