Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-156/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.07.2018-ci il tarixli müqaviləyə əsasən, 11.04.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan üçün 252 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu; 23.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefon üçün 207 manat ödənilməmiş hissə, 62 manat dəbbə pulu; 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 75 manat dəbbə; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, “Mini soba Hoffmann” markalı soba üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Panasonic” markalı mikser üçün 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə; 16.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefon üçün 728 manat ödənilməmiş hissə, 222 manat dəbbə; 26.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefon üçün 604,5 manat ödənilməmiş hissə, 180,5 manat dəbbə; 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Panasonic LED” markalı televizor üçün 942,2 manat ödənilməmiş hissə, 218,8 manat dəbbə; 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, “X6 X7” markalı qulaqlıq üçün 17,2 manat ödənilməmiş hissə, 4,8 manat dəbbə; 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********35594 olan “X8 8” markalı telefon üçün 433,6 manat ödənilməmiş hissə, 129,4 manat dəbbə; 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefon üçün 152,8 manat ödənilməmiş hissə, 45,2 manat dəbbə; 30.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefon üçün 484,4 manat ödənilməmiş hissə, 144,6 manat dəbbə; 30.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefon üçün 443,8 manat ödənilməmiş hissə, 132,2 manat dəbbə; 23.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefon üçün 322 manat ödənilməmiş hissə, 96 manat dəbbə pulu olmaqla, ümumilikdə 6433 manat borc və 84,33 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.04.2019-cu il, 23.07.2019-cu il, 27.09.2019-cu il, 02.12.2019-cu il, 16.12.2019-cu il, 16.12.2019-cu il, 26.12.2019-cu il, 29.12.2019-cu il, 29.12.2019-cu il, 01.01.2020-ci il, 01.01.2020-ci il, 30.01.2020-ci il, 30.01.2020-ci il, 23.03.2020-ci il tarixli müqavilələrə əsasən, “Samsung” markalı paltaryuyan, İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefon, İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefon, “Mini soba Hoffmann” markalı soba, “Panasonic” markalı mikser, İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefon, İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefon, “Panasonic LED” markalı televizor, “X6 X7” markalı qulaqlıq, İMEİ kodu **********35594 olan “X8 8” markalı telefon, İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefon, İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefon, İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefon, İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 6433 altı min dörd yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134 manat (18 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan üçün 327 manat olmaqla, ondan 252 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu; 23.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460 manat (20 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefon üçün 269 manat olmaqla, ondan 207 manat ödənilməmiş hissə, 62 manat dəbbə pulu; 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 530 manat (18 ay x 28 manat + 26 manat ilkin ödəniş) olan İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefon üçün 327 manat olmaqla, ondan 252 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan “Mini soba Hoffmann” markalı soba üçün 130 manat olmaqla, ondan 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan “Panasonic” markalı mikser üçün 78 manat olmaqla, ondan 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1334 manat (18 ay x 74 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefon üçün 950 manat olmaqla, ondan 728 manat ödənilməmiş hissə, 222 manat dəbbə pulu; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1450,8 manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefon üçün 785 manat olmaqla, ondan 604,5 manat ödənilməmiş hissə, 180,5 manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1255,2 manat (24 ay x 52,3 manat + 0 manat ilkin ödəniş) olan “Panasonic LED” markalı televizor üçün 1161 manat olmaqla, ondan 942,2 manat ödənilməmiş hissə, 218,8 manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 49,2 manat (12 ay x 4,1 manat + 0 manat ilkin ödəniş) olan “X6 X7” markalı qulaqlıq üçün 563 manat olmaqla, ondan 17,2 manat ödənilməmiş hissə, 4,8 manat dəbbə pulu; 10 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651,6 manat (18 ay x 36,2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********35594 olan “X8 8” markalı telefon üçün 563 manat olmaqla, ondan 433,6 manat ödənilməmiş hissə, 129,4 manat dəbbə pulu; 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304,8 manat (12 ay x 25,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefon üçün 198 manat olmaqla, ondan 152,8 manat ödənilməmiş hissə, 45,2 manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 830,4 manat (12 ay x 69,2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefon üçün 629 manat olmaqla, ondan 484,4 manat ödənilməmiş hissə, 144,6 manat dəbbə pulu; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 830,8 manat (12 ay x 63,4 manat + 70 manat ilkin ödəniş) olan İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefon üçün 576 manat olmaqla, ondan 443,8 manat ödənilməmiş hissə, 231,2 manat dəbbə pulu; 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 394 manat (17 ay x 23 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefon üçün 418 manat olmaqla, ondan 322 manat ödənilməmiş hissə, 96 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4885,3 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50 faizinə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il, 23.07.2019-cu il, 27.09.2019-cu il, 02.12.2019-cu il, 16.12.2019-cu il, 16.12.2019-cu il, 26.12.2019-cu il, 29.12.2019-cu il, 29.12.2019-cu il, 01.01.2020-ci il, 01.01.2020-ci il, 30.01.2020-ci il, 30.01.2020-ci il, 23.03.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 1134 manat olan “Samsung” markalı paltaryuyanın, dəyəri 460 İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefonun, dəyəri 530 manat olan İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefonun, dəyəri 240 manat olan “Mini soba Hoffmann” markalı sobanın, dəyəri 120 manat olan “Panasonic” markalı mikserin, dəyəri 1334 manat olan İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefonun, dəyəri 1450,8 manat olan İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefonun, dəyəri 1255,2 manat olan “Panasonic LED” markalı televizorun, dəyəri 49,2 manat olan “X6 X7” markalı qulaqlığın, dəyəri 651,6 manat olan İMEİ kodu **********35594 olan “X8 8” markalı telefonun, dəyəri 304,8 manat olan olan İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefonun, dəyəri 830,4 manat olan İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefonun, dəyəri 830,8 manat olan İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefonun, dəyəri 394 manat olan İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefonun dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar “Samsung” markalı paltaryuyan üçün hər ay 63 manat, İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 23 manat, İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefon üçün hər ay 28 manat, “Mini soba Hoffmann” markalı soba üçün hər ay 20 manat, “Panasonic” markalı mikser üçün hər ay 10 manat, İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefon üçün hər ay 74 manat, İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefon üçün hər ay 45 manat, “Panasonic LED” markalı televizor üçün hər ay 52,3 manat, “X6 X7” markalı qulaqlıq üçün hər ay 4,1 manat, İMEİ kodu **********35594 olan “X8 8” markalı telefon üçün hər ay 36,2 manat, İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 25,4 manat, İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefon üçün hər ay 69,2 manat, İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefon üçün hər ay 63,4 manat, İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 23 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.04.2019-cu il tarixli müqaviləyə əsasən 252 manat əsas borc, 75 manat dəbbə; 23.07.2019-cu il tarixli müqaviləyə əsasən 207 manat əsas borc, 62 manat dəbbə pulu olmaqla, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən 252 manat əsas borc, 75 manat dəbbə pulu olmaqla, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən 100 manat əsas borc, 30 manat dəbbə pulu olmaqla, 16.12.2019-cu il tarixli müqaviləyə əsasən 60 manat əsas borc, 18 manat dəbbə pulu olmaqla, 16.12.2019-cu il tarixli müqaviləyə əsasən 728 manat əsas borc, 222 manat dəbbə pulu olmaqla, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 604,5 manat əsas borc, 180,5 manat dəbbə pulu olmaqla, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 942,2 manat əsas borc, 218,8 manat dəbbə pulu olmaqla, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 17,2 manat əsas borc, 4,8 manat dəbbə pulu olmaqla, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən 433,6 manat əsas borc, 129,4 manat dəbbə pulu olmaqla, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən 152,8 manat əsas borc, 45,2 manat dəbbə pulu olmaqla, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən 484,4 manat əsas borc, 144,6 manat dəbbə pulu olmaqla, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən 443,8 manat əsas borc, 132,2 manat dəbbə pulu olmaqla, 23.03.2020ci il tarixli müqaviləyə əsasən 322 manat əsas borc, 96 manat dəbbə pulu olmaqla ümumilikdə 6433 (altı min dörd yüz otuz üç) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 11.04.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsung” markalı paltaryuyan almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMCnə 252 manat əsas borcu qalmış, qalıq borca 75 manat dəbbə pulu hesablanmışdır; 23.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********70684 olan “Samsung Galaxy A10” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 269 manat əsas borcu qalmış, qalıq borca 207 manat dəbbə pulu hesablanmışdır; 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********09717 olan “Samsung Galaxy A20” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 327 manat əsas borcu qalmış, qalıq borca 252 manat dəbbə pulu hesablanmışdır; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən “Mini soba Hoffmann” markalı soba almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 100 manat əsas borcu qalmış, qalıq borca 30 manat dəbbə pulu hesablanmışdır; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən “Panasonic” markalı mikser almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 60 manat əsas borcu qalmış, qalıq borca 18 manat dəbbə pulu hesablanmışdır; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********6413 olan “X8 8”, İMEİ kodu **********52324 olan “X8 8” markalı 2 ədəd telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 728 manat əsas borcu qalmış, qalıq borca 222 manat dəbbə pulu hesablanmışdır; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35503 olan “Samsung Galaxy A80” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 604,5 manat əsas borcu qalmış, qalıq borca 180,5 manat dəbbə pulu hesablanmışdır; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən “Panasonic LED” markalı televizor almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 942,2 manat əsas borcu qalmış, qalıq borca 218,8 manat dəbbə pulu hesablanmışdır; 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən “X6 X7” markalı qulaqlıq almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 17,2 manat əsas borcu qalmış, qalıq borca 4,8 manat dəbbə pulu hesablanmışdır; 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35594 olan “X8 8” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 433,6 manat əsas borcu qalmış, qalıq borca 129,4 manat dəbbə pulu hesablanmışdır; 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78301 olan “Samsung Galaxy A10” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 152,8 manat əsas borcu qalmış, qalıq borca 45,2 manat dəbbə pulu hesablanmışdır; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********39118 olan “Samsung Galaxy A51” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 484,4 manat əsas borcu qalmış, qalıq borca 144,6 manat dəbbə pulu hesablanmışdır; 30.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********91493 olan “Samsung Galaxy A51” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 443,8 manat əsas borcu qalmış, qalıq borca 132,2 manat dəbbə pulu hesablanmışdır; 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********05215 olan “Samsung Galaxy A10” markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 322 manat əsas borcu qalmış, qalıq borca 96 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1433,5 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 133,8 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 84,33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 4998,8 manat əsas borc, 133,8 manat dəbbə pulu olmaqla, cəmi 5132,6 (beş min yüz otuz iki manat altı qəpik) manat borc pul və məhkəmə xərci qismində 84,33 (səksən dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4998,8 manat əsas borc, 133,8 manat dəbbə pulu olmaqla, cəmi 5132,6 (beş min yüz otuz iki manat altı qəpik) manat borc pul və məhkəmə xərci qismində 84,33 (səksən dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-156/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-156/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver