Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1565/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh barəsində yaydığı məlumatın həqiqətə uyğun olmamaqla şərəf, ləyaqət və işgüzar nüfuzu ləkləyən yalan məlumat kimi təkzib edilməsi, cavabdehin onun haqqında şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumat yaydığına görə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları qarşısında üzr istəməsi, onun işgüzar nüfuzuna xələl gətirdiyi üçün cavabdehin ona mənəvi zərərə görə 5000 manat məbləğində pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qeyri-müəyyən tələb irəli sürülməklə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı iddia tələbində Cavabdeh iddiaçının barəsində yaydığı məlumatın həqiqətə uyğun olmamaqla şərəf, ləyaqət və işgüzar nüfuzu ləkləyən, yalan məlumat kimi təkzib edilməsini, həmin məlumatları yaydığına görə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları qarşısında üzr istəməsini və onun işgüzar nüfuzuna xələl gətirdiyi üçün mənəvi zərərə görə 5000 manat məbləğində pul tutulmasını xahiş etsə də iddiaçı öz tələbində konkret göstərilməklə hansı ifadələrin onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr olması, hansı ifadələrin yalan məlumat kimi təkzib olunmasını göstərməmişdir. İddia tələbinin dəqiq ifadə olunmaması mülki mühakimə icraatının dispozitivliyi prinsipi ilə ziddiyyət təşkil etməklə ilk növbədə cavabdehin irəli sürülmüş iddia ilə bağlı öz müdafiəsini qurmasına, ikinci növbədə isə məhkəmənin iddia tələbinin həcmini müəyyən edib həmin tələblərlə bağlı qalması barədə mülki-prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməsinə maneə yaradır. Məhkəmə iddiaçıya izah edir ki, tələblərini və onun əsaslarını hər bir tələb üçün ayrıayrılıqda konkretləşdirməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1565/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1565/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver