Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1569/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASCnin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka predmetinə hüquqların itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka predmetinə hüquqların itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27 iyun 2018 il tarixli, 800850-542572/1 saylı kredit müqaviləsi üzrə 1215.67 manat məbləğində əsas borcu və 46.90 manat faiz borcu ümumilikdə 1262.57 (bir min iki yüz altmış iki (.57)) manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10.65 manat dövlət rüsumu və 30.77 manat xidmət haqqı olmaqla, cəmi 41.42 (qırx bir (.42)) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 (otuz (.40)) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48-50 saylı fərdi yaşayış evinə yönəldilməsi, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 48-50 saylı fərdi yaşayış evinə ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan 10 gün sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 48-50 saylı fərdi yaşayış evini boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC Gəncə filialı itə Cavabdeh1 arasında 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış 800850-542572/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 24% dərəcəsi ilə 24 ay müddətinə 20,000.00 (iyirmi min (.00)) manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında 27 iyun 2018ci il tarixli, 800850-542572/1 nömrəli ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 20.06.2018) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, İ.İsmayttzadə küçəsi, 48-50 saylı fərdi yaşayış evi (ümumi sahə 217.8 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə 28.06.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də Kredit Müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 001/007/0980/2021 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyanlara poçt vasitəsi ilə təqdim edilmişdir, ipoteka qoyanlara qeyd edilən bildirişi rəsmi təqdim olunduqdan sonra, bildiriş 10.03.2021-ci i! tarixdə tərəfimizdən verilmiş Ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh3 imzaladığı 27.06.2018-ci il tarixli, reyestrdə 7E-26955 nömrə ilə qeyd olunmuş, ərizəyə və Cavabdeh4 imzaladığı 27.06.2018-ci il tarixli, reyestrdə 7E-26956 nömrə ilə qeyd olunmuş, ərizəyə əsasən ünvan 1 ünvanında yerləşən 48-50 saylı fərdi yaşayış evinə gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd- şərtsiz tərk etməyi (boşaltmağı) və ipoteka predmetindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürülmüşdür. Məhkəmə iclasında Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi onların qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borclu Cavabdeh1 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 29.06.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin xəzinadarlığından 20000 manat pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 məxsus olan ünvan 1, 48-50 saylı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin likvid dəyəri müqavilənin 2.2-ci bəndinə əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 05.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 nömrəli kredit müqaviləsi üzrə 1.215,67 manat məbləğində əsas borc və 46,9 manat faiz borcu olmaqla, ümumilikdə 1.262,57 manat borcu vardır. İş materiallarına əlavə edilmiş “bildirişin dövlət qeydiyyatına alınması” haqqında 10.03.2021-ci il tarixli, 001/007/1058/2021 saylı ərizədən görünür ki, ipoteka qoyulmuş əmlakın tutmanın yönəldilməsinə dair bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 20.06.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, 48-50 saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 28.06.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus ünvan 1, 48-50 saylı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı qismində İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində, 134 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN “yaşayış yeri üzrə qeydiyyat haqqında” 27.06.2018-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3 və xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh4 ünvan 1, 48-50 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən verilmiş 27.06.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 48-50 nömrəli fərdi yaşayış evini (hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrində- çıxarış, seriya RX; No.1298110: reyestr nömrəsi: **********29-10301; daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır) ipoteka müqaviləsinə əsasən “Expressbank" ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh4 tərəfindən verilmiş 27.06.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh4, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 48-50 nömrəli fərdi yaşayış evini (hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrində- çıxarış, seriya RX; No.1298110: reyestr nömrəsi: **********29-10301; daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır) ipoteka müqaviləsinə əsasən “Expressbank" ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin məcəllənin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsas öhdəliyin konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılmır. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, «İpoteka haqqında» AR Qanununun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 saylı kredit müqaviləsi bağlanmış, həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 27 iyun 2018-ci il tarixli, 800850-542572/1 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 və Cavabdeh4 evin ipotekaya qoyulmasına razılıq vermiş, həmin ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka qoyan Cavabdeh2 məxsus olan ünvan 1, 48-50 saylı mənzilin likvid dəyəri 60000 manat müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borclarını müqavilədə nəzərdə tutulan qaydada və vaxtda ödəməmiş və müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh1 1215,67 manat əsas borc, 46,90 manat faiz borcu tutularaq, İddiaçı ASC-yə ödənilməlidir Məhkəmə hesab edir ki, tutma öhdəliyin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş Cavabdeh2 məxsus ünvan 1, 48-50 saylı fərdi yaşayış evinə yönəldilməli və ev açıq hərracda satılmalıdır. Həmçinin məhkəmə iclasında iş üzrə tərəflər ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmədiyindən, həmin əmlakın ipoteka müqaviləsində göstərilən likvid dəyərində yəni 60.000 manat məbləğində ilkin satış qiyməti müəyyən edilməlidir. ünvan 1, 48-50 saylı fərdi yaşayış evi kreditin qaytarılması üçün ipoteka qoyulduğundan həmin evə (mənzilə) tutma yönəldildikdə və satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə ən geci on gün ərzində mənzili boşaltmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı, iddia ərizəsinin verilərkən ödənilmiş 30,40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə həmin məbləğlərin də cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 1215,67 manat əsas borc, 46,90 faiz borcu, məhkəmə məsrəfləri olaraq ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10,65 manat dövlət rüsumu, 30,77 manat xidmət haqqı, ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla ümumilikdə 1334.39 (bir min üç yüz otuz dörd manat otuz doqquz qəpik) manat tutularaq, İddiaçı ASC-yə ödənilsin. Tutma, Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 48-50 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilsin. Fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməklə ən geci on gün ərzində mənzil boşaldılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1569/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1569/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver