Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1579/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə tələbi” barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(0430-688/2019) saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşağa görə hər ay sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat alimentin və uşaqların müalicəsi, dərmanlarının alınması ilə əlaqədar olaraq birdəfəlik xərc kimi 800 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 04 iyun 2004-cü il tarixdə evlənib nikahlarını rəsmləşdirmişlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli (iş №2-1117/2007) qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə cavabdehdən 26 iyul 2005-ci ildə anadan olmuş qızımız X4 və X1 üçün onun xeyrinə hər uşağa ayda 40 manat olmaqla aliment təyin edilmişdir. Sonradan onun müraciəti əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 dekabr 2009-cu il tarixli (iş №2(043)- 1577/2009) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 50 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Bir müddət sonra müraciətim əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli (iş№2(043)-l832/2011) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 60 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Təkrar yenə müraciəti əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyul 2014- cü il tarixli (iş№2(043)-2039/2014) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 90 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonuncu dəfə müraciəti əsasında isə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cü il tarixli (iş№2(043)-688/2019) qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa ayda 140 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Qeyd edir ki, hər iki evladları Gəncə şəhər 39 nömrəli Mircəlal Paşayev adına tam orta məktəbdə oxuyurlar. Belə ki, yol xərci (0.30qəp) qalxdığından, eləcə də hər ay məktəb xərcləri ümumi iki uşağa və hazırlığına - 300 manat tələb və təşkil olunur. 26 oktyabr 2006-cı ildə anadan olmuş qızı Hümbətova Leyla səhhətində tez-tez problem olur. Leylanı daim həkim nəzarətində saxlayaraq, müntəzəm olaraq müalicə kursları keçirir. Buna isə təbii ki, vəsait tələb olunur. Bildirir ki, xx.xx.2021 ci il tarixdə “COVİD-19” ilə bağlı xəstələnərək testin nəticəsi pozitiv çıxmış və nəticədə qızım Leyla çox çətinliklə sağalmışdır, çünki çox pul vəsaiti tələb olunmuşdur. Hal-hazırda da "revmatizmadan", bədən zəyifliyindən, habelə bədənində infeksiya-qurd aşkar olunduğundan tez-tez əziyyət çəkir. Buna görə də, mütamadi olaraq xarici ölkələrdə Rusiyanın Yesentuki şəhəri, Gürcustanın Tbilisi şəhəri) olan - sanatoriyada və özəl klinikalarda müalicə almışdır. Elə olur ki, qızı heç məktəbədə gedə bilmir, ayaqları ağrıyır, çünki imkanı olmadığına görə tam müalicə edə bilməmişdir. Hesab edir ki, bir ata kimi, Cavabdeh uşağının müalicəsinə çəkdiyim əlavə xərclərdə iştirak etməlidir. Böyük qızı Hümbətova Rəmziyyə isə göbək nahiyəsində yırtıq olmasına baxmayaraq, onun maddi imkanı çatmır ki, onu əməliyyat etdirsin. Həmin qüsür vaxtaşırı kəskinləşərək uşağı həddindən artıq narahat edir. Həmçinin Rəmziyyə də bədən zəifliyindən, həddindən artıq bədən çəkisinin itirilməsi, sümük boşluğu, mədə və bağırasağında xroniki yazvanın aşkar olunmasını və bəzi infeksion qulluq xəstəliklərindən çox əziyyət çəkir. Amma buna baxmayaraq bu xəstəlik mütəmadi olaraq müalicə götürməlidir. Ancaq uşağını tez tez müalicə etdirməsinə imkanı çatmır. Evladlarım hər ikisi yuxarıda qeyd olunan xəstəliklərdən əziyyət çəkirlər. Dediklərinə əyani-subut olaraq əczaxanalardan aldığı dərmanların çekini siyahısı ilə birlikdə saxlamışdır. Qeyd etmək istəyir ki, o, maddi cəhətdən çox çətinlik çəkir və bir neçə il ərzində uşaqlarının sağalmasına görə bir neçə dəfə bankdan pul götürmüşdür. Bugünkü dövrdə bazar münasibətilə ölkədə süni qiymətlərin artımı ilə əlaqədar qiymətlər 100 faiz artmışdı. Ancaq uşaqların atası Cavabdeh tərəfindən heç bir vaxt müalicəsi üçün köməklik görilmir. O, tək ana kimi uşaqlarını müalicə etməyə və həmçinin onlara əyin baş almağa imkanı çatmır. Xahiş edir ki, cavabdeh neçə illərdir çəkdiyi xərcdən bir qismini - 800 manat həcmində olan cavabdehi Cavabdeh əlavə xərclərə cəlb edilsin. 2022-cı ildən bir uşağın aylıq yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Ona görə də cavabdehdən alınan alimentin miqdarı artırılmalıdır. Cavabdehin kifayət qədər qazancı olmasını, himayəsində olan uşaqların müalicəyə ehtiyacları olmasını, onlara yaxşı qidalanma tələb olunmasını nəzərə alıb ondan hər ay himayəsində olan uşaqların saxlanması üçün hər birinə sabit pul məbləği ilə 220 manat tutulub ona ödənilməsinə dair qətnamə edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı mütəmadi olaraq məhkəməyə müraciət edərək alimentin məbləğini artırmışdır. Axırıncı dəfə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cəmi 140 manat məbləğində aliment müəyyən edilmişdir. Bundan başqa uşaqların xəstəlikləri ilə bağlı əlavə xərclərə görə birdəfəlik xərc qismində 1500 manat tutularaq idiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə uşaqların xəstəlikləri barədə heç bir həkim sənədi təqdim etməmiş, yalnız bir neçə resept göstərmişdir. Həmin dərmanların da qiyməti onun tələb etdiyi pula uyğun deyildir. Bundan başqa o, özü ağır xəstədir, heç yerdə işləmir. Maddi cəhətdən vəziyyəti ağırdır. Dərmanlarına pul tapıb müalicəsini etdirə bilmir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş; İİİ-ИК № 322731 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. İİİ-MİO № 687172 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. AZ-1 № 082471 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış nikah xx.xx.2008-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra ərə Hümbətov, arvada Mehdiyeva soyadı verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-688/2019 nömrəli, 19 fevral 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2043/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılması, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 1500 (min beş yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/01349 nömrəli arayışdan görünür ki, İddiaçı (alimentin artırılması və sair) müraciəti əsasında yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 25 aprel 2022-ci il tarixə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edilməsi üçün verilir. Bildirir ki, İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci nəğdsiz qaydada ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sözügedən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin miqdarının artırılması barədə qətnamənin qəbul edilməsindən üç ildən artıq müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-cu il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər uşaq üçün 160 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə, iddianın uşaqların xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb olunması hissəsinə də qiymət verməklə aşağıdakıları qeyd etməyi lazım bilir. Belə ki, iş materiallarına əlavə edilmiş müayinələrin, reseptlərin və qəbzlərin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşaqlarının xəstəlikləri ilə əlaqədar onlar, bir sıra tibb müəssisələrin müayinə və müalicələrdə olmuş, həmin müayinə və müalicələrlə bağlı müxtəlif dərman preaparatları yazılmış və alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi müvafiq qəbzlərdə həmin xərclərin toplusu 434.42 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarının müayinə və müalicəsi üçün vəsait xərclənməsi məhkəməyə təqdim edilmiş sənədlərlə qismən, yəni 434,42 manatı öz təsdiqini tapmışdır. Buna görə də cavabdeh həmin məbləğdə müalicə xərcinin ödənilməsinə cəlb olunmalıdır. Məhkəmə, tərəflərin hər ikisinin valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini əsas gətirərək əlavə xərc qismində birdəfəlik 434.42 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun bir hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehlə iddiaçı arasında ilkin mediasiya sesiyası zamanı razılıq əldə olunmadığından və iddianın təmin edilmiş hissəsinə münasibdə cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçının poçta xərclədiyi 2 manat da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinnin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(043)- 688/2019 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılsın. 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 26 iyul 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2006-cı il təvəllüdlü X5 xəstəlikləri ilə bağlı əlavə xərclərə görə, birdəfəlik xərc qismində 434,42 (dörd yüz otuz dörd manat qırx iki qəpik) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (25 manat mediasiya və 2 manat poçt xərci) qismində 27 (iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1579/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1579/2022
21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver