Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-158/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 8700 (səkkiz min yeddi yüz) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o İ qrup Qarabağ əlilidir. Cavabdeh ilə uzun müddət tanışlar və bu tanışlıqları dostluq münasibətinə çevrilmişdir. 2019-cu ildə Cavabdeh pul lazım olduğu üçün cavabdeh ona müraciət etmişdir ki, ona 5000 (beş min) manat pul tazımdır. Ona pulunun olmadığını bildirdikdə cavabdeh ondan xahiş etmişdir ki, lombarda qızıl qoyaraq pul götürməyini istəmişdir. Onların çox yaxın dostuq münasibətləri olduğu üçün ona etiraz etməmişdir. Beləliklə 12.12.2019-cu ildə o özünə məxsus qızıllarının dəyəri 3600 (üç min altı yüz) çəkisi 60 qram. 583 əyyarlı sep və qolbağından ibarət, dəyəri 2700 (iki min yeddi yüz) çəkisi 45 qram 583 əyarlı sep və qolbağından və dəyəri 500 (beş yüz) manat çəkisi İ0 qram 583 əyarlı brilant qaşlı üzüyü, cəmi 5 adda qızılzinət əşyalarını ünvan 1 ünvanında yerləşən lombarda qoyaraq 5250 (beş min iki yüz əlli) manat pul götürmüşdür və həmin pulu cavabdehə vermişdir. Cavabdeh həmin pulla onun adına “Mersedes Benz A klass” markalı avtomobili aiddir. Onların razılaşmaqlarına görə cavabdeh onun lombarddan götürdüyü pulu tam ödəyib qurtardıqdan sonra, avtomobili cavabdehin adına rəsmiləşdirməli idilər. Onun verdiyi etibarnamə əsasında o avtomobili idarə etməyə başlamışdır. Daha sonra, cavabdeh Şəmkir rayonu Seyfəli kəndində icarəyə kafe götürmüş, həmin kafeni işlətmək üçün onun cavabdehə verdiyi etibarnamə əsasında sözügedən avtomobili lizinqə qoyaraq 3500 (üç min beş yüz) manat pul götürmüşdür. Cavabdeh nə onu lombarddan götürdüyü pulu, nə də ki avtomobili lizinqə qoyaraq götürdüyü pulu ödəməmişdir. Beləliklə, lombard onun qızıllarını lizinq də avtomobili sataraq pullarını götürmüşlər. O, cavabdehdən qızıllarının dəyəri olan 8700 (səkkiz min yeddi yüz) manat pulunu verilməsini bildirmişdir. Cavabdeh yaxın zamanda qaytaracağına söz versə də bu günə kimi həmin pulu ödəməkdən boyun qaçırdır. Belə olan halda o, polisə müraciət etmişdir. Polis idarəsindən ona bildirmişdir ki, hazırki iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, İddiaçı ona qarşı iddia qaldırmışdır. Belə ki, iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı ilə şərikli obyekt açmışlar. Ona görə onlar şərikli pul qoymuşlar. “COVİD-19” virusu ilə bağlı pandemiya zamanı iddiaçı ilə birlikdə aldıqları obyekt bağlanmışdır. Buna görə də iddiaçı ilə birlikdə qoyduqları pulda batmışdır. İddiaçı girova qızıl qoyub özünə maşın almış və həmin maşını da qoyub pul götürmüşdür. İddiaçı 2800 manat məbləğində obyektə pul qoymuşdur. O, İddiaçı 2800 manat məbləğində pul almış və həmin pulu iddiaçıya hal-hazıra kimi ödəməmişdir. Odur ki, iddia tələbini qismən qəbul edir və bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə birlikdə şərikli olaraq obyekt arendeyaya götürərək işlətmişlər. Bu zaman cavabdehin pulu olmadığı üçün iddiaçıdan 2800 manat məbləğində borc pul almışdır. Daha sonra “COVİD- 19” virusu ilə bağlı pandemiya zamanı obyekt işləmədiyi üçün bağlanmış və cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh həmin borc məbləği razılaşmamış, hazırda onun iddiaçıya 2800 manat məbləğində borcu qaldığını bildirərək etiraf etmişdir. Əlavə olaraq cavabdeh bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 8700 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, 2800 manat məbləğdə borcunun olmasını etiraf edərək iddianın təmin edilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İddiaçının Cavabdeh 8700 manat pul verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən dəlili heç bir sübutla təsdiqini tapmır. Cavabdehin iddiaçıdan yalnız 2800 manat borc pul alması cavabdehin ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı isə məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı olan hazırki borcu 2800 manat təşkil edir. Həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-158/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-158/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver