Məhkəmə qərarları › İş №2(043)-1585/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1585/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1585/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeḣ qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung J2 telefon üçün 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00461686 nömrəli müqavilə üzrə Samsung Galaxy J4 telefon üçün 407 (dörd yüz yeddi ) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə 666 (altı yüz altmış altı) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X4 iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Samsung J2 markalı və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy J 4 markalı telefon satılmışdır. Cavabdeh cəmi 239 manat ödədikdən sonra müqavilənin şərtlərini pozaraq nəticədə xx.xx.2018-ci il tarixli, K00244189 nömrəli müqavilə üzrə 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2019cu il tarixli, 00461686 nömrəli müqavilə üzrə 407 (dörd yüz yeddi ) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə 666 (altı yüz altmış altı) manat miqdarında borcu yaranmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli, K00244189 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissəhissə ödəmək şərti ilə Samsung J2 markalı telefonu almışdır. xx.xx.2019-cu il tarixli, 00461686 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən hissə-hissə ödəmək şərti ilə Samsung Galaxy J4 markalı telefon almışdır. Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli, K00244189 nömrəli müqavilə üzrə 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00461686 nömrəli müqavilə üzrə 407 (dörd yüz yeddi ) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə 666 (altı yüz altmış altı) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli, K00244189 nömrəli müqavilə üzrə 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00461686 nömrəli müqavilə üzrə 407 (dörd yüz yeddi ) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə 666 (altı yüz altmış altı) manat pul Cavabdeḣ qızından alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeḣ qızından xx.xx.2018-ci il tarixli, K00244189 nömrəli müqavilə üzrə 198 (bir yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00461686 nömrəli müqavilə üzrə 407 (dörd yüz yeddi ) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə 666 (altı yüz altmış altı) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxxxxxxxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar