Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1589/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyan və əlavə çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana və əlavə xərclərə görə 4065 manat, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat, maşının əlavə ehtiyat hissələnin alınmasına görə çəkilmiş 1400 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ümumilikdə 5645 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 28.12.2020-ci il tarixdə saat təqribən 13:45 radələrində özünə məxsus “Toyota Hilux” dövlət nömrə nişanlı ** LG *** markalı avtomaşınla Gədəbəy rayonundan Bakı şəhərinə hərəkətdə olarkan “Bakı-Qazax” avtomaşın yolunun 115-ci km hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan “Mersedes Benz” E270 minik dövlət nömrə nişanlı ** VJ *** markalı avtomaşını idarə edən Cavabdeh onun idarə etdiyi avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Həmin vaxt Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Nəvai ərazisində yerləşən YPXA-nın Vİİ Tağım YPX inspektoru polis serjantı X5 tərəfindən 28.12.2020-ci il tarixdə 369701 saylı İXP tərtib edilmişdir. Həmin vaxtı məlum olmuşdur ki, “Mersedes Benz” E270 minik dövlət nömrə nişanlı ** VJ *** markalı avtomaşın “Meqa” sığorta şirkəti tərəfindən sğortalanmışdır. Sığorta şirkətinin nümayəndəsi tərəfindən onun idarə etdiyi avtomaşına dəymiş ziyanı hesablanmış, avtomaşına dəymiş ziyan 9065 manat təşkil etmişdir. O, bu barədə cavabdehə bildirsə də cavabdeh və onun qardaşı ona sığorta ödənişindən başqa pul ödəməyəcəklərini bildirmişlər. O həmin vaxt maşının qiymətləndirilməsinə dair ekspert çağırmış, sığorta şirkətinin iştirakı ilə maşına dəymiş ziyan hesablanmış, maşınına 9065 manat miqdarında ziyan dəydiyi müəyyən edilmişdir. Sığorta şirkəti olaraq "Meqa" sığorta şirkəti onun maşınına dəymiş 5000 manat ziyanı ödəmişdir. Həmçinin sığorta şirkəti ona bildirmişdir ki, cavabdeh tərəf onalarla 5000 min manat miqdarında sığorta müqaviləsi imzaladığı üçün həmin məbləğdən artıq pul ödəyə bilmirlər. Qeyd edilənləri cavadehə bildirsə də cavabdeh ona başqa qaydada pul ödəməyəcəyini bildirmişdir. O, maşınını Bakı şəhərində ustaya verərək düzəltdirmiş, habelə yazılmış pul vəsaitindən əlavə olaraq 150 manat maşını qiymətləndirilməsi üçün ekspertə, 1400 manat isə gedib gəlmək və maşının görünməyən hissələrinə dəymiş ziyana görə xərcləri çıxmışdır. Cavabdeh isə ona çatası 5615 manat pulu ödəmək istəmir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, cavabdehin təqsiri üzündən onun avtomobilinə 9065 manat məbləğində maddi ziyan dəymiş, sığorta tərəfindən həmin məbləğdən 5000 manat ödəniş edildikdən sonra, 4065 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. 1400 manat xərc tələbini ona görə tələb edir ki, maşını üç ay iyirmi gündən sonra ustadan götürmüşdür. Maşın üçün çəkilmiş xərc qismində 1400 manat istəyir. 1100 manat qiymətində maşının resorlarını Gürcüstan Respublikasında gətizdirmişdir. Qüsur aktında 1400 manata dair əlavə xərclər göstərilməmişdir. 150 manat ekspertiziyaya ödəmişdir. Odur ki, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirdi ki, iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, 28 dekabr 2020-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib olunmuş “Qüsur aktı” həqiqəti əks etdirmir. “Qüsur aktı” sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iddiaçının istinad etdiyi rəy ən yaxşı halda mütəxəssis rəyi kimi çıxış edə bilər. Rəydə avtomobilin özünün və ehtiyat hissələrinin amortizasiya xərcləri nəzərə alınmamışdır. Həmçinin qeyd edilən əmlakların haradan alınması müəyyən olunmur və bununla bağlı qəbzlər təqdim edilməmişdir. Bununla belə həmin rəy verilərkən onun iştirakı təmin olunmamışdır ki, bu da rəyin obyektiv verilməsinə şübhə doğurur. Həmçinin rəy verən şəxsin buna səlahiyyətinin olması, bu iş üzrə mütəxəssis olması və sair kimi sənədlər iş materiallarında mövcüd deyildir. Həmin mütəxəssis ehtiyat hissələrinin hansı meyarla hesablanmasını da göstərməmişdir. Halbuki hadisə zamanı onun avtomaşınını sığorta edən təşkilat tərəfindən qüsur aktı tərtib edilməli olduğu halda İddiaçı müstəqil qaydada qüsur aktı tərtib etdirmişdir. İddiaçıya təklif etmişdir ki, avtomaşını gətirsin, o öz ustasında təmir etdirsin. Onun avtomaşınına uzağı 2000-3000 manat ziyan dəymişdir. Lakin iddiaçı bununla razılaşmamış və bütün avtomaşının ehtiyat hissələrini onun hesabına təzələmək fikrinə düşmüşdür. İddiaçının ondan tələb etdiyi 9000 manata təzə maşın almaq mümkündür. Bununla belə, o, hadisə zamanı avtomaşını evokuatora qoymamışdan əvvəl fotoşəkillərini çəkmişdir ki, orada avtomaşının hansı hissələrinin zədə alması açıq-aşkar görünür. Təqdim edilmiş qüsur aktında isə avtomaşının podpreslərinə görə də ondan pul tələb edilir ki, bu cəfəngiyatdır. Həmin podpreslərin sağ-salamat olduğu fotoşəkildə görünür. Eyni zamanda qüsur aktında göstərilmiş digər hissələrə də ziyan dəyməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 21.08.2020-ci il tarixli ƏN-V 287939 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X6 özünə məxsus “Mersedes-Benz” E270 CDİ minik markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi 20.06.2029-cu il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə edilmiş 07.05.2020-ci il tarixli, PME ********** nömrəli “icbari sığorta müqaviləsinə dair” məlumatdan görünür ki, "xxxx" ASC ilə X6 arasında 07.05.2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmış, Mersedes-Benz E270 CDİ markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta olunmuş, əmlaka vurulan zərər görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 AZN, bir hadisə üzrə 50000 AZN sığorta məbləği müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 29 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, 28 dekabr 2020-ci il tarixdə Bakı- Qazax yolunun 115 km-liyində yol-nəqliyyat hadisəsi baş vermiş, “Mersedes-Benz” E270 markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsus “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin arxa və qabaq hissəsi yararsız hala düşmüşdür. İş materiallarına əlavə edilmiş “Avtomobilin qiymətləndirilməsinə dair” 020 nömrəli müqavilədən görünür ki, sifarişçi İddiaçı ilə icraçı müstəqil ekspert X3 arasında sifarişçiyə məxsus avtomobilin texniki vəziyyətini araşdırılması və qiymətləndirilməsinə dair 30 dekabr 2020-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan seriya BEB 431153 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı X1 hesabına 150 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli “Qüsur aktı”ından görünür ki, avto yol-nəqliyyat qəzasına uğramış “Toyota Hilux” Pikap yük sərnişin markalı ** LG *** dövlət nömrə nişanlı, ban № MR0FR22G280648300 ağ rənqdə, 2008-ci il buraxılşından ünvan 1i ünvanda qeydiyyatda olan İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün təqdim edilən materiallara əsasən yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə dəyən zərbə ön sol tərəfdən dəymişdir. Daha sonra avtomobil sürüşərək arxa sol yan tərəfdə zədələnmişdir. Zərbə nəticəsində avtomobilin ön sol patpressi, ön sol qanadı, ön bufer, buferin alt setkası, sol qolloqen, sol ayaqaltı, ön panel, arxa bufer, disk və təkər, mühərrikə aid bəzi hissələr və ön sol tərəf asqı sistemi yararsız hala düşmüşdür. Ön sol qapı, ön sol bokovin, arxa panel, arxa sol qanad və rama deformasiyaya uğramış lakin təmirə yararlıdır. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla): dəmirçi 1300 AZN, rəngsaz 600 AZN, armaturçu 150 AZN, razval balans 35 AZN, çilingər 200 AZN, cəmi: 2850 (iki min səkkiz yüz əlli) manat, ehtiyyat hissələri: ön bufer 300 AZN, üzlük 300 AZN, ön sol qanad 240 AZN, ön sot palçıqlıq 90 AZN, ön sol qanadın spoyleri 180 AZN, ayaq altı bütöv 380 AZN, ön sol alt çanaq 220 AZN, ön sol sapfa 300 AZN, ön sol stupitsa 90 AZN, flyans 250 AZN, ön sol amartizator 230 AZN, rulevoy kolonka bütöv 780 AZN, stabilizator 100 AZN, ön sol stabilizator linki 45 AZN, sol üst çanaq 160 AZN, ABC sensor 70 AZN, ön sol əyləc borusu 40 AZN, disk 2x180 360 AZN, təkər (LASSA) 2x100 200 AZN, mühərrikin alt qoruyucusu 130 AZN, su çəlləyi 90 azn, arxa bufer 580 AZN, arxa sol stupitsa 90 AZN, qalloqen 60 AZN, ön parpress 450 AZN, ön sol qranat 350 AZN, cəmi: 6215 (altı min iki yüz on beş) manat, yekun:9065 (doqquz min altmış beş) manat. İş materiallarında olan "xxxx" ASC-nin 07 yanvar 2021-ci il tarixli İAS201371 nömrəli “Sığorta ödənişi aktı”ndan görünür ki, “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 9065 AZN müəyyən edilmiş, həmin məbləğdən İddiaçı **********9944-000097 hesab nömrəsinə 5000 AZN köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli 000092 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC vasitəsilə "xxxx" ASC-nin bank hesabından İddiaçı 5000 AZN köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 08 iyul 2021-ci il tarixli 768-07/21H nömrəli məktubunda göstərilmişdir ki, müstəqil ekspert X1 30 dekabr 2020-ci il tarixli “Qüsur aktı”na əsasən qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9065 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş “Mersedes- Benz E270” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalandığından və “İcbari sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil etdiyindən müvafiq sığorta hadisəsi ilə bağlı tərəflərindən qeyd edilən mülki iş üzrə iddiaçı olan İddiaçı 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 28.12.2020-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 28 dekabr 2020-ci il tarixdə Bakı- Qazax yolunun 115 kmdə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz E270” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa və qabaq hissəsi yararsız hala düşmüşdür. Toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi sürücü Cavabdeh təqsiri üzündən baş vermiş, yəni o, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş və onun hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Müstəqil sığorta eksperti tərəfindən “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan hesablanmış, dəymiş ziyanın 9065 AZN olması müəyyən edilmişdir. “Mersedes-Benz E270” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalandığından və əmlaka dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil etdiyindən müvafiq sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Qalan zərərlə bağlı Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə hesab edir ki, müstəqil sığorta eksperti tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli “Qüsur aktı”na əsasən “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 9065 manat müəyyən olunduğundan, habelə həmin məbləğin 5000 manatının "xxxx" ASC tərəfindən İddiaçı ödənildiyindən, iddiaçının xeyrinə Cavabdeh vurulmuş ziyanın ödənilməmiş hissəsi 4065 manat pul tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı maşının görünməyən hissələrinə dəymiş ziyana və nəqliyyat vasitəsinin təmiri üçün gedib gəlmək üçün çəkdiyi 1400 manatın cavabdehdən alınıb ona ödənilməsi ilə bağlı bildirir ki, müstəqil sığorta eksperti tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli “Qüsur aktı”na əsasən “Toyota Hilux” markalı ** LG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan hesablanarkən nəqliyyat vasitəsinin ziyan dəymiş hissələri və təmir xərcləri öz əksini tapmış, həmçinin iddiaçı qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh iddia ərizəsinə verdiyi etirazda müstəqil sığorta eksperti tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli “Qüsur aktı” ilə razı olmadığını bildirmiş, aktda nəqliyyat vasitəsinə dəymiş ziyanın artıq hesablandığını vurğulamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh “Qüsur aktı”nı vaxtında mübahisələndirməmiş, hazırda ziyana məruz qalmış avtomobil təmir edilmişdir. Bundan başqa cavabdeh “Qüsur aktı”ndakı hesablanmış məbləğlərin həqiqətə uyğun olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, iş üzrə müstəqil sığorta ekspertinə ödənilmiş məbləğ isə 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu və ekspertə ödənilmiş məbləğ Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 4065 manat (dörd min altmış beş) manat, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və ekspertə ödənilmiş 150 (bir yüz əlli) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1589/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1589/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver