Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-159/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “Finca Azerbaijan” X6 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Finca Azerbaijan” X6 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada **********3363 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1061,74 manat, faiz üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi 1061,74 manat; **********0810 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2251,07 manat, faiz üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi 2251,07 manat məbləğində kredit borcunun və 53,12 manat dövlət rüsumunun “Finca Azerbaijan” MM QBKT-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2015-ci il tarixli, **********0810 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.74 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 USD məbləğində kredit verilmişdir. Həmçinin eyni tarixli, **********3363 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.74 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 201 USD və 201 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 13.08.2015-ci il tarixli, **********0810 saylı kredit müqaviləsi 15.03.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3797.82 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. 15.03.2016-cı il tarixli, **********7402- 129346 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********7***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 13.08.2015-ci il tarixli, **********3363 saylı kredit müqaviləsi 17.03.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2154.00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Həmçinin, 17.03.2016-cı il tarixli, **********7***-******* saylı Zaminlik müqaviləsi ilə X4 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.10.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 13.08.2015-ci il tarixli, **********3363 saylı kredit müqaviləsi üzrə borc məbləği, əsas borc üzrə 1061.74 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1061.74 manat; 12.10.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 13.08.2015-ci il tarixli, **********0810 saylı kredit müqaviləsi üzrə borc məbləği, əsas borc üzrə 2251.07 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 2251.07 manat təşkil edir. Mülki iş məhkəmənin icraatına daxil olduqdan sonra Cavabdeh1 17.12.2020-ci il tarixdə öldüyü müəyyən edildiyindən,Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-159/2022 saylı 11.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı MM QBKT-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə, yəni borcun Cavabdeh1 tutulması hissəsində xitam verilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, **********3363 saylı kredit müqaviləsi üzrə cavabdeh X1 əsas borca 1061.74 manat asas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1061.74 manat; **********0810 saylı kredit müqaviləsi üzrə cavabdehlər X8 oglu va Cavabdeh3 əsas borc 2251.07 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 2251.07 manat məbləğində borcun va 53.12 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan" MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.08.2015-ci il tarixli, **********0810 nömrəli kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23,74% olmaqla 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2016-cı il tarixli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair Sazişə əsasən 13.08.2015-ci il tarixli, **********0810 nömrəli kredit müqaviləsi üzrə restruktrizasiya olunan kredit borcunun qalıq məbləği 3797,82 manat müəyyən edilmiş, həmin məbləğin 60 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə qaytarılması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT (Bank) ilə Cavabdeh2 (zamin) 15.03.2016-cı il tarixli, **********7***-******* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (borcalan) arasında 60 ay müddətinə bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT (Bank) ilə Cavabdeh3 (zamin) 15.03.2016-cı il tarixli, **********7***-******* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (borcalan) arasında 60 ay müddətinə bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12.10.2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********0810 saylı kredit müqaviləsi üzrə “Finca Azerbaijan” MM QBKT-ə olan borcu 2251,07 manat, faiz üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi 2251,07 manat təşkil edir. Həmçinin, iş materiallarında olan 13.08.2015-ci il tarixli, **********3363 nömrəli kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23,74% olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə ilə Cavabdeh2 və Cavabdeh3 (zaminlər) borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İş materiallarından görünür ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2016-cı il tarixli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair Sazişə əsasən restruktrizasiya olunan kredit borcunun qalıq məvləğinin 2154,00 manat olması müəyyən edilmiş, həmin məbləğin 11 ay müddətinə, illik 27,40 faiz ödəmək şərti ilə qaytarılması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MM QBKT (Bank) ilə Cavabdeh2 (zamin) 17.03.2016-cı il tarixli, **********7***-******* nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 (borcalan) arasında 17.03.2016-cı il tarixli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair Saziş üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12.10.2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********3363 saylı kredit müqaviləsi üzrə “Finca Azerbaijan” MM QBKT-ə olan borcu 1061,74 manat, faiz üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi 1061,74 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında 13.08.2015-ci il tarixdə **********0810 və **********3363 saylı kredit müqavilələri bağlanılmış, daha sonra həmin kredit müqavilələri üzrə qalıq məbləğləri 15.03.2016-cı il və 17.03.2016-cı il tarixli Sazişlər əsasında restrukturizasiya olunmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etdiyindən, iddiaçı verdiyi kreditin məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, borclu Cavabdeh1 mülki işin məhkəməyə təqdim edilməmişdən əvvəl öldüyü müəyyən edildiyindən ona aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh2 Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2015-ci il tarixli **********0810 saylı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, əsas borclu – mərhum Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşlər. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, öhdəliyin icrası müddəti 01.03.2021-ci il tarixdə başa çatdığına görə iddia ərizəsinin məhkəməyə verildiyi tarixdə zaminliyin müddəti keçmədiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 13.08.2015-ci il tarixli **********0810 saylı kredit müqaviləsi üzrə yaranmış 2251,07 manat məbləğində əsas borc məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdeh X2 **********3363 saylı kredit müqaviləsi üzrə yaranmış 1061,74 manat pulun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında 13.08.2015-ci il tarixli, **********3363 nömrəli kredit müqaviləsi bağlanmış, 17.03.2016-cı il tarixdə isə həmin Kredit Müqaviləsinin Restrukturizasiyasına dair Saziş bağlanmışdır. Həmin Sazişə əsasən kreditin məbləği 11 ay müddətinə müəyyən edilmiş və öhdəliyin icrası müddəti 01.02.2017-ci il tarixdə başa çatmışdır. Cavabdeh2 isə zamin kimi həmin saziş üzrə kreditor qarşısında əsas borclu ilə birlikdə öhdəlik daşımışdır. Məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 17.02.2017-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə (Cavabdeh2) qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından **********3363 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 borcun tutulması hissəsində iddia rədd olunmalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 36,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.08.2015-ci il tarixli, **********0810 saylı kredit müqaviləsi üzrə yaranmış 2251,07 manat (iki min iki yüz əlli bir manat yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,10 manat (otuz altı manat on qəpik) pul alınaraq “Finca Azerbaijan” X6 Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-159/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-159/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver