Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-160/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, X1, Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, X1 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx xxxxxx 2015-ci il tarixdə 220 nömrə ilə qeyd edilmiş nikahın pozulması və cavabdehdən himayəsındə qalan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün əmək haqqından aliment pulunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2015-ci il tarixdə rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə evlilikdən xx.xx.2016-cı il təvəllüdlü X16 anadan olmuşdur. Cavabdehlə aralarında anlaşılmazlığın olması, xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində ayrılmışlar. Uzun müddətdir ayrı yaşayırlar. Bu müddətdə cavabdeh uşağı ilə maraqlanmamış, onun saxlanılması üçün köməklik göstərməmişdir. Aralarında bağlanmış nikah artıq formal xarakter daşıyır və məhkəmə qaydasında pozulmalıdır. Himayəsində qalan uşağın minimum ehtiyacını ödəməyə çətinlik çəkir. Ona görə də, aliment tələb etmək qərarına gəlmişdir. Onu da qeyd edir ki, cavabdeh Alüminium zavodda usta işləyir, əmək haqqı 400 manatdan yuxarıdır. Əksər azərbaycanlı valideynlər göstərilən vəzifəni sevə-sevə yerinə yetirirlər, bəzən öz «boğazlarından və əyinlərindən kəsib» uşaqlarına geydirirlər. Çox nadir hallarda isə dünyaya gətirdiyi uşağın taleyinə, tərbiyəsinə, təminatına və normal inkişafına biganə yanaşan valideynlərə də rast gəlinir. Həmin valideynlər yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq və onların təminatında yetərincə iştirak etmək vəzifəsindən yayınırlar. İndi onlarda da belə bir vəziyyət yaranmışdır. Sözün bütün mənalarında daha güclü, uşağını saxlamaq imkanlarında daha üstün mövqeyə malik olan ata, yetkinlik yaşına çatmamış doğma uşağının təminatında tam həcmdə iştirak etməkdən imtina edir. İşin məhkəmə baxışı zamanı X3 iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancanın və gəlirlərinin ¼ hissəsi qədər aliment təyin edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında X3 izahat verərək bildirdi ki, barışıq üçün verilmiş üç ay müddət keçməsinə baxmayaraq aralarında barışığın əldə olunması mümkün olmamış, nikahları formal xarakter daşıyır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini, cavabdehlə olan nikahının əlavə vaxt verilmədən pozulmasını, nikah pozulduqdan sonra xx.xx.2016-ci il təvəllüdlü X11 onun yanında saxlanmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancanın və gəlirlərinin ¼ hissəsi qədər alimentin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, nikahın pozulmasına, uşağın anasının yanında qalmasına və Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə razıdır. Alimentin aylıq qazanc və gəlirlərinin ¼ hissəsi qədər tutulmasına etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 rəyə uyğun ifadə verərək bildirdi ki, azyaşlının gələcək mənafeyini nəzərə alaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X11 anası X5 himayəsində qalmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, sözügedən məsələ komissiya üzvləri tərəfindən geniş araşdırılmışdır. Komissiyaya təqdim edilən sənədlərdən məlum olmuşdur ki, Cavabdeh İddiaçı ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X16 adlı 1 (bir) övladları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalarda sonradan aralarındakı nikah formal xarakter daşıdığı üçün tərəflər ayrılmışlar. Hal-hazırda azyaşlı Mələk anasının himayəsində yaşayır. Məsələ ilə əlaqədar komissiya üzvləri İddiaçı Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə dəvət edərək onunla fərdi söhbət aparmışlar. Söhbət zamanı İddiaçı komissiya üzvlərinə bildirmişdir ki, Cavabdehlə qonşu olmuşlar, bir böyümüşlər, bir məktəbdə oxumuşlar. Bir qonşu kimi bir-birlərini çox yaxşı tanıyırlar. Bu onun ikinci evliliyidir. Birinci evliliyindən ailə zorakılığı nəticəsində boşanmışdır və Emin adlı bir övladı var. İkinci ailə qurmağını isə valideyinləri məcbur etmişdir ki, ailə qur köməkli övladını böyüdərsən deyə cavabdehlə ailə həyatı qurduqdan bir müddət münasibətləri normal ailə münasibətləri kimi olsa da, sonradan cavabdeh ona və valideynlərinə qarşı münasibəti dəyişməyə başlamışdır. Belə ki, cavabdeh ona və övladına qarşı çox etinadsız, məsuliyyətsiz, laqeyid olmuşdur. O, uşağın qayğıları ilə maraqlanmır və ailəyə maddi yardım etməmişdir. Dörd ildir ki, ayrı yaşayırlar. Bu dörd il ərzində də bir dəfə olsun uşaqla maraqlanmamışdır. Aralarında olan nikah formal xarakter daşıdığı üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı sözlərini dəqiqləşdirmək üçün komissiya üzvləri Cavabdeh Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə dəvət edərək onunla fərdi söhbət aparmışlar. Söhbət zamanı Cavabdeh məsələyə münasibət olaraq bildirmişdir ki, o boşanmaq istəmir, boşanmağa ərizəni qarşı tərəf verib, iddiaçının ailəsi ilə birgə yaşamışlar. Aysel ailəsində tək övlad olduğundan və onun valideynlərinin xahişi ilə o onların evində, onlarla birgə yaşamışdır. Elə problemləri də buradan başlamışdır. Onu eşitməmiş, özbaşınalıq etmişdir. Düzdür belə bir böyük mübahisələri olmasa da, lakin sonradan kiçik problemlər yığılaraq böyüməyə başlamışdır. Övladı ilə görüşmək istəsə də iddiaçının anası İrina onu dəfələrlə qapıdan qovmuşdur. Hal-hazırda Cavabdeh övladına 150 (yüz əlli) manat olmaqla aliment ödəyir. Ölkə ərazisində yeni növ koronavirus (COVİD- 19) pandemiyasının yayılmasının qarşısını alınması məqsədi ilə Nazirlər kabinetinin müvafiq qərarına əsasən elan olunmuş karantin rejimi ilə əlaqədar komissiya üzvləri tərəfindən iddiaçı və cavabdehin mənzil-məişət şəraiti ilə tanış olması mümkün olmamışdır. Odur ki, komissiya yuxarıda göstərilənləri, təqdim edilmiş müvafiq sənədləri və azyaşlının gələcək mənafeyini nəzərə alaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X11 anası X5 himayəsində qalmasını məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli arayışdan görünür ki, X4 şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, mənzil 36 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 065198 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2015-ci il tarixində Gəncə şəhər nikah evində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 220 nömrə ilə qeyd aparılmışdır. İşin materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 833036 nömrəli doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X16 doğulmuşlar. Şəhadətnamədə uşağın atası Cavabdeh, anası X8 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx“ MMC xx.xx.2020-ci il tarixli, 039 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixindən “xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyətinin X9 Texniki Xidmət və Təmir Şöbəsində növbətçi çilingər vəzifəsində çalışır. Aylıq əmək haqqı (vergilər və digər məcburi tutulmalar çıxılmadan) 417,16 AZN təşkil edir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti aliment təyin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, həmin nikahlarından bir uşaq doğulmuş, hazırda uşaq anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır. İddiaçı nikahlarını məhkəmə qaydasında pozulmasını istəmiş, məhkəmə tərəfindən barışmları üçün üç ay vaxt verilməsinə baxmayaraq hazırda tərəflər nikahın pozulmasında israrlıdırlar. Tərəflərin ailələrinin bərpası qeyri-mümkündür. X3 xx.xx.2016-ci il təvəllüdlü X11 onun yanında saxlanmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə cavabdehin qazancının və gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh etiraz etməmişdir. Həmçinin iş üzrə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası uşağın anasının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında tərəflər qarşılıqlı olaraq nikahın pozulmasını, birgə nikahdan doğulmuş uşaqların anasının yanında qalmasını və aliment məbləği barədə razılıqlarının olmasını bildirmişlər. Məhkəmə hesab edir ki, nikahda olan şəxslər arasında əlaqə tamamilə itirildiyindən nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulduğundan, xx.xx.2015-ci il tarixində bağlanmış, 220 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Bundan əlavə məhkəmə diqqətəlayiq olan digər halları nəzərə alıb, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olmaqla uzun müddət anası ilə birlikdə yaşamasını, ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmasını, iş üzrə Qəyyumluq və Himayəçilik komissiyasının rəyini, cavabdehin uşağın anasının yanında qalmasının onların mənafeyinə uyğun olmaması barədə hər hansı bir dəlil irəli sürməyərək razı olmasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra- xx.xx.2016-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək anası X1 yanında saxlanılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə, iddiaçının tələb etdiyi aliment məbləğini və cavabdehin daimi qazancı olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2016-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq qazancının və gəlirlərinin 1/4 (dörddə bir) hissəsində aliment tutularaq, X3na ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli müvəqqəti aliment təyin edilməsi barədə qərardadı ilə tutulan aliment məbləği nəzərə alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, X3na ödənilməli aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Belə ki, iddia ərizəsi verilərkən nikahın pozulması üçün ödənilmiş dövlət rüsumu X3na, alimentə dair olan hissədə dövlət rüsumu isə Cavabdeh aid edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X8 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Gəncə nikah evində bağlanaraq, 220 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X16 nikah pozulduqdan sonra anası X5 yanında saxlanılsın və yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq qazancının və gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment tutularaq, X3na ödənilsin. Aliment tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tutulan aliment məbləği nəzərə alınsın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-160/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-160/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver