Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1606/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********06568 “Samsung Galaxy A5” markalı telefon üçün 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə olmaqla ümumilikdə 204 manat pulun, 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2020-ci il tarixli qərardadla mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsininin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dairiddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.11, 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X1 Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1606/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1606/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver