Məhkəmə qərarları › İş №2(043)-1611/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1611/2020

05.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1611/2020 05.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 22.07.2019-cu il tarixli, 00798088 nömrəli müqaviləsinə əsasən İMEİ Kodu **********9297 Samsung Galaxy A10 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə cəmi 386 (üç yüz səksən altı) manat, 16.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi Kodu **********6697 Samsung Galaxy A10 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə cəmi 396 (üç yüz doxsan altı) manat ümumilikdə 782 (yeddi yüz səksən iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 812 (səkkiz yüz on iki) manat Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 22.07.2019-cuil və 16.08.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********9297 Samsung Galaxy A10 markalı telefon və İMEİ Kodu **********6697 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 782 (yeddi yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 353 (üç yüz əlli üç) manat (9 ay x 39 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********9297 Samsung Galaxy A10 markalı telefon üçün 386 (üç yüz səksən altı) manat olmaqla ondan, 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə borcu yaranmışdır. 16.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 399 (üç yüz doxsan doqquz) manat (12 ay x 30 manat + 39 manat ilkin ödəniş) olan İMEİ Kodu **********6697 Samsung Galaxy A10 markalı telefon üçün 396 (üç yüz doxsan altı) manat olmaqla ondan, 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 41 (qırx bir) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 18 mart 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 16.08.2019-cuil və 22.07.2019-cuiltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 353 (üç yüz əlli üç) manat olan “Samsung Galaxy A10” və 399 (üç yüz doxsan doqquz) manat olan “Samsung Galaxy A10” markalı telefonlarındəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ Kodu **********9297 “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 39 manat və İMEİ Kodu **********6697 “Samsung Galaxy A10” markalı telefon üçün hər ay 30 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 06.03.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22.07.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy A10” markalı telefon üçün 9 ay müddətinə ödəmək şərti ilə dəyəri 353 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 351 manat borcunu ödəmədiyindən, həmin məbləğə 35 manat cərimə hesablanmış, 16.08.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy A10” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 399 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 360 manat borcunu ödəmədiyindən, həmin məbləğə 36 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ Kodu **********9297 “Samsung Galaxy A10” markalı telefon üçün351 manat əsas, həmin məbləğə hesablanmış 35 manat cərimə borcu və İMEİ Kodu **********6697 “Samsung Galaxy A10” markalı telefon üçün 360 manat əsas,36 manat cərimə borcu, ümumilikdə 782 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 711 manat əsas borc, 71 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 812 (səkkiz yüz on iki) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar