Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1617/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi iddiaçı X7 İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X7 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X7 İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən 2002,48 ABŞ dolları əsas, 765,75 ABŞ dolları faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445,7-ci maddəsinə uyğun olaraq) hesablanmış 294,84 ABŞ dolları faiz məbləği, 1142,76 ABŞ dolları cərimə olmaqla, cəmi 4205,83 ABŞ dolları məbləğində kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, X7 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X5 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 008 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 20 ay müddətinə, illik 24% (iyirmi dörd faiz) ödənilmək şərtilə 2430 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə həmin tarixdə 008/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh1 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclu Cavabdeh2 banka kredit borcu üzrə 2002,48 ABŞ dolları əsas, 765,75 ABŞ dolları faiz, 294,84 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445,7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, 1142,76 ABŞ dolları cərimə olmaqla, cəmi 4205,83 ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli 008 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC -nin Cənub filialı ilə Cavabdeh2 arasında illik 24 faiz ödənilməsi şərti ilə 20 ay müddətinə, illik 24% (iyirmi dörd faiz) ödəmək şərti ilə 2430 ABŞ dolları məbləğində borc verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 008 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli 008 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh2 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə əsas borcun, faizlərin və müqavilə müddəti başa çatdıqdan sonra əsas borcun ödənişinin gecikdirilməsinə görə hesablanmış faizlərin Cavabdeh2 tərəfindən ödənilməsi hissəsində tələbi əsaslı hesab edir. Cavabdeh götürdüyü 2430 ABŞ dolları kredit məbləğindən 2002,48 ABŞ dollarını iddiaçıya qaytarmamışdır. Kredit müqaviləsi illik 24 faiz ödənilməsi şərti ilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu dövr üçün cavabdehə 765,75 faiz borcu hesablanmışdır. Müqavilə müddəti başa çatdıqdan sonra cavabdehə əsas borcun ödənilmədiyi 1053 gün müddət üçün illik 5 faiz dərəcəsi ilə 294 ABŞ dolları faiz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçı tərəfin kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmasını, cavabdehin isə fiziki şəxs olmasını və kreditin istehlak məqsədləri üçün verildiyini, tərəflərin, o cümlədən iddiaçının əmlak vəziyyətini nəzərə alaraq hesablanmış 1142,76 ABŞ dolları cərimə məbləğini 2002,48 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək hesab edir və həmin məbləğin azaldılaraq 20 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Zaminlə bağlı hissədə qeyd edilməlidir ki, Cavabdeh2lə kredit müqaviləsi xx xxxxxx 2015-cı il tarixində 20 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarix xx xxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh1 ilə xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxx 2017-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh1 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də Cavabdeh1 qarşı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 008 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit borcu üzrə 2002,48 ABŞ dolları əsas, 765,75 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə məbləği və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qismində 294,84 ABŞ dolları olmaqla, cəmi 3083,07 ABŞ dolları borc ödəniş anına olan məzənnə üzrə manat ekvivalentində tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsini məhkəməyə verməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 008 saylı kredit müqaviləsi üzrə 2002,48 (iki min iki tam, yüzdə qırx səkkiz) ABŞ dolları əsas, 765,75 (yeddi yüz altmış beş tam, yüzdə yetmiş beş) ABŞ dolları faiz, 20 (iyirmi) ABŞ dolları dəbbə pulu və 294,84 (iki yüz doxsan dörd tam, yüzdə səksən dörd) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla cəmi 3083,07 (üç min səksən üç tam, yüzdə yeddi) ABŞ dolları pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq iddiaçı X7 İddiaçı X4 ödənilsin. Cavabdeh2 dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı X7 İddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1617/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1617/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver