Məhkəmə qərarları › İş №2(043)-1618/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1618/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1618/2020 10.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı məhkəməyə ərizə verərək borclu Cavabdeh 1551,89 manat əsas, 376,07 manat faiz və 218,42 manat cərimə olmaqla, cəmi:- 2146,38 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq xeyrlərinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə borclu Cavabdeh İddiaçı xeyrinə 1551,89 manat əsas, 376,07 manat faiz və 218,42 manat cərimə olmaqla, cəmi:- 2146,38 (iki min yüz qırx altı manat 38 qəpik) manat kredit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr çıxarılmışdır. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrinə qarşı etiraz verdiyi üçün məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cavabdehə illik 25 faiz olmaqla, 36 ay müddətinə 3940 manat kredit verilmişdir. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1551,89 manat əsas, 376,07 manat faiz və 218,42 manat komisyon olmaqla, cəmi:- 2146,38 manat borcu yaranmışdır. İddiaçı «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, bankla iki dəfə müqavilə bağlamış, əvvəlki müqavilə üzrə banka olan borcunun çox hissəsini ödəmişdir. 2-ci qrup əlil olmaqla, maddi imkanı olmadığından kredit borcunu ödəyə bilmir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli, 024km/15 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 25 faiz olmaqla, 36 ay müddətinə 6 ay güzəştli şərtlə 3940 manat kredit verilmişdir; Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, 024km/15 nömrəli kredit müqaviləsi üzrə 3940 manat manat pulu qəbul etmişdir. xx.xx.2018-ci il tarixli maliyyəarayışındangörünür ki, Cavabdehnun «xxxxxxx» KB ASC-yə 1551,89 manat əsas, 376,07 manat faiz və 218,42 manat cərimə olmaqla, cəmi:- 2146,38 manat borcuqalmışdır; Məhkəmə iclasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz olmaqla, 36 ay müddətinə 3940 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuzsaxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-cimaddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit və bank hesabı müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 36 ay müddətinə 3940 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 218,42 manat cərimə məbləği azaldılaraq 8,42 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, 024km/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 1551,89 (bir min beş yüz əlli bir manat 89 qəpik) manat əsas, 376,07 (üç yüz yetmiş altı manat 07 qəpik) manat faiz borcu və 8,42 ( səkkiz manat 42 qəpik) manat cərimə olmaqla, cəmi 1936, 38 (bir min doqquz yüz otuz altı manat 38 qəpik) manat məbləğində kredit borcu cavabdehdən tutularaq «xxxxxxx» X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməli və ödənilməmiş dövlət rüsumunun qalığı 10 manad cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 336-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli, 024km/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 1551,89 (bir min beş yüz əlli bir manat 89 qəpik) manat əsas, 376,07 (üç yüz yetmiş altı manat 07 qəpik) manat faiz borcu, 8,42 ( səkkiz manat 42 qəpik) manat cərimə olmaqla, cəmi 1936, 38 (bir min doqquz yüz otuz altı manat 38 qəpik) manat məbləğində kredit borcu və üş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar