Məhkəmə qərarları › İş №2(043)-1621/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1621/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1621/2022 20.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi : Kreditor "xxxx" KB ASC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Tariyel oğlundan Unibank KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4627,68 manat əsas, 955,71 manat faiz, 252,02 manat cərimə olmaqla cəmi 5835,41 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli, məhkəmə əmrinə əsasən borclu Cavabdeh Unibank KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4627,68 manat əsas, 955,71 manat faiz, 252,02 manat cərimə olmaqla, cəmi 5835,41 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Qeyd olunun əmrə qarşı borclu Cavabdeh etiraz verliyi üçün 06 may 2022-ci il tarixli qərardada əsasən qeyd olunan məhkəmə əmri ləğv edilərək ümumi iddia icraatına keçirilərək məhkəmə hazırlıq iclası 20 may 2020-ci il tarixdə saat 10:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumt verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəbməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddia ərizəsinin baxılmamış saxlanması ümumi qaydada yenidən ərizə ilə məhkəməyə müraciət etməyə maneə deyildir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar