Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1626/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi, istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 03 dekabr 2019-cu il tarixli kredit erilməsinə dair razılaşmaya görə banka 27 672.68 manat əsas borc, 431.02 manat faiz borcu olmaqla ümumilikdə cəmi 28103.62 manat məbləğində borcun 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 03 dekabr 2019-cu il tarixində Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış Baş kredit müqaviləsinin ləğv edilməsi; tutmanın Cavabdeh4 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 8-ci döngə 15 ünvanında yerləşən, 0.103 ha torpaq sahəsi və onun üzərində yerləşən 332.3 kv.m ümumi, 143.5 kv.m yaşayış sahəsindən, 188.8 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 8-ci Döngə 15 ünvanında yerləşən, 0.103 ha torpaq sahəsi və onun üzərində yerləşən 332.3 kv.m ümumi, 143.5 kv.m yaşayış sahəsindən, 188.8 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh4 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 8-ci döngə 15 ünvanında yerləşən, 0.103 ha torpaq sahəsi və onun üzərində yerləşən 332.3 kv.m ümumi, 143.5 kv.m yaşayış sahəsindən, 188.8 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2 və Cavabdeh10 Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 8-ci Döngə 15 ünvanında yerləşən, 0.103 ha torpaq sahəsi və onun üzərində yerləşən 332.3 kv.m ümumi, 143.5 kv.m yaşayış sahəsindən, 188.8 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 7 otaqlı fərdi yaşayış eviinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2 və Cavabdeh10 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 dekabr 2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçıASC-nin “Gəncə” filialından 120 ay müddətinə 28 faizlə 50000 manat məbləğində və ya müvafiq valyuta ekvivalentində kredit limiti ayırmışdır. 03 dekabr 2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 “xxxx” ASC-dən illik 21%-lə 36 ay müddətinə 31000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 8-ci döngə 15 ünvanında yerləşən, 0.103 ha torpaq sahəsi və onun üzərində yerləşən 332.3 kv.m ümumi, 143.5 kv.m yaşayış sahəsindən, 188.8 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi 2019-cu il 17 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir, 03 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri ilə Cavabdeh2 və Cavabdeh3 yuxarıda qeyd edilən kredit müqavilələrinə zamin durmuşlar. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 03 dekabr 2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il fevralın 26-dək Cavabdeh1 03 dekabr 2019-cu il tarixli kredit verilməsinə dair razılaşmaya görə banka 27 672,68 manat əsas borc, 431,02 manat faiz borcu olmaqla ümumilikdə cəmi 28103,62 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh7 30.11.2020-ci il tarixdə, Cavabdeh4 isə 30.03.2021-ci il tarixdə ölmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(043)-1626/2021 saylı qərardadına əsasən mülki iş üzrə icraata cavabdehlər Cavabdeh7 və Cavabdeh4 aid hissədə, yəni “tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin istifadə hüquqlarının itirilməklə evdən çıxarılmaları”na aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirdi ki, həqiqətən bankdan 31000 manat kredit almış və krediti aldıqdan sonra bir müddət aylıq ödənişlərini vaxtlıvaxtında ödəmişdir. Lakin, sonradan pandemiya olduğundan və daha sonra müharibə başladığından işləri qaydasında getməmiş, kredit borcunu ödəyə bilməmişdir. Odur ki, qətnamə qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 03.12.2019-cu il tarixli, 10-BİZGZ-1-0-42-19 saylı Baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bank borcalana illik 28 %-dək olmaq şərti ilə 120 ay müddətinə, 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10-BİZGZ-1-0-42-19 saylı, 03.12.2019-cu il tarixli kredit verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 31000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan ardıcıl 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, borclalan tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 12 ay ərzində üç dəfədən və ya ardıcıl olaraq iki dəfədən çox gecikdirildikdə kreditor krediti hesablanmış faiz ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 10-BİZGZ-1-0-42- 19(Z1) saylı, 03.12.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin – İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli 10-BİZGZ-1-0-42-19 saylı Baş kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 10-BİZGZ-1-0-42- 19(Z2) saylı, 03.12.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin – İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli 10-BİZGZ-1-0-42-19 saylı Baş kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10-BİZGZ-1-0-42-19 saylı, 17.12.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli 10-BİZGZ-1-0-42-19 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh4 mülkiyyətində olan ünvan 3 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 20.12.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 118 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 03.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 27672,68 manat əsas borc, 431,02 manat faiz borcu olmaqla, ümumilikdə 28103,7 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448, 739, 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 27672,68 manat əsas borc və 431,02 manat faiz borcu olmaqla, cəmi 28103,62 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbində tələb üzrə tutma ipoteka predmetinə yönəldikdən sonra cavabdehlərin istifadə hüquqları itirilməklə, həmin fərdi yaşayış evindən çıxarılmaları və evin təhvil verilməsi xahiş olunmuşdur. Hazırki mülki iş üzrə məhkəmənin qərardadına əsasən iddianın tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissəsinə xitam verildiyindən, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan evdən istifadə hüquqlarının itirilməsi, evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 03.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 27672,68 manat əsas borc, 431,02 manat faiz borcu olmaqla, cəmi 28103,62 manat (iyirmi səkkiz min yüz üç manat altmış iki qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1626/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1626/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver