Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1635/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, 3M-524 saylı kredit müqaviləsinin ləğv edilməsinə, 3000 (üç min) manat məbləğində pulun, 75 (yetmiş beş) manat məbləğində əldən çıxmış fayda, dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat, həmçinin iddia ərizəsinin tərtibi üçün ödədiyi 100 (bir yüz) manat olmaqla ümumilikdə 3225 (üç min iki yüz iyirmi beş) manat pul vəsaitinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh 2021-ci ilin təxminən oktyabr ayında iddiaçıya zəng edərək bildirmişdir ki, anası ağır xəstədir, anasının müayinə və müalicəsi üçün 3000 manat məbləğində ona borc pul lazımdır. İddiaçı Bakı şəhər Notariat Ofisində xx.xx.2021ci il tarixli, 3M-524 nömrəli kredit müqaviləsi bağlayaraq Cavabdeh 3000 (üç min) manat məbləğində pulu altı ay müddətinə borc olaraq vermişdir. Lakin borc müqaviləsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra cavabdehə dəfələrlə şifahi və rəsmi qaydada müraciət edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən nəğd şəkildə ödənilmiş 3000 (üç min) manat məbləğində pulun, illik əldə edəcəyi gəliri minimum həddə 5%-dən hesablanmaqla əldən çıxmış fayda 75 (yetmiş beş) manat təşkil edir. Belə ki, iddia tələbi əsaslı olduğuna görə ödənilmiş məhkəmə xərci olan dövlət rüsumu kimi ödədiyi 50 (əlli) manat, həmçinin iddia ərizəsinin tərtibi üçün ödədiyi 100 (bir yüz) manat, əldən çıxmış fayda 75 (yetmiş beş) manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-524 reyestr nömrəli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci ilədək qaytarmaq şərti ilə 3000 manat borc vermişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC-yə xidmət haqqına görə 100 manat ödəniş etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc almışdır. Cavabdeh aldığı borcu xx.xx.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürsə də öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədri sübut növü kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında borc müqaviləsi bağlanmış iddiaçı cavabdehə 3000 manat məbləğində borc vermişdir. Cavabdeh aldığı borcu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq 3000 manat məbləğində borc pul, 75 (yetmiş beş) manat əldən çıxmış fayda, iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi xidmətə görə 100 (bir yüz) manat olmaqla, cəmi 3175 (üç min bir yüz yetmiş beş) manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin müddəti başa çatdığından və öz əhəmiyyətini itirdiyi üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 oktyabr 2021-ci il tarixli, 3M-524 reyestr nömrəli kredit müqaviləsi üzrə 3000 (üç min) manat məbləğində borc pul, 75 (yetmiş beş) manat əldən çıxmış fayda, iddia ərizəsinin tərtibi üçün 100 (bir yüz) manat xidmət haqqı olmaqla, cəmi 3175 (üç min bir yüz yetmiş beş) manat pul və dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat alınaraq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1635/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1635/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver