Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1641/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 oğlunun iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlərdən müştərək qaydada “İddiaçı”-yə məxsus “MAN TGX” yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın əvəzi olaraq 1073,52 (bir min yetmiş üç manat 52 qəpik) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 iddianı müdafiə edərək, izahatında göstərdi ki, sürücü Cavabdeh2 digər Cavabdeh1 mülkiyyətində olan “Mercedes” markalı RR-957 WW dövlət qeydiyyat nömrəli avtomobili 19 mart 2021-ci il tarixdə etibarnamə olmadan Bakı-Astara yolunun 14-cü km-dən idarə edərkən Qaradağ rayonu Lökbatan dairəsinə daxil olarkən manevr qaydasını pozmuşdur. Həmin vaxt dairədə hərəkətdə olan “İddiaçı”-yə məxsus olan və etibarnamə ilə sürücü X3 tərəfindən idarə edilən “MAN TGX Yük” markalı **-JT-*** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi törədərək “İddiaçı”-yə məxsus avtomobilə ziyan vurmuşdur. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan da aydın olmuşdur ki, hadisənin baş verməsində təqsirkar şəxs cavabdeh tərəf olmuş və onların təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Həmin avtonəqliyyat hadisəsi nəticəsində “İddiaçı”-yə məxsus avtomobilə ziyan dəymişdir. Bu barədə akt tərtib edilmişdir. Həmin ziyan aktı ilə məlum olur ki, “İddiaçı”-yə məxsus avtomobilə cəmi 1073,52 manat ziyan dəymişdir. Cavabdehlərdən dəfələrlə avtomobilə vurulmuş ziyanın ödənilməsi tələb olunsa da müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdırlar. Cavabdeh2 digər Cavabdeh1 məxsus avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə olan təqdirdə hər iki cavabdeh dəymiş ziyana görə məsuliyyət daşıyır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş 20.03.2021-ci il tarixli AP0197732 nömrəli inzibati xəta haqqında protokolun əsli ilə üzləşdirilmiş surətindən görünür ki, 19.03.2021-ci il tarixdə sürücü Cavabdeh2 “Mercedes” markalı RR-957 WW qeydiyyat nömrə nişanlı avtomobili etibarnaməsiz idarə edərək **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələrinin tələblərini pozmuşdur. İnzibati tənbeh vermə haqqında 20.03.2021-ci il tarixli MN0703732 nömrəli qərarın əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. AD887575 və AD887578 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən görünür ki, 10ZK279 qeydiyyat nişanlı, Schmıtz Yarımqoşqu və 99JT279 qeydiyyat nişanlı “MAN TGX” yük markalı nəqliyyat vasitələri “İddiaçı”-yə məxsusdur. 25.12.2020-ci il tarixli, AA-07/21 nömrəli etibarnamənin surətindən görünür ki, “İddiaçı” 10ZK279 qeydiyyat nişanlı, Schmıtz Yarımqoşqu və 99JT279 qeydiyyat nişanlı “MAN TGX” yük markalı nəqliyyat vasitələrinin idarə edilməsi 31.12.2021-ci il tarixədək X1 etibar edilmişdir. “xxxx” MMC-nin nümayəndəsi X5 və digər tərəfdən fiziki sahibkar “X6”nun nümayəndəsi X7 tərəfindən imzalanan 01.04.2021-ci il tarixli qüsur aktından görünür ki, “MAN TGX” yük markalı, 99JT279 dövlət nömrə nişanlı yük avtomabilinin 19.03.2021 ci il tarixində Lökbatan dairəsində baş vermiş qəza zamanı ziyan dəymiş və təmiri həyata keçirilmişdir. Təmir xərcləri və dəyən ziyanın qiyməti ödənilmişdir və maşın tam təmir olunmuşdur. Qiymət cədvəli aşağıdakı kimi tərtib olunmuşdur: Buferin faraların dumanlı və hər iki tərəf ayaqlığının sökülməsi, onların ebanit yapışdırıcılarla yığılması, ebaksit məcunla və son qat məcunla işlənilməsi, asdarlanması, boyanması, son qat laklanması, buferin və ayaqlığın yerinə yığılması, elektrik işlərinin görülməsi – 800 manat və dumanlı alınması 273,52 manat. 29.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən X2 hesabına 2477,52 manat pul köçürülmüşdür. 25.03.2021-ci il tarixli 132898 nömrəli elektron qaimədən görünür ki, 99JT279 qeydiyyat nömrə nişanlı yük avtomabilin təmiri üçün 1073,52 manat pul ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehdərin təqsirli hərəkətləri nəticəsində iddiaçının isitifadəsində olan “MAN TGX” yük markalı **-JT-*** qeydiyyat nömrə nişanlı avtomobilə 1073,52 manat zərər dəymişdir. Cavabdehlər öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadıqları üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 1073,52 (bir min yetmiş üç manat 52 qəpik) manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 1073,52 (bir min yetmiş üç manat 52 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir ) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1641/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1641/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver