Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1642/2020 15.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə İMEİ kodu **********98226 olan «Samsung J2 » markalı telefon üçün 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, cəmi 68 manat, HOFFMAN soyuducu üçün 342 (üç qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, cəmi 376 (üç yüz yetmiş altı) manat, LG LED televizor üçün 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, cəmi 424 (dörd yüz iyirmi dörd) manat, İMEİ kodu **********69927 olan “Samsung Galaxy A:” telefon üçün 696 (altı yüz doğsan altı) ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, cəmi 766 (yeddi yüz altmış altı) manat, ümumilikdə 1634 ( bir min altı yüz otuz dörd) manat borcun və 30 manat dövlət rüsumunun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ kodu **********98226 Samsung J2 telefon, HOFFMANN soyuducu, LG LED televizor, İMEİ kodu **********69927 олан Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 1634 (min altı yüz otuz dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqavilə 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2018ci ci il tarixli müqavilə цзря 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə цзря 385 (üç yüz səkəsn beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə цзря 696 (altı yüz doxsan altı) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə олмагла цмумиликдя 1634 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, K0057586 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat İMEİ kodu **********98226 Samsung J2 markalı telefonu 12 ay müddətinə hər ay 31 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, K00102286 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat HOFFMANN soyuducunu 18 ay müddətinə hər ay 38 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, K00139882 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat LG LED televizoru 18 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. xx.xx.2018-ci il tarixli, K00377062 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 794 (yeddi yüz doxsan dörd) manat İMEİ kodu **********69927 Samsung Galaxy A6 telefonu 18 ay müddətinə hər ay 41 manat ödəmək şərti ilə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 390-cы maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia təmin edilməli xx.xx.2018-ci il tarixli, K0057586 nömrəli müqavilə üzrə 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2018-ci il tarixli, K00102286 nömrəli müqavilə üzrə 342 (üç qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx.xx.2018-ci il tarixli, K00139882 nömrəli müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2018-ci il tarixli, 00377062 nömrəli müqavilə üzrə 696 (altı yüz doхsan altı) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, ümumilikdə 1634 ( bir min altı yüz otuz dörd) manat borc Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, K0057586 nömrəli müqavilə üzrə 62 (altmış iki) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2018-ci il tarixli, K00102286 nömrəli müqavilə üzrə 342 (üç qırx iki) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə, xx.xx.2018-ci il tarixli, K00139882 nömrəli müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2018-ci il tarixli, 00377062 nömrəli müqavilə üzrə 696 (altı yüz doğsan altı) ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə ümumilikdə 1634 ( bir min altı yüz otuz dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» X1 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1642/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1642/2020
15.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver