Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1646/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat borcun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 20.07.2014-cü ildə ondan 3000 manat pulu borc almış və pulu 6 aya kimi qaytaracağına dair öz imzası ilə təsdiq edilmiş sənəd vermişdir. Cavabdehin vəziyyəti pulu aldıqdan sonra get-gedə pisləşmişdir. O, hər dəfə pulunu tələb etdikdə, cavabdeh yaxın günlərdə qaytaracağına söz vermişdir. Cavabdeh pulu qaytara bilmədiyi uçun tez-tez yaşadığı ünvanı dəyişir, iş yerinə getdikdə isə bəhanələr gətirərək ondan bir neçə ay vaxt istəmişdir. Yaxın günlərdə borcunu qaytaracağına söz versə də artıq görür ki, cavabdeh onu aldadır. Ona görə də cavabdehdən borc olaraq verdiyi 3000 manat məbləğində pul məhkəmə qaydasında alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, qardaşı X3 təcili pul lazım olduğu üçün qaynının arvadı mərhum X1 vasitəçiliyi ilə İddiaçı evinə getmişlər. Onunla 3000 manat məbləğində pulun ona borc verilməsinə şifahi razılığa gəlmişlər. Ona bildirmişdir ki qardaşı X2 bir aydan sonra toy məclisini keçirib götürdüyü məbləği qaytaracaqdır. Lakin, onun və qardaşının maddi vəziyyəti çətin olduğundan, eyni zamanda banklara borclu olduğu üçün həmin pulu qaytarmaq imkanında olmamışlar. Bu səbəbdən götürdüyü borcun ödənişi üçün ailə başçısını itirdiyinə görə uşaqlarına verilən müavinətin ödəniş kartını İddiaçı vermiş, həmin kart bir il müddətində iddiaçının istifadəsində olmuş və həmin kartdan iddiaçı 1320 manat pul götürmüşdür. Eyni zamanda müxtəlif vaxtlarda 680 manat özü və qaynı Rəhimov Nizaminin vasitəsilə 500 manat hissə hissə ona ödəniş etmişdir. Hal hazırda 3000 manata qarşı onun tərəfindən İddiaçı 2500 manat ödəniş etmişdir. Onun bu günkü günə İddiaçı 500 manat ödənilməmiş borcu qalmışdır və həmin borcu ödəməkdən imtina etmir. Lakin, həmin məbləği maddi vəziyyətinin yaxşı olmadığından və iki banka kredit borcu olduğundan aylar üzrə hissə-hissə ödəyə bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilib imzalanmış 20.07.2014cü il tarixli qəbzdən görünür ki, o, İddiaçı 3000 manat pulu borc almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 3000 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlə müəyyən olunur ki, 3000 manat pul iddiaçı tərəfindən cavabdehə borc kimi verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğin və ya onun bir hissəsinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 20.07.2014-cü il tarixdə qanuvericiliyə uyğun olaraq şifahi borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3000 manat pulu borc kimi vermiş, cavabdeh tərəfindən tərtib edilmiş qəbzlə də təsdiq olunur ki, həmin pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı 3000 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, cavabdeh borc kimi aldığı pul məbləğini və ya onun bir hissəsini iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən şifahi borc müqaviləsi əsasında cavabdehə verdiyi pul məbləğini ondan tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1646/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1646/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver