Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1650/2020 22.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in cavabdeh X3 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 HOFFMANN soyuducu, HOFFMANN LED televizor üçün 112 (bir yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, İMEİ kodu **********03901 olan Samsung J2 telefon üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, İMEİ kodu **********11311 olan Samsung J2 marpkalı telefon üçün 170 (bir yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 382 (üç yüz səksən iki) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxxx» MMC ilə cavabdeh X4 arasında xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan HOFFMANN markalı soyuducu, HOFFMANN LED markalı televizor, İMEİ kodu **********03901 olan Samsung J2 telefon və İMEİ kodu **********11311 olan Samsung J2 telefon almış, müqavilələrin şərtlərini pozaraq nəticədə HOFFMANN soyuducu, HOFFMANN LED televizor üçün 112 (bir yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, İMEİ kodu **********03901 olan Samsung J2 telefon üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, İMEİ kodu **********11311 olan Samsung J2 telefon üçün 170 (bir yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 382 (üç yüz səksən iki) manat borcu qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, k0177028 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən HOFFMANN soyuducunu 18 ay müddətinə hər ay 112 manat və HOFFMANN LED televizoru 12 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, k057422 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” telefonu 12 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 00153199 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” telefonu 12 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. X5 qızına yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2018-ci il tarixli, k0177028 nömrəli müqavilə üzrə 112 (bir yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, xx.xx.2018-ci il tarixli, k057422 nömrəli müqavilə üzrə 65 (altmış beş) manat ödənilməmiş hissə 7 (yeddi) manat cərimə, xx.xx.2018-ci il tarixli, 00153199 nömrəli müqavilə üzrə 170 (bir yüz yetmiş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 382 (üç yüz səksən iki) manat pul X1 alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2018-ci il tarixli, k0177028 nömrəli müqavilə üzrə 112 (bir yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, xx.xx.2018-ci il tarixli, k057422 nömrəli müqavilə üzrə 65 (altmış beş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, xx.xx.2018-ci il tarixli, 00153199 nömrəli müqavilə üzrə 170 (bir yüz yetmiş) manat ödənilməmiş hissə 17 (on yeddi) manat cərimə olmaqla, ümumilikdə 382 (üç yüz səksən iki) manat pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» X2 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1650/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1650/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver