Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1653/2021 18.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 X15 Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X15 Cəmiyyətinə və Cavabdeh2 qarşı «əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh1 ATSC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 19210 manat məbləğdə maddi ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 19240 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 fevral 2021-ci il tarixdə saat 13:30-da Gəncə-Göygöl yolu istiqamətində, Gülüstan qəsəbəsi ərazisində hərəkətdə olarkən "xxxx" ATSC-yə məxsus "5 nömrəli marşurut xətti" üzrə istismar edilən "Hyundai County" markalı, **-TA-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusu "X10 Azərbaycan Respublikası Qanunu"nun tələblərini pozmaqla ona məxsus "X13" markalı, **-VR-*** dövlət qeydiyyat nömrəli avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsi tərəfindən hadisəni törətmiş nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan əlavə "Toyota Servis" tərəfindən verilmiş akta əsasən yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan avtomobilə 24210 manat maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Qeyd edilən məbləğin 5000 manatı "xxxx" ATSC-yə məxsus olan avtomobilin icbari qaydada sığorta edildiyi "xxxx" şirkəti tərəfindən ona ödənilmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, avtomobilinə dəymiş ziyanın hesablanması ilə bağlı "Toyota Servis"ə müraciət etmiş, servis tərəfindən yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan avtomobilə 24210 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Lakin onun avtomobilə çəkdiyi xərc həmin məbləğdən artıqdır. Belə ki, avtomobilin ziyan dəymiş sağ farasını və ayaqaltını dəyişdirmiş, sol faraya və ayaqaltına uyğun olan hissələr tapılmadığından avtomobilin sol və sağ fara və ayaqaltı dəyişdirilmiş, həmin məbləğlər isə iddia ərizəsində göstərilməmişdir. "xxxx" şirkəti tərəfindən ona 5000 manat ödənilmişdir. Ona görə də 19210 manat məbləğdə maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ATSC-nin nümayəndəsi X3 iddia ərizəsinə etiraz verərək bildirdi ki, sərnişin daşıma xidməti ilə məşğul olan Cavabdeh1 ATSC-nin balansında olan bütün nəqliyyat vasitələrini, o cümlədən yol nəqliyyat hadisəsi törətmiş sürücü Cavabdeh2 idarə etdiyi "Hyundai County" markalı, **-TA-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusunu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sığorta etdirmişdir. Qanunun 53.1-ci maddəsində mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. İşçi Cavabdeh2 ilə Cavabdeh1 ATSC arasında bağlanmış 09.06.2020-ci il tarixli əmək müqaviləsinin 3-cü paraqrafının 4-cü bəndində göstərilir ki, sürücü törətdiyi yol nəqliyyat hadisəsinə görə tam məsuliyyət daşıyır və hadisə nəticəsində 3-cü tərəfin əmlakına vurduğu maddi zərərin sığortaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğin ödənilməsini təmin edir. Ona görə də Cavabdeh1 ATSC-yə qarşı cavabdeh qismində iddia qaldırılmasını qanuna zidd tələb kimi qiymətləndirirlər. 150 nəfər sürücü heyəti olan sahibkar müəssisəsinin yol nəqliyyat hadisəsi törətmiş hər bir sürücüyə görə cavabdeh qismində tanınaraq zərərin ödənilməsinə cəlb edilməsi əsassızdır. Odur ki, iddianın Cavabdeh1 ATSC-yə qarşı hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz verərək bildirdi ki, yol nəqliyyat hadisəsi baş verən gün 22.02.2021-ci il tarixdə Gəncə şəhəri BPİ-nin DYPİnin müraciəti əsasında dəvət olunmuş mütəxəssisin iştirakı ilə tərtib olunmuş “Qüsur aktı”nda dəyən zərər sərbəst bazar qiymətləri ilə ehtiyat hissələrinin dəyişdirilməsi və xidmət haqqı nəzərə alınmaqla 12640 manat qiymətləndirilmiş və akt iddiaçı tərəfindən imzalanmışdır. Sığorta şirkəti tərtib edilmiş aktı əsas götürməklə iddiaçıya 5000 manat pul ödəmişdir. Baş vermiş hadisədən 25 gün sonra 17 mart 2021-ci il tarixdə iddiaçının onun əmlakına dəyən zərərin 24210 manat təşkil etməsi haqqında təkrar “Qüsur aktı” tərtib etdirməsi qanuna ziddir. İddiaçı tərəfindən dəyən zərərin qanuna zidd yenidən qiymətləndirməsi faktı, həm də yeni “Qüsur aktı”nın tərəflərin iştirakı olmadan tərtib edilməsi 2009-cu il tarixli avtomobilə dəymiş ziyanın şişirdilməsi niyyətini güdmüşdür. Həmçinin sığortaçının, yol polisi əməkdaşlarının, dəvət edilmiş mütəxəssisin və müvafiq tərəflərin iştirakı ilə tərtib olunmuş ilkin “Qüsur aktı”da göstərilmiş dəyən zərərin məbləği reallıqdan uzaqdır və sığortaçı tərəfindən ödənilmiş 5000 manat məbləğ avtomobilin bərpası üçün kifayət edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri BPİ-nin DYPİ-nin baş inspektoru vəzifəsində çalışır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat almış və hadisə yerində olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində "Hyundai County" markalı, **-TA- *** dövlət qeydiyyat nömrəli sərnişin avtobusunun sürücüsü Cavabdeh2 təqsirlidir, digər nəqliyyat vasitəsinin, yəni "X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı heç bir təqsiri olmamışdır. Tərəfindən Cavabdeh2 barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Adətən baş vermiş yol nəqliyyat hadisələri zamanı sürücülərə nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün özəl mütəxəssisin dəvət edilməsi təklif edilir. Sürücülər də öz mülahizələrinə, istəklərinə əsasən mütəxəssisi seçir və onu dəvət edirlər. Onu qeyd edir ki, "X13" markalı nəqliyyat vasitəsinə dəyən ziyan müəyyən edilərkən özəl mütəxəssis iştirak etmiş və “Qüsur aktı” tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 servis meneceri vəzifəsində işləyir. Servisə müraciət ediləndə nəqliyyat vasitəsinə baxış keçirlir, lazım gəldikdə nəqliyyat vasitəsinin hissələri sökülür, cədvəl tərtib edilir ki, ziyan dəymiş hissələr orginal hissələrlə dəyişdirilsin. "X13" markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş, “Qüsur aktı” tərtib edilmişdir. Akt tərtib edilərkən ziyan dəymiş və dəyişdirilməli olan hissələrin qiymətləri hesablanmışdır. Nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin bəziləri servisdə olmadığından qarşılanmamışdır. Servisdə təmir işlərindən isə dəmirçi işləri görülmüşdür. Nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə servisə 3260 AZN ödənilmişdir ki, dəmirçi işinə 2000 AZN, arxa körpünü qoymaq üçün isə 260 manat, rəngsaz işinə 1000 AZN alınmış, çilingər işi isə servisdə aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, X5 dəmirçi sexi üzrə servis meneceri işləyir. Avtomobillər toqquşan zaman "X13" markalı nəqliyyat vasitəsinin sol tərəfi yol ayrıcındakı beton maneəyə çırpılmış və həmin maneyəni keçərək digər tərəfə düşmüşdür. Həmin avtomobilin təkərləri, diski, raması və sair alt hissələri əzilmişdir. Demək olarki avtomobilin raması tamamilə əyilmişdi. Avtomobilin raması baha olduğundan, onlar əyilmiş ramanı yenisi ilə əvəz etməmişlər, bu səbəbdən rama təmir olunmuşdir. Avtomobil onlara yarımçıq təmir olunmuş vəziyyətdə gətirilmiş, servisə gətirilənə kimi bir sıra təmir işləri gördürülmüşdür. Həmin avtomobilin təmirində 2-3 usta işləmiş, “Qüsur aktı” ustaların dediklərinə görə tərtib edilmişdir. Həmin “Qüsur aktı”na isə o cavabdehdir. Avtomobilin təmiri üçün dəmirçi xidməti üçün 2000 manat, rəngsaz üçün 1000 manat, arxa körpünü qoymaq üçün isə 260 manat, cəmi 3260 manat alınıb. Qiymətlər hesablanarkən İddiaçı daimi servizin müştərisi olduğundan hətta güzəşt olunmuş, məbləğlər az hesablanmışdır. Həmçinin bildirir ki, avtomobilin ehtiyat hissələri servis tərəfindən satılmamışdır. X11 “Toyota”nın rəsmi dilleridir. Ona görə də servisdə olan hissələr ancaq orginal hissələrdir. Orginal hissələrin də qiymətləri bahadır. Başqa yerlərdə də ehtiyat hissələri satılır, ola bilsin ki, həmin hissələrin qiymətləri servisdə orginal hissələrin qiymətindən fərqli, yəni aşağı olsun. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, "X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı 22.02.2021-ci il tarixlui qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən tərtib edilmiş 0033 saylı “Qüsur aktı”ından görünür ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin şifahi müraciəti əsasinda mütəxəssis dəvət olunaraq İddiaçı məxsus “X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyan hesablanmışdır. Dəyişdiriləsi detallar: qabaq sağ qanad 450 AZN, qabaq sağ fara 650 AZN, qabaq bamber 300 AZN, qabaq sağ dumannı 100 AZN, sağ ayaqaltı 200 AZN, tarpeda 1400 AZN, qabaq sağ podkrılnik 110 AZN, sağ güzgü 200 AZN, təkər 700 AZN, disk 200 AZN, rulavoy 1800 AZN, üst çaşka 150 AZN, alt çaşka 250 AZN, amartizator 320 AZN, qabaq sağ bakavina 400 AZN, çulok 3000 AZN, cəmi 10430 AZN. İşçi qüvvəsi: rəngsaz 1000 AZN, çilingər 300 AZN, dəmirçi 800 AZN, cəmi 2100 AZN, yekun 12640 AZN. İş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən tərtib edilmiş 0033 saylı “Qüsur aktı”ından görünür ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin şifahi müraciəti əsasinda mütəxəssis dəvət olunaraq İddiaçı məxsus “X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyan hesablanmışdır. Dəyişdiriləsi detallar: sükan kalonkası 1950 AZN, arxa çulok 3000 AZN, qabaq sağ alt çaşka 475 AZN, qabaq sağ amartizator 445 AZN, qabaq sağ sapfa 625 AZN, arxa sağ ştonqa 265 AZN, qabaq quruyucu kəmər 850 AZN, tarpeda 1600 AZN, tarpeda qoruyucu şar 1100 AZN, rolun qoruyucu şarı 1270 AZN, qabaq sağ fara 700 AZN, qabaq sağ qanad 475 AZN, qabaq sağ qapı 1100 AZN, qabaq sağ güzgü 700 AZN, qabaq sağ ayaqaltı 550 AZN, diski 1200 AZN, təkər 660 AZN, qabaq bamber 520 AZN, qabaq bamberin spoyleri 350 AZN, qabaq duman əleyhinə fara 165 AZN, qabaq sağ üst çaşka 445 AZN, qabaq sağ stupiçanın podşibniki 185 AZN, cəmi 18510 AZN. İşçi qüvvəsi: Dəmirçi 3000 AZN, çilingər 1500 AZN, rəngsaz 1000 AZN, elektrik 200 AZN, cəmi işçi qüvvəsi 5700 AZN, yekun 24210 AZN. İş materiallarına əlavə edilmiş X11 tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli “Qüsur aktı”ından görünür ki, İddiaçı məxsus “X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yol nəqliyyat hadisəsi nəticəsində ehtiyat hissələri zədələnmişdir və yenisi ilə əvəz edilməlidir. Ehtiyat hissələri: sükan kalonkası 1950 AZN, arxa çulok 3000 AZN, qabaq sağ alt çaşka 475 AZN, qabaq sağ üst çaşka 445 AZN, qabaq sağ amartizator 325 AZN, qabaq sağ sapfa 625 AZN, qabaq sağ stupiçanın podşibniki 185 AZN, arxa ştanqa sağ 265 AZN, qabaq sağ, sol quruyucu kəmər 850 AZN, tarpeda 1600 AZN, tarpeda sağ tərəf qoruyucu şar 1100 AZN, rolun qoruyucu şarı 1270 AZN, qabaq sağ fara 700 AZN, qabaq sağ krılo 475 AZN, qabaq sağ qapı 1100 AZN, qabaq sağ güzgü 700 AZN, qabaq sağ ayaqaltı 550 AZN, diski 1200 AZN, təkər şini 660 AZN, qabaq bufer 520 AZN, qabaq buferin spoyleri 350 AZN, qabaq duman əleyhinə fara 165 AZN, cəmi 18510 AZN. İşçi qüvvəsi: dəmirçi 3000 AZN, çilingər 1500 AZN, rəngsaz 1000 AZN, elektrik 200 AZN, cəmi işçi qüvvəsi 5700 AZN, yekun 24210 AZN. İş materiallarına əlavə edilmiş “Toyota”nın rəsmi dileri X6 məktublarından görünür ki, 17 mart 2021-ci il tarixdə İddiaçı məxsus “X13" markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmişdir. Avtomobilin zədələri təyin olunmuş və qüsur aktı tutulmuşdur. Tərəflərindən avtomobildə təmir işləri aparılmış, amma heç bir ehtiyyat hissəsi dəyişdirilməmişdir. Avtomobildə icra olunmuş təmir işlərinin dəyəri: arxa körpünün dəyişməsi 250 AZN, avtoyuma 10 AZN, dəmirçi işi 2000 AZN, rəngsaz işi 1000 AZN, yekun 3260 AZN, İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ATSC-nin direktoru X9 ilə Cavabdeh2 arasında 09.06.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, o sürücü vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ATSC-nin 22.02.2021-ci il tarixli 030109 nömrəli yol vərəqəsindən və sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Cavabdeh2 22.02.2021-ci il tarixdə işə çıxma vaxtı saat 07:00, işdən qayıtma vaxtı saat 16:00 qeyd edilməklə “Hyundai County" markalı, **-TA-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusu ilə 5 nömrəli marşurt xətti üzrə hərəkətə buraxılmışdır. Sürücü ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 ATSC arasında “Hyundai County" markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta olunmuş, əmlaka vurulan zərər görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 AZN, bir hadisə üzrə 50000 AZN sığorta məbləği müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 07.04 2021-ci il tarixli sığorta ödənişi ilə bağlı PGU-210892 aktından görünür ki, İddiaçı 5000 AZN ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Günay Bank”ın 79625 nömrəli 12.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından İddiaçı hesabına 5000 AZN köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, 22 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində Cavabdeh2 idarə etdiyi "xxxx" ATSC-yə məxsus 5 nömrəli marşurut xətti üzrə hərəkət edən "Hyundai County" markalı, **-TA-*** dövlət qeydiyyat nömrəli sərnişin avtobusu İddiaçı idarə etdiyi "X14" markalı, **-VR-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş, toqquşma Cavabdeh2 təqsiri üzündən baş vermiş, yəni o, “X10” Qanunun tələblərini pozmuş və onun hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı "X13" markalı, **-VR-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəyən ziyanla bağlı üç müxtəlif “Qüsur aktı” tərtib edilmişdir. Həmin “Qüsur akt”larının ikisi Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən tərtib edilmiş, ilkin “Qüsur aktı”nda dəyişdirilməsi nəzərdə tutulan hissələr üçün 10430 AZN və işçi qüvvəsi üçün 2100 AZN, cəmi 12640 AZN müəyyən edilmişdir. İkinci “Qüsur aktı”ından görünür ki, dəyişdirilməsi nəzərdə tutulan hissələr üçün 18510 AZN və işçi qüvvəsi üçün isə 5700 AZN, cəmi 24210 AZN müəyyən edilmişdir. X11 tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli “Qüsur aktı”ından görünür ki, ehtiyat hissələri üçün 18510 AZN və işçi qüvvəsi 5700 AZN, cəmi 24210 AZN müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərtib edilən “Qüsur aktı”larında "X13" markalı, **-VR-*** dövlət qeydiyyat nömrəli avtomobilinin zədələnmiş hissələri bütün qüsur aktlarında göstərilməsinə baxmayaraq, dəyən ziyanla bağlı ehtiyat hissələri və işçi qüvvəsi üçün nəzərdə tutulan məbləğlər müxtəlifdir. Məhkəmə hesab edir ki, “X11” Toyota markasının rəsmi dilleri olduğundan və həmin mərkəz tərəfindən "X13" markalı avtomobilin zədələnmiş hissələrini orginal detallarla əvəz edilməsi üçün nəzərdə tutularaq hesablandığından, “X11” tərəfindən verilmiş “Qüsur aktı” əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edir ki, X11 tərəfindən tərtib edilmiş “Qüsur aktı”nda işçi qüvvəsi üçün nəzərdə tutulmuş məbləğ 5700 AZN müəyyən edilsə də mərkəzin məktubları və servis menecerinin ifadəsi ilə müəyyən edilir ki, işçi qüvvəsi üçün mərkəzə 3260 AZN ödənilmiş, mərkəzdə dəmirçi və rəngsaz işləri aparılmış, çilingər işləri isə görülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "X13" markalı avtomobilinin zədələnmiş ehtiyat hissələrinin əvəz edilməsi üçün dəyən ziyan 18510 AZN, təmiri üçün işçi qüvvəsinə ödənilən məbləğ isə 3260 AZN, cəmi 21770 AZN müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin hesabından İddiaçı hesabına 5000 AZN sığorta ödənişi həyata keçirilmişdir. Qalan zərərlə bağlı cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə hesab edir ki, "X13" markalı avtomobilə dəyən ziyan 21770 AZN müəyyən edildiyindən, habelə həmin məbləğin 5000 manatının "xxxx" ASC tərəfindən İddiaçı ödənildiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən vurulmuş ziyanın ödənilməmiş hissəsi 16770 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iş üzrə Cavabdeh1 ATSC-nin ona qarşı iddia qaldırılmasının yolverilməzliyi ilə bağlı dəlillərinə münasibət bildirirək qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 ATSC ilə bağlanmış 09.06.2020-ci il tarixli əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, həmin cəmiyyətin işçisidir, zərəri isə əmək vəzifələrinin icrası zamanı vurmuşdur. Ona görə də cəmiyyət öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 X15 Cəmiyyətindən və Cavabdeh2 vurulmuş maddi zərərə görə 16770 manat (on altı min yeddi yüz yetmiş) manat, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1653/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1653/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver