Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1659/2020 22.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26.09.2018-ci il tarixli, 00311867 nömrəli müqaviləsinə əsasən İMEİ Kodu **********06747 Samsung J2 markalı telefon və Hoffman LED televizor üçün 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 470 (dörd yüz yetmiş) manat, 28.01.2019-cu il tarixli, 00490355 nömrəli müqaviləsinə əsasən, Hoffman LED televizor üçün 175 (bir yüz yetmiş beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 193 (bir yüz doxsan üç) manat ümumilikdə 663 (altı yüz altmış üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 693 (altı yüz doxsan üç) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 26.09.2018-ci il və 28.01.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********06747 Samsung J2 markalı telefon və 2 ədəd Hoffman LED televizor almış və nəticədə 663 (altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 26.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736 (yeddi yüz otuz altı) manat (12 ay x 61 manat + 4 manat ilkin ödəniş) olan İMEİ Kodu **********06747 Samsung J2 markalı telefon, Hoffman LED televizor üçün 470 (dörd yüz yetmiş) manat olmaqla ondan, 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə borcu yaranmışdır. 28.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 350 (üç yüz əlli) manat (1 ay x 175 manat + 175 manat ilkin ödəniş) olan Hoffman LED televizor üçün 193 (bir yüz doxsan üç) manat olmaqla ondan, 175 (bir yüz yetmiş beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 484 (dörd yüz səksən dörd) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 22 aprel 2020-ci il tarixli bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.09.2018-ci il və 28.01.2019-cuil tarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 736 (yeddi yüz otuz altı) manat olan “Samsung J2” markalı telefonun, Hoffman LED televizorun və 350 (üç yüz əlli) manat olan Hoffman LED televizorundəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ Kodu **********06747 “Samsung J2” markalı telefon və Hoffman LED televizor üçün hər ay 61 manat, Hoffman LED televizor üçün hər ay 175 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 12.03.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.09.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” markalı telefon, Hoffman LED televizor üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 736 (yeddi yüz otuz altı) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 427 (dörd yüz iyirmi yeddi) manat borcunu ödəmədiyindən, həmin məbləğə 43 (qırx üç) manat cərimə hesablanmış, 28.01.2019-cuil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Hoffman LED televizor üçün 1 ay müddətinə ödəmək şərti ilə dəyəri 350 (üç yüz əlli) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 175 (bir yüz yetmiş beş) manat borcunu ödəmədiyindən, həmin məbləğə 18 (on səkkiz) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ Kodu **********06747 “Samsung J2” markalı telefon və Hoffman LED televizor üçün427 (dörd yüz iyirmi yeddi) manat əsas, həmin məbləğə hesablanmış 43 (qırx üç) manat cərimə borcu və Hoffman LED televizor üçün 175 (bir yüz yetmiş beş) manat əsas, 18 (on səkkiz) manat cərimə borcu, ümumilikdə 663 (altı yüz altmış üç) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 602 manat əsas borc, 61 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 693 (altı yüz doxsan üç) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1659/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1659/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver