Məhkəmə qərarları › İş №2(043)-1660/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1660/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1660/2020 22.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 31.03.2018-ci il tarixli, 97833 nömrəli müqaviləsinə əsasən İMEİ Kodu **********90157 Samsung J2 markalı telefon üçün 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, cəmi 76 (yetmiş altı) manat, 13.06.2018-ci il tarixli, K00173366 nömrəli müqaviləsinə əsasən, İMEi Kodu **********26662 Samsung J2 markalı telefon üçün 138 (bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, cəmi 152 (bir yüz əlli iki) manat ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat borc, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 248 (iki yüz qırx səkkiz) manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 31.03.2018-ci il və 13.06.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********90157 Samsung J2 markalı telefon və İMEİ Kodu **********26662 Samsung J2 markalı telefon almış və nəticədə 228 (iki yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460 (dörd yüz altmış) manat (20 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********90157 Samsung J2 markalı telefon üçün 76 (yetmiş altı) manat olmaqla ondan, 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu yaranmışdır. 13.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460 (dörd yüz altmış) manat (20 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********26662 Samsung J2 markalı telefon üçün 152 (bir yüz əlli iki) manat olmaqla ondan, 138 (bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 713 (yeddi yüz on üç) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 22 aprel və 08 may 2020-ci il tarixli bildirişlər göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.03.2018-ci il və 13.06.2018-ciil tarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 460 (dörd yüz altmış) manat olan “Samsung J2” və 460 (dörd yüz altmış) manat olan “Samsung J2” markalı iki ədəd telefonundəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar İMEİ Kodu **********90157 “Samsung J2” markalı telefon üçün hər ay 23 manat və İMEİ Kodu **********26662 “Samsung J2” markalı telefon üçün hər ay 23 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 12.03.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.03.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” markalı telefon üçün 20 ay müddətinə ödəmək şərti ilə dəyəri 460 (dörd yüz altmış) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 69 (altmış doqquz) manat borcunu ödəmədiyindən, həmin məbləğə 7 (yeddi) manat cərimə hesablanmışdır. 13.06.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung J2” markalı telefon üçün 20 ay müddətinə ödəmək şərti ilə dəyəri 460 (dörd yüz altmış) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 138 (bir yüz otuz səkkiz) manat borcunu ödəmədiyindən, həmin məbləğə 14 (on dörd) manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ Kodu **********90157 “Samsung J2” markalı telefon üçün69 (altmış doqquz) manat əsas, həmin məbləğə hesablanmış 7 (yeddi) manat cərimə borcu və İMEİ Kodu **********26662 “Samsung J2” markalı telefon üçün 138 (bir yüz otuz səkkiz) manat əsas, 14 (on dörd) manat cərimə borcu, ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 207 manat əsas borc, 21 manat cərimə və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar