Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1660/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 29 sentyabr 2020-ci il tarixli 2(104)-3158/2020 saylı qətnaməsi ilə cavabdehdən 16.03.2004-cü il təvəllüdlü X5 və 16.05.2009-cı il təvəlüdlü X1 üçün ayda tutulmalı olan bir uşağa görə 100 manat alimentin miqdarını artırıb cavabdehdən ayda sabit pul məbləğində bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 06.08.2020-cı tarixli qətnaməsi ilə cavabdehdən 16.03.2004-cü il təvəllüdlü X5 və 16.05.2009-cı il təvəlüdlü X4 yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 140 manat, cəmi 280 manat alimentin tutulub mənə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəsinin 29 sentyabr 2020-ci il tarixli 2(104)-3158/2020 saylı qətnaməsi ilə alimentin məbələği azaldılaraq bir uşağa 100 manat olmaqla cəmi 200 manat müəyyən edilmişdir. Cavabdehdən 16.03.2004-cü il təvəllüdlü X5 və 16.05.2009-cı il təvəlüdlü X2 üçün hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin hazırda həmin vəsaitlə uşaqların saxlanılmasını təmin etmək mümkün deyildir. Keçən bu müddət ərzində həm uşaqların tələbatı, həm də ölkədə yaşayış minimumu artmışdır. Tutulan məbləğ bir uşağın saxlanılması, onun geyim və qidalanmasının tam və keyfiyyətli təmin etmək üçün çox azdır. Mən uşaqlarla birlikdə kirayədə yaşayıram. Uşaqların yaşlarıda böyükdür və buna görə də tələbatları çoxalıb. Həmçinin oğlum X3 Regional kolleçin tələbəsidir və ildə 500 manat ödəniş edirəm. Cavabdeh isə özü qaynaqçıdır və ayda təxminən normal pul qazanır. Məhkəmə iclasında İddiaçı ifadəsində bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsində işə düzgün baxılmamış, bundan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olamamışdır. Onu məhkəmə tərəfindən təyin edilmiş aliment qane etmir, lakin cavabdehin ona 1800 manatdan çox aliment borcu vardır. O, aliment məbləğinin artırılaraq yenidən 120 manat olmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, maddi imkanı zəifdir. Məhkəmə qətnaməsi ilə alimentin məbləği müəyyən edildikdən sonra onun həyatında yaxşıya doğru heç bir şey dəyişməmişdir. Hər ay sabit pul məbləğində 200 manat aliment ödəyir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(104)-1152/2020 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(043)- 1687/2020 saylı qətnaməsi qismən dəyişdirilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(043)- 551/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarı azaldılaraq, 16.03.2004-cü il təvəllüdlü X5 və 16.05.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki iş üzrə isə iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı əsasa istinad etmədən alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alimentin miqdarının müəyyən edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən və bu barədə Gəncə Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, bundan sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qızına qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1660/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1660/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver