Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1666/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 20.04.2018-ci il tarixli müqaviləsinə əsasən, “Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” üçün 3249 manat ödənilməmiş hissə, 1037 manat dəbbə pulu olmaqla, ümumilikdə 4286 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 20.04.2018-ci il müqaviləsinə əsasən, “Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” markalı soyuducu almış və nəticədə 4286 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.04.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 9216 manat (24 ay x 384 manat + 0 manat ilkin ödəniş) “Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” üçün ümumilikdə 4286 manat olmaqla, 3249 manat ödənilməmiş hissə, 1037 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin sonuncu ödəniş tarixi 20.03.2021-ci il tarixi olmaqla cəmi ödədiyi məbləğ 5967 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi F.H.İsrafilzadə məhkəməyə 02.08.2021-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 20.04.2018-ci il tarixli müqaviləsi üzrə, 3088 manat ödənilməmiş hissə, 921 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 4039 manat, Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, borcunu etiraf edir. Lakin, əsas borca hesablanmış dəbbə pulunun yüksək olduğunu bildirdi. Odur ki, əsas borca hesablanmış dəbbə pulunun azadılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 20.04.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 9216 manat olan “Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” üçün hər ay 384 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.04.2018-ci il tarixli 00116917 müqaviləyə əsasən, 9216 manat borcdan Cavabdeh 6127.24 manat əsas borc və 324.76 manat əsas borca hesablanmış dəbbə pulunu "xxxx" MMC ödəmiş, onun 3088 manat əsas borcu qalmış və qalıq borca 921 manat dəbbə pulu iddiaçı tərəfindən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 22.10.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilə üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə 20.04.2018-ci il tarixli müqaviləsinə əsasən “Doga Kamod”, “Doga Masa”, “Doga 3 qapaqlı VB Vitrin”, “Venetsiya FS-5 (Açıq Kahve), “Bellissa-Doga” yataq dəsti, “Kunc Violetta”, “Doshek Uretan” satın almış, yaranmış 9216 manat əsas borcdan 6127.24 manat və 324.76 manat əsas borca hesablanmış dəbbə pulunu ödəmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-nə 3088 manat əsas borcu qalmış, qalıq borca 921 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 921 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 3088 manat ödənilməmiş əsas borc, 100 manat dəbbə pulu olmaqla, cəmi 3188 manat borc pul və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3088 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla, cəmi 3188 (üç min bir yüz səksən səkkiz) manat borc pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1666/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1666/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver