Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1680/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «xxxx» MMC-in xeyrinə 02.08.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led markalı televizor üçün 512 manat ödənilməmiş məbləğ 51 manat dəbbə pulu, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən Nokıa 3.1 Plus markalı telefon üçün 340 manat ödənilməmiş məbləğ 34 manat dəbbə pulu, 21.10.2019cu il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor üçün 540 ödənilməmiş məbləğ, 54 manat dəbbə pulu olmaqla cəmi 1531 (bir min beş yüz otuz bir) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 02.08.2019-cu il, 05.10.2019-cu il, 21.10.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan Samsung Led markalı televizor, Nokıa 3.1 Plus markalı telefon, Hoffmann Led markalı televizor almış və nəticədə 1531 (bir min beş yüz otuz bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 704 manat olan Samsung Led markalı televizor üçün 512 manat ödənilməmiş məbləğ 51 manat dəbbə pulu, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 408 manat olan Nokıa 3.1 Plus markalı telefon üçün 340 manat ödənilməmiş məbləğ 34 manat dəbbə pulu, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 817 manat olan Hoffmann Led markalı televizor üçün 540 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu olmaqla, ümumilikdə 1531 (bir min beş yüz otuz bir) manat borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu könüllü ödəməkdən boyun qaçırmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 02.08.2019-cu il tarixli, 00820636 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 704 manat dəyərində Samsung Led markalı televizor satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 11 ay ərzində hər ay 64 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 05.10.2019-cu il tarixli, 00959810 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 408 manat dəyərində Nokıa 3.1 Plus markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 50 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 21.10.2019-cu il tarixli, 00995695 nömrəli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə alqı-satqı qiyməti 817 manat olan Hoffmann Led markalı televizor satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 60 manat olmaqla ödəniş cədvəli üzrə nəğd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 02.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun «xxxx» MMC-yə 02.08.2019-cu il tarixli müqaviləyə əsasən 512 manat ödənilməmiş məbləğ 51 manat dəbbə pulu; 05.10.2019-cu il tarixli müqaviləyə əsasən 340 manat ödənilməmiş məbləğ 34 manat dəbbə pulu; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 540 manat ödənilməmiş məbləğ 54 manat dəbbə pulu olmaqla ümumilikdə 1531 (bir min beş yüz otuz bir) manat borcu qalmışdır; 28.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 02.08.2019-cu il tarixli 00820636 nömrəli müqavilə üzrə 512 manat ödənilməmiş məbləğ 51 manat cərimə, 05.10.2019-cu il tarixli 00959810 nömrəli müqavilə üzrə 340 manat ödənilməmiş məbləğ 34 manat cərimə, 21.10.2019-cu il tarixli 00995695 nömrəli müqavilə üzrə 540 manat ödənilməmiş məbləğ 54 manat cərimə olmaqla ümumilikdə 1531 (bir min beş yüz otuz bir) manat cavabdehdən tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh oğlundan 02.08.2019-cu il tarixli 00820636 nömrəli müqavilə üzrə 512 manat ödənilməmiş məbləğ 51 manat cərimə, 05.10.2019-cu il tarixli 00959810 nömrəli müqavilə üzrə 340 manat ödənilməmiş məbləğ 34 manat cərimə, 21.10.2019-cu il tarixli 00995695 nömrəli müqavilə üzrə 540 manat ödənilməmiş məbləğ 54 manat cərimə olmaqla, ümumilikdə 1531 (bir min beş yüz otuz bir) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1680/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1680/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver